Qusar yasaqlığı
1964-cü ildə Qusar rayonunda yaradılmışdır. Məqsəd buradakı bir sıra ov əhəmiyyətli heyvan və quşları qoruyub
artırmaqdır. Samur və Qusar çaylarının arasında yerləşən yasaqlıq öndağ və alçaq dağlıq sahələri (Qusar düzü) əhatə
edir. Ərazidə qaban, cüyür, canavar, çaqqal, meşə pişiyi, tülkü, dovşan, kəklik, qırqovul vardır.
Qızılca yasaqlığı
1984-cü ildə Gədəbəy rayonunda Qızılca meşəçiliyi sahəsində yaradılmışdır. Məqsəd ərazinin təbiət kompleksini
qorumaqdır. Sahəsi 5135ha-dır. Ərazi 1500-2000m yüksəklikdə yerləşir, dağ silsilələri və dərin dərələrlə parçalanmış-
dır. Burada 1340ha fıstıq, 1240ha vələs, 900ha palıd meşəsi mövcuddur. Qonur dağ-meşə, bozqırlaşmış dağ-çəmən və
qaratorpaqlar yayılmışdır. Yasaqlıqda cüyür, qonur ayı, qaban, dovşan və müxtəlif quşlar məskunlaşmışdır.
Dostları ilə paylaş: |