İsmayıllı yasaqlığı
1969-cu ildə İsmayıllı, qismən Qəbələ rayonları ərazisində yaradılmışdır. Yasaqlıq şimaldan Böyük Qafqazın
Baş silsiləsi, şərqdən Girdmançay, qərbdən Vəndamçay, cənubdan Qanıx-Həftaran vadisi ilə sərhədlənir, 3629m
yüksəkliyə qədərki ərazini əhatə edir. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşların qorunma-
sı və sayının artırılmasıdır. Sahəsi 34400ha-dır. Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkiliyindən iba-
rətdir. Burada əsasən dağ-çəmən qonur və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Yasaqlıqda təkə, cüyür, maral, qaban, canavar, vaşaq, çaqqal, tülkü, porsuq, dovşan, dələ, meşə pişiyi, quş-
lardan kəklik, qırqovul, turac, alabaxta, bildirçin, ular və s. vardır.
Dostları ilə paylaş: |