Kiçik Qızılağac yasaqlığı
1978-ci ildə Lənkəran rayonu ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır,
məqsəd buradakı su, bataqlıq və quru ərazilərin köçəri və oturaq quşlarını qorumaqdır. Ərazisi 10700 ha olub
əsasən su akvatoriyasıdır. Körfəz balıqlarla zəngindir.
Daşaltı yasaqlığı
1968-ci ildə əsasən Şuşa şəhəri ətrafında «Topxana» adlanan yerdə 460 ha sahədə təşkil olunmuşdur. Ya-
saqlığın ərazisi zəngin meşə, kol və ot bitkiləri ilə zəngindir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, ye-
mişan, itburnu, zoğal, əzgil, alma, armud, alça, və s. ağac və kol cinsləri yayılmışdır. Yasaqlıq Qarqar çayının
hövzəsində yerləşir. Burada cüyür, qaban, dələ, dovşan, canavar, tülkü, çaqqal və s. heyvan, onlarla quş növü
məskunlaşmışdır.
Dostları ilə paylaş: |