Şirvan milli parkı
Kür-Araz ovalığında təbii landşaftlar başdan-başa antropogen landşaftlarla əvəz olunması ilə əlaqədar bura-
da ilkin bitki örtüyü və heyvanat aləminin yoxa çıxmasını nəzərə alaraq az-çox təbii halını saxlamış Şirvan qo-
ruğu və Bəndovan yasaqlığında qoruq rejimini gücləndirmək, düzgün təşkil etmək şərtilə ərazidən rekreasiya
məqsədilə istifadə etmək, kiçik zooparklar və botanika bağları salaraq fauna və flora növlərini nümayiş etdirmək
üçün 2003-cü ilin oktyabrında adı çəkilən qoruq və yasaqlıq birləşdirilərək 54374 ha sahədə «Şirvan milli par-
kı» yaradıldı.
Şirvan qoruğu respublikanın böyük qoruqlarından biri idi. Həmin ərazinin bir hissəsində 1961-ci ildə ilk dəfə
Bəndovan yasaqlığı yaradıldı. O vaxt burada cəmi 77 baş ceyran var idi. 8 ildən sonra 1969-cu ildə ceyranların
sayı 400-ə çatdırıldıqda 17745 ha ərazidə Şirvan dövlət qoruğu təşkil olundu., 1982-ci ildə qoruğun sahəsi
25761 ha-ya çatdırıldı.
Şirvan milli parkının ərazisində relyefin, bitki örtüyü və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii
landşaft sahəsinin mövcudluğuna imkan yaradır. Ərazidə düzən və xırda təpəli yovşanlı yarımsəhra və düzən və
xırda təpəli şoranotlu yarımsəhra landşaft tipləri üstünlük təşkil edir. Bu ladşaft tipləri ceyranlar üçün çox sərfəli
sahələr hesab edilir. Az sahə tutan dənizkənarı qum bitkiliyi sahəsi isə ceyranlar üçün aşağı keyfiyyətli yerlər
sayılır.
Şirvan milli parkı yarımsəhra zonasında yerləşdiyi üçün bulaq və çay yoxdur. Lakin mövcud su mənbələri –
parkı şərqdən əhatə edən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru və digər kollektorlar, Çala gölü ceyranla-
rın və digər heyvanat aləminin suya olan tələbatını tamamilə ödəyir. Milli park sərhədində Xəzər suyunun duz-
luluğu 12 promilə çatır, temperaturu qışda 6
0
, yayda 26
0
arasında dəyişir. Kollektorların və Çala gölünün suyu
qışda donmur, bu isə ceyranlar və quşlar üçün çox əlverişlidir.
Şirvan milli parkının ərazisində əsasən yovşanlı yarımsəhra, şoranotlu yarımsəhra, yovşanlı-şoranotlu yarım-
səhra, qismən səhra, çəmən-çala, dəniz sahili-qumlu, su-bataqlıq bitki qruplaşmaları yayılmışdır. (Ağaquliyev
2000)
Şirvan milli parkı yarımsəhra zonasında yerləşsə də heyvanat aləmi ilə zəngindir. Məməlilərdən ceyran,
qunduz, qaban, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq, qamışlıq pişiyi və s., sürünənlərdən tısbağa
növləri, zolaqlı kərtənkələ, su koramalı; suda-quruda yaşayanlardan- qurbağa növlərinə rast gəlinir. Çalagöldə
və kanallarda 12 növ balıq yaşayır.
Milli park ərazisində – göldə, Xəzərin sahillərində, 3500 hektardan artıq su-bataqlıq sahəsində 65 növdən ar-
tıq quş növünə rast gəlinir. Burada turac, ördək və qaz növləri, qaşqaldaq məskunlaşmışdır. Adı qırmızı kitaba
düşən çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, coltan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısılda-
yan və kiçik qu kimi oturaq və köçəri quşlar qorunur.
Milli parkda qorunan əsas məməli heyvan ceyran sayılır, onun çəkisi 35 kq-a qədər, bədəninin uzunluğu 95-
115, hündürlüyü 60-75sm-ə çatır. Olduqca çevik heyvan olub, saatda 50-60 km sürətlə qaça bilir.
Şirvan qoruğunda ceyranların sayı artmışdır. 1990-cı ildə Bəndovan yasaqlığı ilə birlikdə Şirvan qoruğunda
ceyranların sayı 10900-ə çatmışdır.
İndiyə qədər Şirvan qoruğunda heyvanat aləminin qorunmasında bir sıra maneələr və nöqsanlar mövcud ol-
muşdur. Qoruqda Kəlbəcər, Qusar və Salyan rayonlarının onlarla mal-qara fermaları yerləşdirilirdi. Qoyun sürü-
ləri ceyranların təbii yemini yeyir, ferma itləri onların təbii sakitlik rejimini pozur, ferma işçiləri brokonyerlik
edirdilər. 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gərgin fəaliyyəti nəticəsində fermalar qoruq
ərazisindən çıxarılmışdır. Lakin milli parkın yasaqlıq ərazisində Xəzər dənizinin sahilində 3 balıq vətəgəsi yerlə-
şir. Geniş ərazidə neft sənaye obyektləri mövcuddur. Qoruğun xüsusiyyətlərinə uyğun elmi-tədqiqat işləri lazımi sə-
viyyədə aparılmamışdır.
Hazırda Şirvan milli parkının fəaliyyətini canlandırmaq məqsədilə Nazirlik bir sıra əsaslı tədbirlərin yerinə
yetirilməsini planlaşdırır.
Dostları ilə paylaş: |