Ağgöl milli parkı 2003-cü ilin oktyabrında Ağgöl dövlət qoruğunun (5182 ha) və Ağgöl yasaqlığının (3690
ha) əsasında yaradılmışdır. Mövcud qoruğun və yasıqlığın ətrafındakı sahələr də əlavə olunaraq milli parkın sa-
həsi 18000 ha-ra çatdırılmışdır. Onun 2,1 min ha-nı su akvatoriyası, çox hissəsini qamış cəngəlliyi tutur, yerdə
361
Ağgöl respublikanın iri göllərindən biri sayılır. Gölə axıdılan suyun miqdarından asılı olaraq sahəsi tez-tez dəyişir,
maksimum dərinliyi 1,5-2 m, orta dərinliyi 0,6 m-dir. Yayın sonuna qədər gölün suyu xeyli aşağı enir. Gölə cənubdan
bir kollektor qovuşur, şərqdən isə o digər kollektor vasitəsilə Sarısu gölü ilə birləşir.
Ağgöl milli parkının bitki ortüyündə əsasən cənub qamışı üstünlük təşkil edən su-bataqlıq bitki növlərindən
ibarətdir, onlardan sünbüllü su lələyi, su qaymaqçiçəyi, qamış və s.-ni göstərmək olar. Adalarda əsasən yulğun
kolları bitir, şorəngələrə və dənli bitkilərə də təsadüf olunur.
Milli parkın quru hissəsində şorlaşmış torpaqlarda çəmən-halofit bitkisi geniş yayılmışdır, burada birillik şo-
ran otlarından duzlaq coğanı, çərən, qışotu,sirkan, həmçinin qamış bitir. Təpəcikli şoranlı sahələrdə yarımsəhra
halofit bitkiləri yayılmışdır, burada efemerlərlə yanaşı Xəzər şahsevdisi, sarıbaş, qaraşoran üstünlük təşkil edir.
Quru şoran və şorəkət torpaqlarda yarımsəhra kserofit-halofit bitkiləri yayılmışdır, yovşan, xostək, qismən də
qırtıc və şorangə üstünlüq təşkil edir.
Ağgöl milli parkı respublikamızın düzən rayonlarında köçəri və yerli quşların, heyvanların çox məskunlaşdı-
ğı su hövzələrindən biridir. Bu göldə və onun ətrafında 140-dan artıq quş növü məskunlaşmışdır, burada 87 quş
növü yumurta qoyub bala verir. Milli parkın ərazisində boz, qızıl, qaşqa, qırmızıdöş və başqa qaz növləri, haray-
çı və fısıldayan qu quşları, yaşılbaş, bizquyruq, ala, qırmızı, kəkilli qara və boz ördəklər, fitçi və mərmər cürələr,
enliburun, marek, qırmızıdimdik, qızılbaş, ağgöz dalğıclar, qaşqaldaq, sultan toyuğu, böyük su fərəsi, ərzindim-
dik, qaravay, böyük ağ, kiçik ağ, boz, sarı və Misir vağları, qarıldağ, əyridimdik, böyük və kiçik qarabatdağlar,
qıvrımlələk qutan, bizdimdik, çökükburun, bəzgək, çobanaldadan və s. quşlar yaşayır. Burada belibağlılar (ba-
taqlıq, çəmən və tarla), ağquyruq, qartallar, dəniz və çay yırtıcı quşlar (bildirçinqapan və s.) da vardır. Quşlardan
turac, sultan toyuğu, qızılqaz, çay qaranquşu, dəniz qartalı, mərmər cürə, vəhşi qaz, bəzgək, qara leylək, çəhrayı
qutan, ərsindimdik və s.-nin adları «Qırmızı kitab»a düşmüşdür.
Ağgölün ətrafında məməli hyevanlardan qaban, qunduz, dovşan, canavar, tülkü, porsuq, qamışlıq pişiyi və s.
olur. Suda-quruda yaşayanlardan yaşıl qurbağa, göl qurbağası, Suriya sarımsaq qurbağası, sürünənlərdən-Xəzər
və bataqlıq tısbağası, adi və su koramallarını göstərmək olar. Ağgöl və onu əhatə edən sularda 20-yə yaxın balıq
növü vardır, onlardan yastıqarın, xəşəm, çəki, tingə, qırmızıpullu, durna balığı, naxa, sıf və b. göstərmək olar.
Milli park yaradılarkən heyvanat aləmini daha da zənginləşdirmək üçün bir sıra tədbirlərin gücləndirilməsi
nəzərdə tutulur: Milli parkın ərazisində ovçuluğa yol verməmək, müşahidə vışkalarının tikilməsi, yırtıcı heyvan-
ların sayını normada saxlamaq, sərt qış aylarında quşları dənli yemlə təmin etmək və s.
Dostları ilə paylaş: