İnsanların həyat fəaliyyətinin çox maraqlı tərzi olan səyahətlərdən tamamilə yeni bir forma ayrılmışdır, bu, də-
qiq və mütəşəkkil xüsusiyyətlərə malik olan turizmdir. Səyahətdən fərqli olaraq turizm iqtisadiyyata və siyasətə güclü
Müasir turizmin bünövrəsi və başlanğıcı barədə müxtəlif fikir və rəylər mövcuddur. Bir sıra müəlliflər (M. Ne-
molyayeva və L. Xadarkov) ingilis ədəbiyyatına istinad edərək turizmin əsasən 1841-ci ildə qoyulduğunu və ilk
xarici səyahətin 1855-ci ildə Parisdə keçirilən ümumdünya sərgisində təşkil olunduğunu qeyd edirlər. Digər mü-
əlliflər (P. Zaçinyayev və N. Falkoviç) xarici turistlərdən təşkil edilmiş ilk mütəşəkkil turist qrupunun 1863-cü il-
də İsveçrəyə səyahət etdiyini, üçüncü qism (M. Bircakov) isə İngiltərədən Fransaya ilk mütəşəkkil turların hələ
1815-ci ildə təşkil olunduğunu qeyd edirlər. Geniş kütlə üçün nəzərdə tutulan və Londondan Parisə təşkil edilən
belə turların təşəbbüskarı, yazıçı və səyyah D. Qalinyani olmuşdur. Artıq 1829-cu ildə dünyada ilk dəfə olaraq K.
367
Baydeker tərəfindən hazırlanmış və nəşr olunmuş «Səyahətçilərin soraq kitabı» işıq üzü görmüşdür.
Səyahət edən-
lərin mütəşəkkil və kütləvi şəkildə yerləşməsinin səmərəsini və mahiyyətini ilk olaraq anlayan ingilis keşişi To-
mas Kuk, müasir turizmin banisi hesab olunur. O, 1841ci ildə öz zəvvar yoldaşları üçün ilk səyahəti təşkil etmiş-
dir.
Qeyd etmək lazımdır ki, texniki tərəqqi kütləvi turizmin inkişafına təkan vermişdir. 1830-cu ildə ilk dəfə ola-
raq Mançesterlə Liverpul arasında çəkilən dəmiryolu prinsip etibarı ilə səyahət etmənin zaman çərçivəsini də-
yişdirdi. Əvvəllər bir həftə davam edən səyahət indi daha tez, asan və ucuz başa gəlir.
Daxili turizmin inkişafı, məntiqi olaraq xarici turistlərin təşkilini zəruri etdi. İlk belə səyahət 1855-ci ildə
Ümumdünya sərgisinin keçirilməsi ilə əlaqədar Parisdə təşkil olunmuşdur. 1856-cı ildən başlayaraq Avropaya
səyahətlər müntəzəm xarakter daşımışdır. 1870-ci ildə 500 min nəfərə qədər ingilis «Tomas Kukun» turist fir-
masının müştərisi olmuşdur. Yeni bazarın axtarışı və öyrənilməsi, işgüzar əlaqələrin yaradılması üçün turist sə-
fərlərindən fəal istifadə edilirdi.
XIX əsrin 50-70-ci illərində Avropaya səyahət edən xarici turistlərin böyük əksəriyyətini ingilislər təşkil
edirdi. Ona görə də, həmin dövrdə qitədə «Anqlotyer», «Britanik», «London», «Vindzor» adlı mehmanxanalar
yaranmış, «ekspress», «Komfort», «Layner» kimi ingilis sözləri məişətə daxil olmuşdur.
1872-ci ildə Tomas Kuk bütün arzu edənlərə dünya səyahəti təşkil etməklə, bu cür səyahətin əsasını qoymuş-
du.
Ötən əsrin 20-ci illərində xarici turizmin coğrafiyası genişlənməyə başladı. Müharibəyə qədərki dövrdə xari-
ci turistlər əsasən İtaliya və İsveçrəyə gedirdilərsə, müharibədən
sonra demək olar ki, bütün Avropa ölkələri xa-
rici turizmə cəlb edirdilər. 1925-ci ildə Haaqada turizmin təbliği üzrə təşkilatların – Beynəlxalq Turizm İttifaqı-
nın birinci konqresi keçirildi. Konqresin işində 14 Avropa ölkəsindən gəlmiş nümayəndələr iştirak edirdilər.
Ötən əsrin 30-cu illərində xarici turizmin inkişafında tempin azalmasına-iqtisadi böhranla yanaşı, faşist Al-
maniyasının müharibəyə hazırlığı ilə əlaqədar Avropada ümumi siyasi gərginilyin artması səbəb olmuşdur.
50-ci ilərdə beynəlxalq turizmin inkişafında yeni mərhələ açıldı. 1960-cı ildə xarici səfərlərdə iştirak edən tu-
ristlərin sayı 71 mln. nəfərə çatdı. Əldə edilən gəlirin həcmi isə 3 dəfə artdı.
Beynəlxalq turizmin inkişafına bir sıra amillər müsbət təsir göstərmişdir. Bu amillər arasında ilk növbədə
dünyada siyasi vəziyyətin nizama salınmasını və beynəlxalq münasibətlərin tənzimlənməsini qeyd etmək lazım-
dır. Bu dövr aparıcı kapitalist ölkələrində iqtisadi yüksəliş və müharibədən sonra sənaye istehsalının yenidən qu-
rulması dövrü idi. Beynəlxalq turizmin inkişafına elmi-texniki tərəqqi yeni reaktiv texnikanın tətbiq edilməsi nə-
ticəsində sərnişin daşınması kəskin surətdə ucuzlaşmışdır.
Tək-tək səfər edən varlılar üçün nəzərdə tutulan fərdi turizmi kütləvi turizm əvəz etməyə başladı. Bu cür tu-
rizm orta həyat səviyyəli, geniş əhali kütləsi üçün əlverişli idi. Kommersiya əsasında təşkil olunmuş turlarda 25
mln. turistin iştirak etdiyi 1950-ci ili bazis kimi qəbul etsək, turizm dövriyyəsinin əhatə etdiyi insanların sayının
1950-ci illə müqayisədə aşağıdakı artımını müşahidə etmək olar: 1960-cı ildə – 2,8, 1970-ci ildə 6,5, 1980-ci il-
də – 10, 1990-cı ildə 18, 2000-ci ildə 27,6 dəfə .
Mütəxəssislərin fikrincə, beynəlxalq turizm, tarixi inkişafına görə, aşağıdakı mərhələləri keçmişdir: birinci
1841-ci ilə qədər; ikinci 1841-ci ildən 1914-cü ilə qədər; üçüncü 1914-cü ildən 1945-ci ilə qədər; dördüncü
1945-ci ildən 1990-cı ilə qədər; beşinci 1990-cı ildən sonra (Şəkil 19.1).
Cədvəl 19.1.
Dostları ilə paylaş: