B. Qafqazın aşağı
H. Winkl
cən. yamacı
C.A. Mey
365
Bitki örtüyü
Şahdağ MP-ın ərazisində bitki örtüyü meşə və çəmən ladşaftlarilə ifadə olunur.
MP-ın Böyük Qafqazın cənub yamacı hissəsində bitki örtüyü dağ sistemlərinə məxsus şaquli qurşaqlıq qanu-
nuna uyğun olaraq yayılmışdır.
Aşağı dağ-meşə qurşağında dəniz səthindən 1000-1100 m yüksəkliyə qədər ərazilərdə İberiya (gürcü) palıdı
meşələri yayılmışdır, yamacların quzey cəhətlərində ona vələs qarışır, bəzən vələs sırf ağaclıq yaradır, 1400-
1500 m hündürlükdə İberiya palıdı yalnız dik daşlı yamacların cənub cəhətlərini tutur. İberiya palıdı meşələri
dağların ətəklərinə qədər yayılaraq Qanıx- Həftaran vadisinin düzən meşələrinə qarışır. Vadiyə keçid hissə Oğuz
və Qəbələ rayonlarında 600-900 m, İsmayıllı rayonunda isə 450-550 m hündürlükdən keçir. Orta dağ-meşə qur-
şağında 900 (1000)-1800 m yüksəklikdə sırf fıstıq meşələri yayılmışdır. Güney yamaclarda ona vələs də qarışır.
Yuxarı dağ-meşə qurşağında şərq palıdı, tozağacı, quşarmudu seyrək əyrigövdəli meşəliklər yaradır. Bu meşə-
liklərdə Trautvetter ağcaqayını və ayı fındığına da təsadüf edilir.
Yüksək dağlıq zonada üç bitki qurşağı ayrılır: subalp və meşədən sonra subalp (1700-2700), alp (2600-
3200), və alp qurşağından sonra yerləşən subnival və nival. Subalp qurşağında «birləşmiş» bitki örtüyü əmələ
gətirməyən əsasən mezofil subalp çəmənləri, alp qurşağında isə alçaqboylu alp çəmənləri – «xalıları» yayılmış-
dır. Burada qayalıqlar, uçqunlar, yarğanlar, daşlıqlar geniş sahələri tutur.
Subnival qurşaqda (3200-3500 m) qaya və dağ-tundra bitkiləri inkişaf edir. 3500 m-dən yuxarıda ərazi tor-
paq və bitki örtüyündən məhrumdur. Ərazi qayalıqlardan, çınqıllıqlardan və buzlaqlardan ibarətdir.
Böyük Qafqazın şimali-şərq yamacında Milli parkın ərazisi meşənin müasir (antropogen aşağı salınmış) yu-
xarı sərhədindən keçir. Burada subalp, alp çəmənləri və qayalıqlar fonunda kiçik sahələr və qrup halında tozağa-
cı, şərq palıdı, quşarmudundan ibarət meşə qalıqlarına – meşənin «şahidlərinə» təsadüf edilir. MP-ın ərazisinin
belə qəbul edilməsi orta dağ-meşə qurşağında kəndlərin olması, əhalinin sıx məskunlaşmasıdır.
MP-ın Qusar bölməsi (Qusar yasaqlığı) dəniz səthindən 800 m-ə qədər yerləşir. Burada Samurçayı boyu tu-
qay meşələrinin qalıqları mövcuddur. Bu meşələrdə ağyarpaq qovaq, qızılağac, titrək qovaq, söyüd bitir. Dağlıq
ərazi meşələrində fıstıq, qafqaz vələsi və İberiya palıdı üstünlük təşkil edir, onlara ağcaqayın növləri, göyrüş də
qarışır. Meşə altında və talalarda kol bitkiləri – zoğal, yemişan, alça, alma, armud, göyəm, itburnu, böyürtkan və
s. geniş yayılmışdır. Yasaqlıq ərazisində geniş sahələrdə dənli bitkilər və bağlar becərilir.
MP-in ərazisində yüksəklik qurşaqlarında ilkin bitki örtüyü dəyişmiş, pozulmuş, onları törəmə tipli bitki
qruplaşmaları əvəz etmişdir. Bitkilərin yüksəklik qurşaqları daxilində yayılması qanunauyğunluğu hər yerdə po-
zulmuşdur.
Hazırda Şahdağ milli parkı ərazisində dağ-meşə landşaftı və bulaqlar qoynunda istirahətə gələnlərin sayı il-
bəil artır. Quba rayonunun Afurca, Çinalar kəndlərinin ətrafında, Qəçrəşdə, Dəvəçi rayonunun Çırax-qala (Qala-
altı) ətrafında, Şamaxı rayonunun Çuxuryurd və Pirqulu, İsmayıllı rayonunun Basqal, Talıstan, Lahıc və s. yer-
lərinə yüzlərlə ailə yay dövründə müvəqqəti və mövsümü istirahətə gəlir.
Dostları ilə paylaş: