XIX Fəsil
BEYNƏLXALQ TURİZM
Bu bölmənin tərtibində əsasən C.A.Məmmədov, H.B. Sultanova, S.H.Rəhimov (2002), A.A.Əhmədov, E. M.
Hacıyev, Z.A. Zamanov (2000), C.A. Məmmədov, B.Ə. Bilalov (2004), A. Aleksandrovanın (2001) əsərlərin-
dən və S.K. Əsədovun (2003) buraxılış işindən istifadə olunmuşdur.
Müasir dövrdə intensiv fiziki və zehni əməklə məşğul olan insanlar səyahətə, xüsusilə təbiətin qoynuna daha
çox can atırlar. Turist axınının sürətlə artması ilə əlaqədar bir sıra ölkələrdə, o cümlədən zəngin rekreasiya re-
surslarına malik olan qərb ölkələrində iqtisadiyyatın gəlirli sahəsinə çevrilən turist təsərrüfatının inkişafına daha
çox fikir verilir.
Bununla yanaşı, turizm xalqların yaxınlığına, elm, texnika, texnologiya, mədəniyyət və sabit siyasət sahələ-
rində onların qarşılıqlı yüksəlişinə, həm cəmiyyətin, həm də ayrı-ayrı şəxslərin maddi və mənəvi zənginləşməsi-
nə köməklik edir. Təbii ki, inkişaf etmiş turizm təsərrüfatına malik olan qərb, həmçinin şərq ölkələrinin təcrübə-
sindən respublikamızda istifadə edilməsinin olduqca böyük əhəmiyyəti ola bilər.
Turistləri zəngin təbiət, tarixi abidələr, müalicə əhəmiyyətli mineral bulaqlar, yerli əhalinin adət-ənənələri və
s. ilə yanaşı yerli dövlət təşkilatları tərəfindən onların təhlükəsizliyinin təmin edilməsi cəlb edir. Bütün bu sər-
vətlərə və sabit siyasi vəziyyətə qərb dövlətləri kimi respublikamız da malikdir. Turist təsərrüfatı inkişaf edən
digər ölkələrin təcrübəsindən istifadə etməklə ölkəmizdə də iqtisadiyyatın gəlirli sahəsi olan beynəlxalq turizmi
inkişaf etdirmək olar.
Dostları ilə paylaş: |