Turistin hüquqları. Səyahətə hazırlaşan zaman və səyahət müddətində, tranzit də daxil olmaqla turist aşağıdakı
hüquqlara malikdir:
- müvəqqəti olaraq gəldiyi ölkəyə daxilolma, orada yaşamaq (qalmaq) qaydaları haqqında lazımi və dürüst
məlumat almaq; yerli əhalinin adət-ənənələri; dini mərasimləri; müqəddəs yerləri haqqında, xüsusi mühafizə
altında olan təbii, tarixi mədəni və turistlərə göstərilən digər tarixi-memarlıq abidələri və ətraf mühitin vəziyyəti
barədə məlumat almaq;
- sərbəst hərəkət etmək, müvəqqəti gedilən ölkədə məhdudlaşdırıcı ölçülər nəzərə alınmaqla, turizm
obyektlərinə sərbəst daxil olmaq;şəxsi təhlükəsizliyi, alıcılıq hüququ, əşya və avadanlığının qorunması,
maneəsiz ilk tibbi yardım almaq;
- turoperativ və ya turagent tərəfindən turist məhsulunun alqı-satqısı zamanı müqavilə şərtini yerinə
yetirilmədiyi təqdirdə, nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsi və mənəvi zərərin konpensasiyası;
-
müvəqqəti gəldiyi ölkədə hüquqi və digər kömək növlərinin göstərilməsi lazım gəldikdə, hökumət
orqanlarından (yerli idarəetmə orqanlarından) yardım almaq;
-
rabitə vasitələrindən maneəsiz istifadə etmək.
Turistin vəzifələri. Turist tranzit də daxil olmaqla səyahət zamanı aşağıdakıları yerinə yetirməlidir:
-
müvəqqəti gəldiyi ölkənin qanunvericiliyinə, ictimai quruluşa, adət-ənənələrinə, dini etiqadına hörmət
etmək;
-
müvəqqəti gəldiyi ölkədə ətraf mühiti qorumaq, təbiət, tarix və mədəniyyət adbidələrinə qayğı ilə
yanaşmaq;
-
müvəqqəti gəldiyi ölkənin giriş və çıxış, orada yaşamaq, o cümlədən ölkələrdən tranzit keçid qaydalarına
riayət etmək;
- səyahət zamanı özünün təhlükəsizliyi qaydalarına riayət etmək;
Dostları ilə paylaş: |