b) Məqsədinə, müddətinə və tələbatına görə turizm növləri.
Turizmin hər bir forması, turistlərin özünə məxsus tələbatı təmin edən müvafiq xidmət kompleksini nəzərdə
tutur. Turizmin istehsalat xidməti prosesində aşağıdakılar ayrılır:
-
turizmin formaları;
-
turizmin növləri;
turizmin növ müxtəlifliyi.
Turizmin forması. Turistin öz ölkəsi sərhədlərindən çıxıb-çıxmaması ilə bağlıdır, daha doğrusu, turizmin
formalara bölünməsinin əsasını «ölkə» prinsipi təşkil edir. Bu bölgüyə görə turizm daxili və beynəlxalq
formalara ayrılır.
Daxili turizm – bu milli turizm, daha doğrusu ölkədaxili turizmdir.
Beynəlxalq turizm – başqa ölkəyə turizm səyahəti etmək deməkdir, daha doğrusu xarici turizmdir.
Beynəlxalq turizm – turizm məqsədilə daimi yaşadığı ölkənin hüdudlarından kənara çıxan səfərdir, daha dəqiq,
beynəlxalq turizm – dövlətlər arası müqavilələrə əsasən həyata keçirilən səyahətlər sistemidir. Beynəlxalq
turizm getmə və gəlmə kimi iki hissəyə bölünür.
Gəlmə turizmi – başqa ölkədə yaşayan vətəndaşların Azərbaycan Respublikasına (nümunə kimi göstə-
Dostları ilə paylaş: |