Məqsədinə görə turizm növlərinin təsnifatı
Ekskursiya – dərketmə məqsədi ilə həyata keçirilən səyahətdir.
Müalicə məqsədli səfərlər – turizmin digər növlərindən xüsusilə fərqlənir. İlk növbədə bu olduqca fərdi səya-
hət növüdür.
İstirahət etmək, əylənmək, idmanla məşğul olmaq məqsədi ilə istirahət günlərində hər hansı yerə hərəkət et-
mək «həftə sonu turizmi» adlanır.
Elm və ya konqress turizmi. Müxtəlif konqreslərdə, simpoziumlarda, yığıncaqlarda iştirak etmək məqsədi
daşıyan səyahətləri özündə birləşdirən turizmin bu növü müasir beynəlxalq turizmdə böyük yer tutur.
İşgüzar turizm. İşgüzar məqsədlə edilən səfərlərə, müasir turiszm mübadiləsinin mühüm tərkib hissəsi kimi
baxılır. Bu cür səyahətlər ən perspektivli turizm növlərindən biri hesab edilir. Çünki o, beynəlxalq əmək bölgü-
sünün obyektiv qanunauyğunluqlarına əsaslanır.
Dostları ilə paylaş: |