Bərdə yasaqlığı
1966-cı ildə Bərdə və Ağdaş rayonları ərazisində 7500 ha sahədə yaradılmışdır. Yasaqlıq Kürün hər iki sahi-
lində meşə sahəsini, Əyricə qırqovul yetişdirmə məntəqəsinin ərazisini və Kür çayının yatağını əhatə edir. Ya-
saqlığın yaradılmasında məqsəd Kürqırağı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir.
Ərazidə allüvial çəmən-meşə, boz-çəmən və qismən bataqlıq torpaqlar yayılmışdır. Burada qaban, çaqqal, tülkü,
meşə pişiyi, qamışlıq pişiyi, porsuq, dovşan, meşə dələsi, qunduz və s. heyvanlar, qırqovul, turac, fitçi cücə, qır-
mızıbaş ördək, qarabatdağ, alabaxta, meşə cüllütü, bəzdək, vağ və s. quşlar məskunlaşmışdır.
Dostları ilə paylaş: |