Şəhər əhalisinin artım dinamikası (%-lə) (Əyyubov 1999)
İllər
Keçmiş SSR
Azərbaycan
dövr ərzində
artım
orta illik ar-
tım
dövr ərzin-
də artım
orta illik
artım
1926-1939
1939-1959
1959-1970
1970-1979
1979-1989
1989-1994
1994-1999
229,7
165,6
136,0
120,3
115,4
–
–
17,7
3,38
3,27
2,25
1,54
–
–
138,5
152,8
145,1
124,8
111,8
104,3
102,8
2,96
2,64
4,10
2,9
1,18
0,9
0,6
1970-1980-ci illərdə respublikanın xalq təsərrüfatında çalışanların sayı 2 dəfədən çox artımşdısa, bu artım
sənayedə 30%, tikintidə isə 20% təşkil etmişdi.
Şəhər əhalisinin xüsusi çəkisinə və artım tempinə görə Azərbaycan ümumittifaq səviyyəsindən geridə qalsa
da sovet hakimiyyəti illərində şəhər əhalisinin xüsusi çəkisi artmaqda davam etmişdir. Şəhər əhalisinin artımı və
ümumi çəkisinin dəyişilməsini 20.5. saylı cədvəldən görmək olar.
Şəhər əhalisinin sürətli artımı hər şeydən əvvəl bu dövrdə kənd təsərrüfatının kollektivləşdirilməsinə, sənaye-
nin inkişafına geniş meydan verilməsi ilə bağlı idi. Bu illərdə yalnız 90 nəhəng sənaye müəssisəsi tikilmiş və is-
tifadəyə verilmişdir. II Dünya müharibəsi şəhər əhalisinin artımına da təsir göstərdi. 1939-cu ildən 1950-ci ilə
kimi keçən 20 il müddətində şəhər əhalisi cəmi sayca 54%, ümumi əhali içərisində payı 11,7% artdı, müharibə-
dən sonra respublika xalq təsərrüfatının yenidən qurulması, əhalinin ümumi sayının artıq 50-ci illərin ortasında
müharibədən əvvəlki səviyyəyə çatması və onu ötüb keçməsi, nəhəng sənaye obyektlərinin tikilib istifadəyə ve-
rilməsi, habelə respublika xalq təsərrüfatı kompleksinin inkişaf tələbatı ilə əlaqədar yaranan ali və peşə hazırlığı
məktəbləri şəbəkəsinin genişlənməsi və s. 60-cı illərdə Azərbaycan şəhər əhalisinin yüksək sürətlə artımı üçün
geniş imkanlar açdı.
Cədvəl 20.5.
Dostları ilə paylaş: |