20.2. Azərbaycan respublikasında urbanizasiyanın vəziyyəti
Bu bölmə N.H.Əyyubovun (1999) materiallarına əsaslanaraq yazılmışdır.
Azərbaycan Respublikasında əhalinin 53%-i şəhərlərdə yaşayır. Şəhər əhalisinin xüsusi çəkisinə görə Azər-
baycan RSFSR, Estoniya, Latviya, Ermənistan, Litva, Ukrayna, Belorusiya respublikalarından sonra keçmiş itti-
faq respublikaları arasında 8-ci yeri tuturdu. Şəhər əhalisinin miqdarca sürətlə artmasına baxmayaraq, artım
tempi ittifaq göstəricisindən həmişə geri qalırdı. Əgər 1939-1959-cu illərdə Azərbaycanın ümumi əhalisi içəri-
sində şəhər əhalisinin xüsusi çəkisi 12%, 1959-1970-ci illərdə 2%, 1970-1979-cu illərdə 3%, 1979-1989-cu il-
lərdə cəmi 1% çoxalmışsa, ittifaq üzrə bu göstərici müvafiq olaraq 16%, 8%, 6% və 3,3% olmuşdu. Ümumiy-
yətlə, 1939-cu ildən 1989-cu ilə kimi Azərbaycanda şəhər əhalisi 3,3 dəfə artdığı halda, keçmiş SSRİ-də 3,1 də-
fə artmışdı. Lakin bu müddətdə Azərbaycanda ümumi əhali artımı 2,2 dəfə, əhalisinin ittifaq üzrə ümumi artım-
dan 2,4 dəfədən (50%) çox olduğu üçün, respublikada şəhər əhalisinin xüsusi çəkisinin artım tempi orta ittifaq
392
səviyyəsindən geri qalmışdı. Son məlumatların təhlili göstərir ki, belə bir vəziyyət hazırda da davam etməkdə-
dir. Azərbaycan Respublikasında şəhər əhalisinin xüsusi çəkisinin keçmiş ittifaq üzrə orta inkişaf tempindən və
mövcud səviyyəsindən geri qalması burada şəhər əmələgətirici təsərrüfat sahələrinin zəif inkişaf etdirilməsi ilə
izah olunur.
Tədqiqatlar göstərir ki, yaranmış şəhər və şəhər tipli yaşayış məntəqələrinin 80%-i bilavasitə sənayenin və
nəqliyyatın inkişafı ilə bağlıdır. Əgər keçmiş ittifaqın dağılması ərəfəsində sənaye və tikintidə çalışan əhali xalq
təsərrüfatında işləyən əhalinin 39%-ə qədər idisə, Azərbaycanda bu rəqəm 26,1% olmuşdur.
393
Cədvəl 20.4.
Dostları ilə paylaş: |