MəMMƏdov qəRİb xəLİlov mahmud


Şəhər əhalisinin miqdarı və xüsusi çəkisinin dinamikası



Yüklə 4,78 Mb.
səhifə662/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   658   659   660   661   662   663   664   665   ...   751
Şəhər əhalisinin miqdarı və xüsusi çəkisinin dinamikası   

 

 



İllər  

 

 



Şəhər əhali-

sinin sayı, 

min nəfər 

 

 



Xüsusi 

çəkisi, %-

lə 

 

İllər  



Şəhər əhali-

sinin sayı, 

min nəfər 

 

Xüsusi 



çəkisi, 

%-lə 


1913 

1920 


1926 

1939 


1959 

– 

– 



555,9 

409,5 


650,1 

1157,0 


1767,6 

– 

– 



 

24 


21 

28 


36 

48 


– 

– 

 



1970 

1979 


1980 

1985 


1989 

1994 


1999 

2002 


2564,7 

3196,3 


3254,0 

3524,5 


3790,0 

3952,8 


4064,3 

4142,2 


 

50 


53 

53 


53 

54 


53 

51 


51 

 

Abşeron yarımadasından kənarda təbii sərvətlərin istifadəyə verilməsi şəhər əhalisinin coğrafiyasının dəyiş-

məsinə səbəb oldu. 7-ci və 8-ci beşilliklərdə artıq 121 iri və nəhəng sənaye müəssisəsi tikilib istifadəyə verildi. 

Bu da bütün sovet hakimiyyəti illərində istismara verilən sənaye müəssisələrinin 26%-ə qədərini təşkil edirdi. 

(Əyyubov, 1999) Məhz bu dövrdə Mingəçevir SES-in istifadəyə verilməsi Gəncə- Daşkəsən sənaye qovşağının 

enerji tələbatını ödəməklə onun inkişafına təkan verdi. Abşeron neft-kimya sənaye kompleksi daha geniş inkişaf 

etməyə başladı, respublika sənayesinin bir hissəsi olan Sumqayıt şəhəri meydana gəldi və s. Belə bir iqtisadi –

sosial inkişaf fonunda Azərbaycanın şəhər əhalisi daha yüksək templə artmağa başladı və respublika tarixində 

ilk dəfə şəhər əhalisinin orta illik artım tempi müvafiq ittifaq göstəricisindən üstün oldu.1959-cu ildən 1970-ci 

ilə kimi olan dövrdə ittifaqda şəhər əhalisinin orta illik artımı 3,27% idisə, respublikada bu göstərici 4,1%-ə çat-




 

394


dı. Həmin müddətdə ümumi şəhər əhalisi ölkə üzrə 36% artdığı halda, respublikada 45% çoxaldı. Lakin 70-ci il-

lərdə şəhər yaradıcı istehsal və qeyri-istehsal sahələri, respublikanın sosial-iqtisadi inkişafına yönəldilən kapital 

qoyuluşunun ölkə ilə müqayisədə az mənimsənilməsi və bu məbləğin tədricən azaldılması ilə  əlaqədar olaraq 

zəif inkişaf etdi. Məsələn, təkcə 1979-cu ildə Azərbaycanın xalq təsərrüfatına hər min nəfər hesabı ilə sərf edi-

lən kapital qoyuluşunun səviyyəsi, bütün müvafiq respublikaların müvafiq göstəricilərindən xeyli az olaraq, 

ümumittifaq səviyyəsindən 67,7% geri qalmışdır. Hər 1000 nəfər əhaliyə düşən fəhlə və qulluqçuların orta illik 

miqdarı respublikada ittifaqdakından 31,6% və elmi kadrların sayı isə 40% az olmuşdu. Ümumiyyətlə, respublika-

da 1970-79-cu illərdə  əsas  şəhər yaradıcı  təsərrüfat sahələri olan sənaye və tikintidə əhalinin məşğuliyyəti 25% 

yüksəlmişdi. Halbuki xalq təsərrüfatında əhalinin ümumi məşğuliyyəti bu müddətdə 2 dəfəyə qədər artmışdı. Bu 

da hər şeydən əvvəl öz əksini şəhər əhalisinin artım tempində tapdı. Belə ki, 1970-1979-cu illər ittifaqda şəhər əha-

lisi 20,3% çoxaldısa, Azərbaycanda müvafiq göstərici 24,8%-ə bərabər oldu. Orta illik artım isə müvafiq surətdə 

2,25 və 2,9% təşkil etmişdi. Halbuki, respublikada əhalinin sayca artımı ittifaq əhalisinin müvafiq artımından 

9,2% çox olmuşdu. Bu isə respublika şəhər əhalisinin artım tempinin nəinki ümumittifaq səviyyəsindən geri qal-

mamasını, hətta ötüb keçməsini tələb edirdi. 

Rəqəmlərin təhlili göstərir ki, şəhəryaradıcı təsərrüfat sahələrinin nisbətən sürətli inkişafı ilə əlaqədar olaraq 

80-ci illərin başlanğıcında cüzi də olsa respublikada şəhər  əhalisinin artım tempi ümumittifaq göstəricisindən 

üstün olsa da, erməni separatçılığı ilə başlanan millətlərarası müharibə qeyri-sabit ictimai-siyasi həyat, böyük 

dövlət mənafelərinin Azərbaycan üzərində  cəmlənməsi ümumiyyətlə urbanizasiya prosesinə  ağır zərbə vurdu. 

Əgər 1979-1989-cu illərdə Sovet İttifaqında şəhər əhalisi artımı cəmi 15%, orta illik artım isə 1,5% olmuşsa, 

respublikada bu rəqəmlər müvafiq olaraq 11,8 və 1,18% təşkil edirdi. Halbuki, həmin dövrdə respublikada ümu-

mi əhalinin sayca artımı ittifaq üzrə əhali artımından 7,5% çox olmuşdu. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   658   659   660   661   662   663   664   665   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin