20.3. Energetikanın ekoloji aspektləri
Energetika insan fəaliyyətinin mühüm hissəsidir. Enerjidən istifadə etmədən insanın digər fəaliyyətləri prak-
tiki olaraq qeyri mümkündür: təbii resursların çıxarılması və istehsalı, sənaye məhsulunun istehsalı, nəqliyyat,
kənd təsərrüfatı, isitmə, səhiyyə və s. cəmiyyətin təkamülü və sivilizasiyası energetikanın inkişafı ilə sıx qarşı-
lıqlı əlaqədə keçmiş və keçməkdədir.
Tanınmış ekoloq D.Bruksu demişdir: «Fiziki dünyanın» (aləm) mövcudluğu enerjisiz mümkün deyil, belə ol-
duqda enerji axınlarının miqyasını və ya xarakterini dəyişmədən inkişafı təsəffür edə bilmərik. Enerji bu qədər
fundamental əhəmiyyət kəsb etdiyindən bu dəyişgənliyin hər biri ekoloji nəticə ilə tamamlanır.
İntensiv inkişaf edən dünya iqtisadiyyatı getdikcə çox enerji ixracını, dünya ölkələrinin təsərrüfatlarının
enerji ilə təminatının durmadan inkişafını, istehsalatın mexanikləşdirilməsi və avtomatlaşdırılmasının yüksəldil-
məsini tələb edir. Ənənəvi enerji resursları – daş kömür, neft, təbii qaz tükənir. Onların yeni yataqlarının aşkar
edilməsi və istifadəsi baha başa gəlir və xeyli vaxt tələb edir.
Dünyada son onilliklərdə enerjinin istehsalı və istifadəsi durmadan artmışdır. 20 il ərzində (1971-1991) dün-
yada enerjinin istifadəsi 45% artmışdır.
Mütəxəssislərin hesablamalarına görə müasir (indiki) həcmdə enerjidən istifadə edilərsə Yer kürəsində kəşf
olunan yanacaq 150 ilə, o cümlədən neft – 35 ilə, təbii qaz – 50 ilə, daş kömür – 425 ilə çatar. Neft və təbii qaz
həmişə olduğu kimi dünyada enerji balansının əsasını təşkil edir (60 %-dən artıq inkişaf etmiş, 40 %- inkişaf et-
məkdə olan).
Enerji – beynəlxalq iqtisadiyyatda mühüm məhsul sayılır, ölkələrin enerji mənbələri ilə etibarlı təmin olun-
ması XX-XXI əsrlərin mühüm strateji problemi olmuşdur. Qlobal enerji strategiyası və problemləri sistemli ola-
raq əsas ümumdünya məsələlərilə qarşılıqlı əlaqədədir. Bunlar aşağıdakılardır: əhalinin sayının artımı, yoxsullu-
ğun yayılması, ərzağın və suyun defisitliyi, insanların sağlamlığı və səhiyyənin vəziyyəti, şəhərlərdə havanın
keyfiyyətinin əlverişsizliyi, iqlimin dəyişməsi, ekosistemlərin deqradasiyası, onların asidifikasiyası, nüvə silah-
larının yayılması və s. Odur ki, energetikanın məsələləri elə həll edilməlidir ki, digər qlobal problemlərin vəziy-
yəti pisləşməsin.
Dünya energetikası inkişafının tarixi ibrətamiz olmuşdur. İnsanın hər bir fəaliyyət növünün ilkin mənbəyi
özü, onun əzələ enerjisi olmuşdur. Sonralar odunu yandırmaq üsullarını kəşf etdikdən sonra insan isti yemək,
məskunlaşdığı yeri isitmək, tunc və dəmir kimi yeni materiallar əl-
də etmək imkanına malik oldu. Ev heyvanlarının enerjisindən isti-
fadə edilməsi kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində yeni
bir inkişaf oldu. Buxarın işçi qüvvəsi kimi kəşf edilməsi sənaye in-
qilabının texnoloji faktoruna çevrildi və daş kömür, neft və təbii
qaz kimi enerji ehtiyatlarının mənimsənilməsinə şərait yaratdı. O
vaxtdan indiyə kimi sivilizasiya qazıntı yanacaqlarına əsaslanır.
Dünyada istehsal olunan və ya istifadə edilən enerjinin ümumi
gücü 10 teravat və ya 10
10
vt təşkil edir və getdikcə artır. Bunun 90
%-ə qədər enerji daş kömür, neft və təbii qazın yandırılmasından
alınır. Yəqin ki, bu göstərici yaxın onilliklərdə qalacaq, istehsal
olunan enerji isə artmaqda davam edəcəkdir.
Atom enerjisinin həcmi və payı ehtimal ki, yaxın vaxtlarda o
qədər də dəyişməyəcəkdir. Hidroelektrik enerji istehsalının ümumi
ölçüsü artacaq, lakin onun istehsalatda payı və istifadəsi bir qədər
azalacaqdır.
Günəş, külək, dəniz qabarmaları, su dalğaları enerjisi, geoter-
mal enerji və başqa bərpa olunan enerji mənbələrinin bəzi optimist
proqnozlarına baxmayaraq o qədər yüksək yer tutmur. Bərpa olu-
nan məsələlərdən istehsal edilən (alınan) enerjiyə çəkilən iqtisadi
və ekoloji xərclər durmadan azalır və onların praktiki istifadəsində xeyli nailyyətlərin olmasına baxmayaraq
dünya enerji balansında bu mənbələrin payı 1%-ə çatmır.
Əsas istilik enerjisi mənbələrinin istehsalı və istifadəsi müvafik fəsildə qeyd etdiyimiz kimi praktiki olaraq
həmişə əlverişsiz nəticələrə səbəb olaraq ekosferə və insanların sağlamlığına mənfi təsir göstərir. Enerjinin göz-
lənilən sonrakı istehsalının və istifadəsinin artması ekoloji problemlərin daha da gərginləşməsinə səbəb olacaq-
dır.
Üç əsas mənbədən (neft, daş kömür və təbii qaz) atmosferi ən çox çirkləndirən istilik elektrik stansiyalarıdır.
Müasir energetika atmosferdə parnik qazlarının toplanmasında mühüm faktor sayılır və iqlimin antropogen də-
yişməsində əsas rol oynayır.
Hazırda Fransada əldə olunan elektroenerjinin 70 %-i atom enerjisidir. 2030-cu ilə qədər Yaponiyada 120
nüvə reaktorlarının tikilməsi nəzərdə tutulur.
Dostları ilə paylaş: |