MəMMƏdov qəRİb xəLİlov mahmud


 Nüvə müharibəsi bəşəriyyət üçün təhlükəlidir



Yüklə 4,78 Mb.
səhifə673/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   669   670   671   672   673   674   675   676   ...   751
 

20.6. Nüvə müharibəsi bəşəriyyət üçün təhlükəlidir 

Bəşəriyyət tarixində müharibələr çox olmuşdur. Təxmini hesablamalara görə yalnız son 5,5 min il ərzində 

Yer kürəsində 15 min müharibə və hərbi konflikt olmuş, (onlardan yarısından çoxu Avropada), xalqlar böyük 

müsibət və iztirablar keçirmişlər. Özünün bütün tarixi boyu bəşəriyyət 292 il müharibə görməmişdir. XX əsrin 

birinci yarısında bəşəriyyət iki dəfə zülmətli müharibəyə düçar olmuş, bu müharibələr qanlı və dağıdıcı xarakter 

almışdır.  

Müharibə aparılmasında texnika yüksəldikcə dinc əhalinin məhv edilməsi də artır. Dinc əhalinin ölüm 

miqdarı ilə  hərbçilərin ölümü arasında nisbət aşağıdakı kimi olmuşdur: birinci dünya müharibəsində – 1:20; 

ikinci dünya müharibəsində –1:1; Koreyadakı müharibədə (1950-1953-cü illər) – 5:1; Vyetnamdakı müharibədə 

(1964-1968-ci illər) – 20:1. Müasir silahlanma vasitələrindən istifadə edib, hətta lokal müharibə başlayarsa ölən 

dinc əhalinin sayı ölən hərbçilərdən 100 dəfə çox olacaqdır (yəni 100:1). Bu müharibə əslində dinc əhaliyə qarşı 

müharibə olacaq. Bununla da müasir müharibə bütün bəşəriyyətin qlobal probleminə çevrilir. 

Müharibə probleminin qloballığı dünyada silahların güclü artması ilə  əlaqədardır. Hazırda yalnız toplanan 

nüvə silahlarının partlayış gücü indiyə  qədər olan müharibələrdə istifadə olunan döyüş sursatlarının ümumi 

gücündən bir neçə min dəfə çoxdur. 

Hazırda dünyada müxtəlif ölkələrin arsenalında olduqca çoxlu miqdarda nüvə silahları vardır. Bu silahların 

ümumi gücü 1945-ci ilin avqustunda Xirosima və Naqasakiyə atılan bombaların gücündən bir neçə milyon dəfə 

güclüdür.Xirosimaya atılan bomba nəticəsində 200 mindən artıq insan həlak olmuş, şəhərin 40%-i külə dönmüş, 

qalan ərazi isə tanınmayan dərəcədə eybəcərləşmişdir. Atılan atom bombalarının faciəli nəticələri Yaponiyada 

hələ indi də müşahidə edilir. 

Müasir silahlarla Yer üzərində bütün həyatı dəfələrlə məhv etmək mümkündür. Hətta adi vasitələrlə belə bu 

gün müharibə aparılarsa bəşəriyyətə və təbiətə qlobal zərər yetirər. 

Beynəlxalq humanitar məsələlər üzrə Müstəqil komissyanın məruzəsində qeyd edilir ki, silah istehsalı 

bəşəriyyəti yaşatmaq ideyası ilə aparılır. Lakin hər il bir milyard dollara qədər hərbi məqsədlərə xərclənir, bu isə 

inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrə olan borcu ilə müqayisə edilə bilər. 

Hazırda dünya öz varını – dövlətini ağlasığmaz heç bir qiyməti olmayan silah istehsalına sərf edir. Bu isə 

zəngin resursları bəşəriyyətin ehtiyacını ödəməyə yönəltməyə imkan vermir.  

Hər bir ölkənin silahlı qüvvələrinin fəaliyyəti müxtəlif silah növlərini sınaqdan keçirdikdə  həmçinin 

köhnəlmiş silahları  və döyüş sursatlarını  məhv etdikdə torpaqdan, akvatoriyadan, hava boşluğundan istifadə 

edərkən ekoloji problemlər yaranır.  

Hərbi sənaye kompleksi (HSK) müəssisələrinin tullantıları ilə biosfer elementlərinin çirklənməsi problemi ilə 

yanaşı, radioaktiv tullantıların (RAT) basdırılması  və utilləşdirilməsi də  həll olunmamış problem kimi qalır. 

HSK-ya malik olan inkişaf etmiş ölkələr RAT-ı saxlamaq üçün inkişaf etməkdə olan ölkələrə ötürməyə və ya 

Dünya okeanının yaşayış olmayan adalarında dənizin dibində basdırmağa çalışır. Məsələn, «Yeni Torpağın» 

yanında 11 mindən artıq RAT konteyneri, 15 qəzaya uğramış reaktorlar və «Lenin» buzqıranı basdırılmışdır. Bu 

zaman mütləq təhlükəsizliyə nail olunmur, belə ki, konteynerlərin materialı korroziyaya uğrayır: metal 

konteynerlər 10 ildən sonra, beton konteynerlər isə 30 il ərzində dağılır. 

Nüvə silahlarının sınaqdan keçirilməsi nəticəsində ətraf mühit radioaktiv maddələrlə (xüsusən sezium – 137 

və stronsium -90) çirklənəcək və orta temperatur dəfələrlə aşağı düşəcəkdir. Bu zaman kənd təsərrüfatının əsas 

ekosistemləri qlobal ekoloji fəlakətə məruz qalacaqdır. 

Atom bombası atıldıqda müəyyən iqlim dəyişkənliklərilə bərabər yanğın və radioaktiv yağışlar nəticəsində 

geniş miqyasda səhralaşma baş verəcək, enerji və rabitə sistemləri sıradan çıxacaq, atmosferin ozon qatının 

qalınlığı azalacaq, su və hava zəhərli maddələrlə və qazlarla zəhərlənəcəkdir.  

Nüvə müharibəsi nəticəsində təbii mühitin və  cəmiyyətin sosial-iqtisadi strukturlarında qlobal dağılma baş 

verəcək və müharibədən  əvvəlki ilkin vəziyyətə qayıtmaq mümkün olmayacaqdır. Bu zaman radioaktiv 

çirklənmə, kəskin ultrabənövşəyi şüalanma, aşağı temperatur, aclıq və digər mənfi faktorlar insanların məhvinə 

səbəb olacaqdır. Bu nəticələr göstərir ki, qlobal nüvə müharibəsində qalib tərəf olmayacaq və müharibənin 

faciəli nəticələrindən kənarda qalan olmayacaqdır. 




 

403


Müasir şəraitdə silahsızlaşma problemi ilə sosial-iqtisadi inkişaf arasında sıxı əlaqə vardır. Bütün xalqların 

həyatı marağı silah istehsalını dayandırmağı, hazırda hərbi məqsədlər üçün istifadə edilən böyük resurslardan 

dinc yaşayış ehtiyaclarını, bütün ölkələrin sosial-iqtisadi inkişafını,  ətraf mühitin mühafizəsini tələb edir. 

Mütəxəssislərin fikrincə bu halda dünyada təsərrüfatın inkişafı əlavə olaraq 1-2 % yüksələr. 

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Fransa, Çin və Böyük Britaniya) özlərinin hərbi 

xərclərini 10% azaldarsa digər problemləri də  həll etmək olar. Mütəxəssislərin hesablamalarına  əsasən 100 

mlrd.  dollara  100 mln əhalini təmin etmək üçün 20 mln. mənzil və ya 6 mln çarpayılıq yeri olan 100 min 

xəstəxana tikmək olar. 1,2 mlrd. əhalisi olan Asiya, Afrika və Latın Amerikası  əhalisini içməli su ilə  təmin 

etmək üçün 3 mlrd. dollar lazımdır.Bütün dünyada malyariyanın qarşısını almaq proqramını yerinə yetirmək 

üçün isə cəmi 450 mln. dollar tələb olunur. 

Lakin dünyada toplanan çoxlu miqdarda silahları mərhələli yox etmək üçün həm uzun dövr lazımdır, həm də 

olduqca çoxlu pul vəsaitləri tələb olunur. Dövlətlərin rəhbərləri bir çox beynəlxalq müqavilələr bağlayaraq nüvə 

silahlarını  sınaqdan keçirməyi və ondan istifadəni məhdudlaşdırmaq üzrə razılaşmalar  əldə etmişlər. Bu 

müqavilələrdə nüvə silahlarını atmosferdə, kosmosda və su altında sınaqdan keçirilməsini və yayılmasını 

qadağan etmək, strateji – hücum silahlarını azaltmaq, orta və yaxın məsafəli və digər raket silahlarını azaltmaq 

və məhv etmək məsələləri irəli sürülür. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   669   670   671   672   673   674   675   676   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin