404
Belə ki, inkişaf etmiş ölkələrdə 520 adama 1 həkim düşür, səhiyyəyə ümumi milli məhsulun (ÜMM) 80 %-i,
inkişaf etməkdə olan ölkələrdə isə 17 min adama 1 həkim, səhiyyəyə ÜMM-nin cəmi 1 %-i yönəldilir.
Bir çox alimlər dünyada sağlamlığın böhran həddinə çatmasını göstərir. Bu əsasən inkişaf etməkdə olan ölkələrə
aiddir. Bunun səbəbi qidanın çatışmamasilə əlaqədar əhalinin çox hissəsində xəstəliklər və vaxtsız ölüm hadisəsi,
çirklənmiş su, sağlamlıq adekvat xidmətinin olmaması; inkişaf etmiş ölkələrdə xərcəng (onkoloji xəstəliklərin 80%-i
ətraf təbii mühitin vəziyyətindən asılıdır), ürək-damar, respirator və allergiya xəstəliklərinin artması müşahidə olunur.
İnkişaf etmiş ölkələrdə xəstəliklərin strukturunda birinci yeri əsasən qeyri infeksion, inkişaf etməkdə olan ölkələrdə isə
infeksion xəstəliklər tutur.
Dünyada sağlamlığın böhranının əsas aspektləri demoqrafik, sosial-iqtisadi, tibbi və fərdi əhval – ruhiyyə
hesab olunur.
Demoqrafik aspekt
1995-ci ildə dünyanın əhalisi 5.6 milyard təşkil etmişdir, onun 77% -i inkişaf etməkdə olan, 23%-i isə inkişaf
etmiş ölkələrdə yaşayır. 90-cı illərdə dünya əhalisinin orta yaşı 62 il (inkişaf etmiş ölkələrdə - 73 il, inkişaf
etməkdə olan ölkələrdə – 60 il) olmuşdur. Bu göstərici ayrı-ayrı rayonlarda müxtəlif olmuşdur. Məsələn,
Avropanın bütün ölkələrində orta yaş 60-dan yuxarı, Afrikanın 44 ölkəsində – 48 yaş, Cənubi – Şərqi Asiyada
və Aralıq dənizinin şərq ölkələrində isə 60 yaşdan aşağıdır.
İnkişaf etməkdə olan ölkələrdə insanların ömrü sürətlə artmaqdadır. Məsələn, 1989-cu ildən sonra insan
ömrünün uzunluğu 29 %, inkişaf etmiş ölkələrdə isə 8,6 % artmışdır.
Sosial – iqtisadi aspekt
Bu aspekti səciyyələndirən göstəricilərə ÜMM, (ümumi milli məhsul) əhalinin məşğulluğu, urbanizasiya,
yoxsulluq, sağlamlıqda qeyri bərabərlik, ərzaq təminatı və savadlılıq daxildir.
XX əsrin 1980-cı illərində ÜMM 60 və 70–ci illərə nisbətən zəif inkişaf etmişdir. 1987-ci ildə adambaşına
orta ÜMM 3010 dollar düşüb regionlar üzrə kəsgin dəyişmişdir: aşağı gəlirli ölkələrdə – 130-150 dollar, yüksək
gəlirli ölkələrdə isə – 6010-21330 dollar olmuşdur.
Dünyada səhiyyəyə ÜMM-in 5,4%-i (4,8%-az inkişaf etməkdə olan ölkələrdə, 6,6 % - inkişaf etmiş
ölkələrdə) ayrılır.
Əhalinin sağlamlığı onun məşğulluğu ilə də bağlıdır.
İnkişaf etmiş ölkələrdə işsizlərin sayı 30 mln., inkişaf etməkdə olan ölkələrdə isə 70 milyon təşkil edir. Asiya
və Afrika daha çox işsizliyə görə seçilir. İşsizlik insanın həm fiziki, həm də mənəvi sağlamlığına mənfi təsir
göstərir.
Urbanizasiya səviyyəsi sağlamlıq problemi ilə bilavasitə bağlıdır.
90-cı ilin əvvəllərində Yer əhalisinin 43 %-i şəhərlərdə yaşamışdır, 2000-ci ildə bu rəqəm 47 %-ə çatdı.
İnkişaf etmiş ölkələrdə əhalinin 70 %-i şəhərlərdə yaşayır. Burada sağlamlıq problemi mühüm problem sayılır.
Məsələn, Nyu-Yorkda baş verən bəlaların çoxu XX – XXI əsrlərin urbanizasiyası ilə əlaqədardır.