MəMMƏdov qəRİb xəLİlov mahmud


Şəkil 20.5. Dünyada mühüm ərzaq bitkilərinin istehsalı (yaşıl kütlə)



Yüklə 4,78 Mb.
səhifə672/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   668   669   670   671   672   673   674   675   ...   751
Şəkil 20.5. Dünyada mühüm ərzaq bitkilərinin istehsalı (yaşıl kütlə), 

1980-ci il FAO-nun məlumatı 

 

Ərzaq probleminin baş verməsinin digər səbəbi  əhalinin qidasında bir, yaxud iki ərzaq məhsulu növünün 



üstünlük təşkil etməsidir, bu isə  əhalinin diyetasında yekrənglik xarakteri yaradaraq gizli aclıq forması  əmələ 

gətirir. Məsələn, Cənubi və Cənubi- Şərqi Asiyanın əhalisinin rasionunun 70% -ni , Yava adasının (İndoneziya) 

bəzi rayonlarında hətta 90% -ni düyü təşkil edir. Bu isə bəzi xəstəliklərin, o cümlədən beri-beri xəstəliyinin baş 

verməsinə səbəb olur. Afrika kontinentinin bəzi dövlətlərinin əhalisinin qida rasionunda kökümeyvəlilər (yams, 

batat, maniok) üstünlük edir. 

Yekrəng qidalanma uşaqların kvaşiorkor deyilən xəstəliyinə tutulmasına  şərait yaradır. Bu zaman uşaq 

kifayət qədər kalori alsa da orqanizmə zülal çatışmır. Qidada həm kalori, həm də zülal çatışmadıqda isə «uşaqda 

marazm» xəstəliyi baş verir. Hər iki xəstəlik uşaqlarda həmişə güclü diareya (mədə-bağırsaqda həzmin 

pozulması) ilə müşayiət olunur. Belə  uşaqlar arasında ölüm hadisəsi və psixi pozuntuların səviyyəsi yüksək 

olur.  


Əhalinin  ərzaqla təmin edilməsində aqrokulturanın səviyyəsi böyük rol oynayır. Buna yüksək məhsuldar 

bitki sortlarından, məhsuldar heyvan cinslərindən, çox müxtəlif və müasir kənd təsərrüfatı texnikasından istifadə 

etməklə (məsələn, Latın Amerikasında min ha əkin sahəsinə cəmi 5 traktor; Afrikada – 1, Rusiyada –12, ABŞ-

da 30, Yaponiyada –450 traktor düşür), lazımi miqdarda gübrələr verməklə (mütəxəssislərin hesablamalarına 

görə kimyəvi gübrələrdən istifadə etdikdə  əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 40% artır) kənd 

təsərrüfatı bitkilərinin ziyanvericiləri və  xəstəlikləri ilə mübarizə  tədbirlərini həyata keçirməklə, həm də  kənd 

təsərrüfatı məhsullarını saxlamaq texnologiyasına riayət etməklə nail olmaq olar.  

İnkişaf etməkdə olan ölkələrdə aqrokulturanın səviyyəsi hələ ki, geri qalır, bu isə kifayət qədər yüksək 

məhsul alınmasını  və onun artımını  təmin etmir. Dünyada taxılın orta məhsuldarlığı 25 sent/ha, Afrikada 12 

sent/ha (onun tropik hissəsində  təsərrüfatlar hektardan 1 sent. məhsul yığır), Cənubi Amerikada 20 sent./ha 

təşkil edir. 

Dünyada  ərzaq problemini həll etmək üçün inkişaf etməkdə olan ölkələrdə  «yaşıl inqilab», inkişaf etmiş 

ölkələrdə isə «biotexnoloji inqilab»ın keçirilməsi planı irəli sürülür. 

 «Yaşıl inqilab» yüksək məhsuldar kənd təsərrüfatı  ərzaq bitkilərinin, xüsusən buğda, qarğıdalı, düyünün 

becərilməsi, irriqasiya işlərinin genişləndirilməsi və müasir texnika, kimyəvi gübrələr, bitki mühafizəsi 

üsullarının tətbiqi ilə həyata keçirilməlidir. 




 

402


Lakin «yaşıl inqilab» inkişaf etməkdə olan ölkələrin sahələrinin üçdə birində müəyyən qədər tətbiq 

olunmuşdur. Əkinçilikdə əsasən üç dənli bitkiyə (buğda, düyü, qarğıdalı) üstünlük verilmişdir. Aqrokulturaya 

düzgün riayət edilmədiyindən «yaşıl inqilab» arzuolunmaz ekoloji nəticələr vermişdir. Belə ki, toksik kimyəvi 

maddələrdən istifadə edilməsi torpaqların zəhərlənməsinə, düyü sahələrində balıqların məhv olmasına, kənd 

təsərrüfatı bitkilərinin ziyanvericilərinin yayılması partlayışına səbəb olmuşdur. 

«Biotexnoloji inqilab» inkişaf etmiş ölkələrdə torpağın hazırlanması (laydırsız  şumlama, frezerlə 

yumşaltma), suvarma (damcılı suvarma), bitkilərin ziyanvericilərdən mühafizəsi (fereonlardan istifadəsi), səpin 

toxumlarının izotoplarla hazırlanması aqrotexniki yeniliklərin tətbiqi ilə bağlıdır. 

Bu gün ərzaq problemi bəşəriyyətin qlobal problemi olub gələcək sivilizasiya onun həllindən asılıdır. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   668   669   670   671   672   673   674   675   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin