21.2. Davamlı inkişaf konsepsiyası
Davamlı inkişaf dedikdə indiki nəsillərin tələbini ödəyən, gələcək nəsillərin tələbinin ödənilməsini təhlükə
altına almayan inkişaf başa düşülür.
«Davamlı» inkişaf konsepsiyası ilk dəfə 1987-ci ildə BMT Beynəlxalq Komissiyasının məruzəsində təklif
edilmiqdir. Bu sənədin işlənməsində 200-dən çox dövlət iştirak etmişdir. 1992-ci ildə ətraf mühit və inkişaf üzrə
BMT-nin Rio-de-Janeyroda keçirilmiş konfransı bu konsepsiyanı planetin bütün ölkələri üçün XXI əsrdə fəaliy-
yət planı kimi təsdiq etdi.
«Cəmiyyət - təbiət» qlobal sistemində davamlı inkişaf müxtəlif səviyyəli sosioekosistemlərdə dinamik müva-
zinətin gözlənilməsini tələb edir. Məlum olduğu kimi, sosioekosistemin komponentləri cəmiyyət (sosial sistem)
və təbii mühitdir. (eko və geosistemlər) Sosioekosistemlərin dinamik müvazinəti göstərilən sistemlərin onların
inkişaf prosesində müəyyən münasibətlərin gözlənilməsini nəzərdə tutur.
Buradan belə nəticə çıxarmaq mümkündür ki, sosioekosistemin fasiləsiz inkişafı üçün sistemin mühit ilə tək-
cə maddə, enerji və informasiya mübadiləsi deyil, həmin mübadiləni təmin edən xarici mühit də qorunub saxla-
nılmalıdır. Bizim planetin, onun biosferinin məhdud imkanlar şəraitində bu şərtin yerinə yetirilməsi üçün cəmiy-
yət tərəfindən təbii mühit qorunmalı və inkişaf etdirilməlidir.
Davamlı inkişaf konsepsiyasının əsas ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şəra-
it və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır.
Yalnız bu halda cəmiyyət və təbii mühitin inkişafı üçün zəmin yaradıla bilər.
Rio-de-Janeyroda yüksək səviyyədə toplanmış görüş iştirakçıları prinsiplər məsələsini qəbul etmişlər. Bu
prinsiplərdə xalqların inkişaf hüququ və onların ətraf mühitin qorunmasındakı vəzifələri müəyyən edilir.
Dostları ilə paylaş: |