XXI Fəsil
YENİ SİVİLİZASİYA DÖVRÜNÜN
EKOLOGİYASI
21.1. İnkişafın alternativ yollarının axtarışı
Bu fəsil Q.Ş.Məmmədov və M.Ş.Babayevin rus dilindən azərbaycan dilinə tərcümə etdikləri N.M.Məmmə-
dov və İ.T. Suraveginanın «Ekologiya» kitabının 7-ci fəsli əsasında yazılmışdır.
Cəmiyyətlə təbii mühitin qarşılıqlı təsiri indiyə kimi kortəbii baş vermişdir. Bu gün məlum olmuşdur ki, cə-
miyyət təbiətin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməli, kotrəbii qraşılıqlı təsirdən şüurlu istiqamətlən-
dirməyə keçməlidir. Bəşəriyyət indi daha çox başa düşür ki, təbiətin imkanları, indiki və gələcək nəsillərin ma-
raqları nəzərə alınmadan biosferin ehtiyatlarını və Yerin başqa sərvətlərini mənimsəmək olmaz.
Ekoloji problemin məzmununu təşkil edən əksər məsələlər cəmiyyət qarşısında bu və ya digər dərəcədə bü-
tün tarix boyu mövcud olmuşdur. İnsanın əmələ gəldiyi vaxtdan onun biosferə təsiri daima artmışdır. Lakin yal-
nız industrial cəmiyyət və demoqrafik partlayış şəraitində insan fəaliyyətinin mənfi nəticələri qlobal xarakter al-
mışdır. Bu zaman əsas məsələ biosferin əsaslarını dağıtmadan Yerdə milyardlarla insanı necə yerləşdirməyə, on-
ların tələb və arzularını necə yerinə yetirməyə gətirib çıxarır.
Bu gün Yerdəki bütün həyat formalarının taleyi birmənalı şəkildə insan fəaliyyətinin xarakterindən asılıdır.
Cəmiyyət üçün öz inkişafının ağıllı yolunu, başqa sözlə, öz gələcəyini müəyyən etmək vacibdir.
Ekoloji problem cəmiyyətin alternativ inkişaf ideyalarının əsası olmuşdur. Bu ideyalar istehlakı, insanların
həyatının səviyyə və keyfiyyətini, istehsalı, texnologiya və s. radikal şəkildə dəyişməyi tələb edir.
İnkişafın alternativ yollarının axtarılması, şübhəsiz ki, həyat normalarının, mədəni ənənələrin köhnəlmiş qay-
dalarına yenidən baxılması ilə əlaqədardır. Bəzən kənar tədbirlər təklif edilir. Məsələn, bəziləri güman edir ki,
yalnız Şərqin qədim mədəniyyəti yeni sivilizasiya üçün əsas nümunə ola bilər.
Əlbəttə, müxtəlif mədəniyyətlərdən dəyərli olanını qəbul etmək vacibdir. Lakin qədim mədəniyyətlərin «ana-
loqu» əsasında indikinə alternativ cəmiyyət yaratmaq mümkün deyil.
İnkişafın alternativliyi o vaxt qəbul edilə bilər ki, o ya köhnədən hansı göstrəricisinə görəsə üstün, ya da heç
olmasa onunla bir səviyyədə olsun. Bu baxımdan, elm və müasir texnologiyadan istifadə etməklə alternativ sivi-
lizasiyanın əsaslarını yaratmaq istəyənlər həqiqətə daha yaxındırlar.
Bəşəriyyətin alternativ inkişaf yolunun seçilməsinin özü elmi analizsiz mümkün deyildir. Bununla əlaqədar
xüsusi elm – qlobalistika yaranmışdır. Onun əsas vəzifəsi mürəkkəb dünya (qlobal) problemlərinin ictimai inki-
şafa təsirini öyrənməkdir. Bu problemlərə ekolojidən (mühitin çirklənməsi, sərvətlərin tükənməsi və s.) əlavə,
əhali problemi, elm və texnikanın inkişafı, təhsil, qızğın silahlanma (hərbiləşdirmə) və s. aid edilir. Ekoloji
problem onlar arasında mərkəzi mövqedə durur.
Qlobalistikanın inkişafında «Roma klubu» nümayəndələrinin böyük xidməti olmuşdur. İtaliya alimi və icti-
mai xadimi Aurelio Peççeinin təşəbbüsü ilə 1968-ci ildə yaradılmış bu beynəlxalq təşkilat dünyanın ən tanınmış
alimlərini özündə birləşdirir. «Roma klubu» 1972-ci ildə «İnkişafın həddi» adlı məruzə nəşr etdirildikdən sonra
məşhurlaşdı. Bu məruzənin məqsədi – xəbərdarlıq etmək idi. Əhalinin artımında mövcud olan meylləri, istehsa-
lı, çirklənməni, sərvətlərdən istifadə edilməsini və ekoloji böhrandan xilas olmağa xidmət edən ictimai həyatın
(siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə və s.) müxtəlif sahələrində belə dəyişmələrə şərait yaradan nəticələri
üzə çıxarmaq zəruridir.
Məruzədən məlum olurdu ki, industrial eranın və insanlar üçün adi olan istehlakçılıq həyat tərzinin sonu çat-
mışdır. Cəmiyyətin biosferə təzyiqi elə bir həddə çatmışdır ki, onun özünü təbii təmizləmə mexanizmi kifayət
etmir. İnsanın istehsal fəaliyyətinin əlverişsiz nəticələrini aradan götürmək üçün biosferdə davamlılıq ehtiyatı
çatmır.
Bəs insanın dünyada yeni mövqeyinin mahiyyəti nədən ibarətdir və ona hansı yeni rol nəzərdə tutulmuşdur?
Bu suala «Roma klubu»nun və digər beynəlxalq təşkilatların məruzələrində cavab verilmişdir.
Ən əvvəl insanın xüsusi biosfer funksiyası – biosferi xilas etmək və qorumaq vəzifəsi məlum olmuşdur. Ar-
zuolunmaz ekoloji aqibətin qarşısını almaqdan ötrü bəşəriyyət kortəbii inkişafdan səmərəli, tənzimlənmiş, təbiət
və cəmiyyətin təkamül qanunlarına əsaslanan inkişaf yolunu tutmalıdır. Yalnız bu halda cəmiyyətin inkişafı fa-
siləsiz və uzunmüddətli, xüsusi sosial sarsıntılarsız və təbii qəzalarsız ola bilər. Yalnız bu cür inkişafı davamlı
hesab etmək olar. Lakin bundan ötrü böyük yaradıcı iş tələb olunur. Digər tərəfdən, insanların şüuru, onların
məqsəd və əxlaqi oriyentirləri əsaslı şəkildə dəyişməlidir.
Bəşəriyyət bu gün öz tarixinin həlledici anını yaşayır. Bir tərəfdən o, qlobal dünya problemlərilə rastlaşmış,
digər tərəfdən isə həmin problemlərin həlli üçün tələb olunan intellektual, texnoloji potensiala malikdir. Bundan
ötrü bütün adamların tarix, gələcək qarşısında öz məsuliyyətlərini dərk etmələri vacibdir. Yaşamaqdan ötrü in-
sanlar inkişafın yeni tipinə keçməli, öz həyat fəaliyyətlərini dəyişməlidirlər. Qlobal ekoloji böyran insanın bios-
fer qarşısında öz vəzifəsini başa düşməməsindən irəli gəlir. Beləliklə, problem, insandan kənarda deyil, onun
410
özündədir və bu problemin həlli ilk əvvəl planetimizin bütün sakinlərinin əsl insan keyfiyyətlərinin inkişafı ilə
bağlıdır.
Dostları ilə paylaş: |