MəMMƏdov qəRİb xəLİlov mahmud


 Yeni sivilizasiyanın mədəniyyəti və əxlaqı



Yüklə 4,78 Mb.
səhifə682/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   678   679   680   681   682   683   684   685   ...   751
21.3. Yeni sivilizasiyanın mədəniyyəti və əxlaqı 

XXI əsrin başlanğıcında bəşəriyyət görünməmiş miqyasda kəskinləşdiyi vəziyyətə düşmüşdür. Bu problemlər 

fonunda nəinki Yerin geofiziki vəhdəti, bizim sivilizasiyanın dəyərləri sisteminin, mədəniyyətin vahidliyi real şə-

kildə dərk edilməyə başlamışdır. 

Mədəniyyət insanların həyat tərzinin təşkili və adaptasiyası kimi onların bir-birinə və təbii mühitə münasibə-

tinin vacib göstəricisidir. Məzmunundan və istiqamətindən asılı olaraq o, xalqları bir-birinə yaxınlaşdıra və ayı-

ra bilər. Bizim zəmanəmizdə bəşəriyyətin sağ qalması, özünəməxsus milli mədəniyyətləri ümumbəşəri dəyərlər-

lə birləşdirən vahid dünya mədəniyyətinin yaranmasından asılıdır. 

Müasir dünyanın mürəkkəb problemləri şəxsiyyətin intellektual və humanist keyfiyyətləri haqqında məsələni 

kəskin şəkildə ortaya qoyur. Aşkar olur ki, fərdin formalaşması milli ilə yanaşı, dünya mədəniyyətinin təsiri al-

tında getməlidir. Bu iki ölçünün uyğunluğu insanın sosial və  ətraf mühitlə münasibətlərindəki birtərəflilikdən 

yayınmağa imkan verər. 

Dünya mədəniyyətinin təşəkkül tapmasını çox vaxt yalnız mədəniyyətin avropalaşması ilə eyniləşdirirlər. 

Dünya mədəniyyəti bütün dünya xalqlarının mədəniyyətinin nailiyyətlərini özündə birləşdirməklə, onların müs-

təqilliyini qoruyub saxlayır. Bəşəriyyətin vahid mədəniyyəti ayrı-ayrı xalqların mədəniyyətini əvəz etmir, onları 

zənginləşdirir, onlara müasir dövrün problemlərinin həllində köməklik göstərir. Başqa sözlə, mədəniyyət insan-

ların həyat fəaliyyətinin milli səviyyədə sadə təcrübəsi kimi deyil, çoxölçülü, qlobal proseslərlə əlaqədar hadisə 

kimi qarşımızda durur. 

Həm milli, həm də dünyəvi inkişafın əsasını insanla təbiətin harmoniyası təşkil etməlidir. İqtisadiyyatın inki-

şafına istiqamətlənmiş əvvəlki strategiyanın yerinə mərkəzində insanın durduğu strategiya gəlməlidir. İnsanların 

müasir həyat tərzi və onların məqsədi sənaye cəmiyyəti dövründə formalaşdığına görə əsaslı şəkildə dəyişməli-

dir. Ona görə də təkcə mədəni ənənələr deyil, yeni ekoloji mədəniyyətin məqsədyönlü inkişafı da zəruridir. 

Ekoloji mədəniyyət insanın təbiətlə onu dərindən dərk edilməklə birləşməsinin, barışmasının yeni üsuludur. 

Ekoloji mədəniyyətin ən vacib əlaməti sadəlövh antroposentrizmdən imtina edilməsi və biosferosentrik ba-

xışların qurulduğu baxışlara keçilməsidir. Bu o deməkdir ki, indi istənilən problemin həllində üstünlük sosial-iq-

tisadi amillərə deyil, təbii amillərə verilməlidir. 

Belə yanaşmanın son məqsədi də, bilavasitə olmasa da, onun mövcud olduğu təbii mühiti saxlamaqla yenə 

də insandır. Ekoloji mədəniyyətin ölçüsü kimi ekoloji etika çıxış edir. Ekoloji etikaya əxlaq münasibətləri sfera-

sında «insan-insan», «insan-cəmiyyət» ənənəvi münasibətləri ilə yanaşı «insan-təbiət» münasibətlərinin bir sıra 

cəhətləri daxil edilmişdir. 



 

412


Ekoloji etikaya məxsus olan əsas xassələr içərisində aparıcı xüsusiyyəti gələcək nəsillərin yaşayacağı  təbii 

mühitə olan qayğı təşkil edir. Ekoloji etikanı onun ənənəvi istiqamətlərindən fərqləndirən onun üzünü gələcəyə çe-

virməklə, indinin qayğısına qalmasıdır. 

 

Ekoloji etikanın vəziyyəti artıq indi aşağıdakı tələbləri təklif etməyə imkan verir: gələcək nəsillərin yaşaması 



imkanını pozan istənilən hərəkətdən imtina etmək; təbii mühitin vəziyətinə təsir göstərən qərarların qəbulunda 

gələcək nəsillər qarşısındakı məsuliyyət ölçüsü aparıcı olmalıdır; indiki nəsillərin mənafeyinə görə gələcək nə-

sillərə ziyan vurulmasına yol verilməməlidir. 

 

İnsanla təbiət arasında qarşılıqlı münasibətlərin harmoniyasının təmin edilməsinə xidmət edən ekoloji etika-



nın müddəaları o zaman reallaşa bilər ki, o, insan fəaliyyətinin bütün sahələrini (təhsil, tərbiyə, siyasət və s.) 

əhatə etsin. Yalnız bu halda ekoloji məzmunla dolmuş etik normalar xoş arzular kimi qalmayıb, yeni ekoloji cə-

miyyəti yaxşılaşdıra bilər. 

 

Sivilizasiyanın sonrakı inkişafı üçün insanların həyat fəaliyyəti, onların təşkili qaydası tənzimlənməlidir. Mil-



li mədəniyyət dəyərlərini tamamlayan ümumbəşəri dəyərlərin zəruriliyi aşkar olur. Birləşdirici humanist müd-

dəalar ekoloji etika sayəsində inkişaf edir. Bu mədəniyyətlərin dialoqu, millət və xalqların qarşılıqlı anlaşması 

üçün əsas verir. Ekoloji etika əsasında təbiətə yeni münasibət, ondan şüurlu, düşüncəli istifadə mədəniyyəti for-

malaşır. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   678   679   680   681   682   683   684   685   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin