21.5. Ekoloji hüquq
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insa-
nın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür.
Hüquq – cəmiyyətdə insanların münasibətini tənzimləyən, müəyyən mənada dövlət tərəfindən müəyyən edi-
lən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya
formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla
həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhə-
lələrində bu normaları dəqiq formalaşdıran və ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı.
Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qa-
nunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi.
Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn alili-
yi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır.
Hüquq demokratik cəmiyyət şəraitində:
-
dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir;
-
dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir;
-
müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Hüquq dövlət haqqında təsadüfi təsəvvürlərin formalaşmasına Qədim Yunan və Romanın hüquqi ideyaları,
antik demokratiyanın təcrübəsi xeyli təsir göstərmişdir.
Antik aləmdə ədalətli dövlət hakimiyyəti kimi simvolik olaraq hüquq və qüvvənin birləşməsini təmsil edən
ilahə obrazı qanun və hüquqi qaydada Femidada ifadə edilmişdir (gözlərdə sarğı, qılınc və ədalət tərəzisi ilə:)
hamı üçün zəruri olan bərabər ölçüdə qanunçuluq ilahə tərəfindən mühafizə olunur.
«Hüquqi dövlət» termininin özü (almanca Rechtsstaat) XIX əsrin birinci üçdə bir hissəsində ədəbiyyatda təs-
diq edilmişdir.
Lakin hüquqi dövləti tərənnüm edən müxtəlif təlimlər Yeni dövrdə formalaşmağa başlamışdır. Onlar feodal
özbaşınalığının tənqidi, humanizm ideyaları və insan hüquqları məcrasında inkişaf edirdi.
Hüquqi dövlətin ən vacib fərqləndirici əlamətlərinə qanunun aliliyi, fərdlərin hüquq və azadlığının reallığı,
suveren dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəməyə bölünməsi əsasında təşkili və fəaliyyəti daxil-
dir.
Hüquq insan üçün əlverişli təbii şəraitin təmin edilməsində müəyyən rol oynaya bilər. Hüquqi dövlət şəraitində
o, «cəmiyyət - təbiət» münasibətlərinə normativ, vacib səciyyə yetirə bilər.
Ekoloji münasibətlərin (o cümlədən ictimai) hüquq vasitəsilə tənzimlənməsi yeni əsaslandırılmış qanunların
qəbulu ilə başlamalıdır. Qanunçuluğun əsasını ölkə konstitusiyası təşkil edir. Beynəlxalq normalara uyğun ola-
raq, konstitusiya ekoloji münasibətlərin tənzimlənməsində dövlətin ümumi yanaşmasını müəyyənləşdirir. Belə
414
ki, dünyanın əksər ölkələrinin konstitusiyası BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş «İnsan hüquqlarının
ümumi Bəyannaməsi» və insan hüquqlarına dair başqa beynəlxalq sənədlərin ideyalarını özündə ifadə edir.
İnsanın vətəndaşlıq və siyasi hüquqlarına dair BMT-nin 1976-cı ildə qəbul etdiyi Paktın mərkəzi yerini hər
bir insanın inkişafı, ətraf mühitin sağlam və ekoloji cəhətdən tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və
bəşəriyyətin ümumi irsinə olan hüquqlar tutur. Həmin hüquqlar ayrı-ayrı ölkələrin konstitusiyasında dəyişiklik-
lərin edilməsinə təsir göstərir. Bu hüquqlar əsasında vətəndaşların ekoloji hüquqları, təbii mühitin mühafizəsi,
təbii ehtiyatlardan səmərəli istifadə haqqında konkret qanunçuluq təkmilləşdirilir.
Dostları ilə paylaş: |