Davamlı inkişafa çatmaq üçün qadınların hərtərəfli iştirakı vacibdir. Gənclərin yaradıcı qüvvələrinin işti-
Sosial baxımdan davamlı cəmiyyətdə əhalinin sayı, kapital və texnologiyanın ehtiyatı hamının yüksək həyat
səviyyəsini təmin etməlidir. İqtisadi baxımdan davamlı cəmiyyətdə ehtiyatlardan və enerjidən istifadə aşağıdakı
si, yoxsulluq davamlılığın rəmzi ola bilməz və olmamalıdır, ikincisi, cəmiyyət yoxsulluq zamanı əhalinin sayını
411
sabitləşdirmək imkanından məhrum olur. Davamlı cəmiyyət əxlaqi və praktiki səbəblərdən hamını maddi cəhət-
dən təmin etməlidir.
Davamlı dünya yekcins «donmuş» dünya demək deyildir. Əksinə, müxtəliflik təbiətdəki davamlılığın səbəb
və nəticəsidir. Bu eynilə insan cəmiyyətində də müşahidə edilməlidir. Mədəni müxtəliflik və yerli muxtariyyət
belə dünyada genişlənir. Başqa sözlə, davamlı cəmiyyətin qeyri-demokratik, cansıxıcı və yekcins olmasına sə-
bəb yoxdur. Davamlı gələcəyi təmin etməkdən ötrü dünya iqtisadiyyatı demoqrafik siyasəti dəyişdirməli, bir
çox dəyərlər yenidən dərk edilməli və ənənəvi həyat tərzindən imtina edilməlidir. Bütün bunları çox vaxt ekoloji
inqilabla bağlayırlar. Bu doğrudan da, bəşər tarixində aqrar və sənaye inqilabı ilə yanaşı dura biləcək nəhəng so-
sial dəyişiklikdir.
Əhalinin görünməmiş artımına səbəb olmuş aqrar inqilabdan fərqli olaraq ekoloji inqilabın məqsədi Yerdəki
əhalinin sayı ilə təbii sərvətlər, sosial-iqtisadi inkişaf ilə ekoloji inkişaf arasında müvazinəti bərpa etməkdir.
Əvvəlki hər iki inqilab texnologiyanın təkmilləşməsi nəticəsində baş vermişdi: əkinçiliyin yaranması aqrar
inqilaba, buxar mühərrikinin kəşfi isə sənaye inqilabına səbəb olmuşdu.
Ekoloji inqilabın əsas hərəkətverici qüvvəsi informasiya texnologiyasından istifadə və insanın təbiətin müx-
təlif amilləri ilə vəhdətinin nəzərə alınmasının zəruriliyi ilə şərtlənən, yeni texnika və iqtisadiyyatdakı dəyişik-
liklər ilə olacaqdır.
Ekoloji inqilab daha iri addımla inkişaf etməlidir. Əgər aqrar inqilab 10 min il əvvəl başlamış, sənaye inqila-
bı isə (müxtəlif formalarda) artıq iki yüz ildən çox davam edirsə, ekoloji inqilab üçün bizə yalnız bir neçə on il-
lik vaxt verilmişdir.
Kənd təsərrüfatı sahəsindəki inqilab ərzaq məhsulları istehsalının artımı ilə ölçülürdü. Bu məhsulların artıqlı-
ğı əkinçiliyə şəhərliləri ərzaqla təmin etməyə imkan vermişdir. Eynilə sənaye inqilabı da xammal və sənaye
mallarının istehsalının həcmi ilə ölçülürdü. Ekoloji inqilabın uğurları haqqında, onun cəmiyyətin davamlı inki-
şafını sabit, sağlam həyat tərzinin, indiki və gələcək nəsillərin mövcudluğunu təmin etmək imkanı əsasında mü-
hakimə yeritmək mümkündür.
Davamlı inkişaf konsepsiyası ekoloji, iqtisadi və digər sosial problemlərin birliyini nəzərdə tutur. Bu konsep-
siya əhalinin artımının tənzimlənməsi imkanına, insanlarda şüurlu istehlakın formalaşdırılmasına, ekoloji mə-
dəniyyət və etikaya əsaslanır.
Dostları ilə paylaş: