MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə683/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   679   680   681   682   683   684   685   686   ...   751
 

21.4. Siyasi ekologiya 

Siyasi ekologiya təbii mühitin vəziyyətinin siyasi proseslərə təsirini, ekoloji problemlərin həllinin vəziyyətini 

öyrənir. 

Siyasət (yun. politike – dövləti idarəetmə bacarığı) – təşəkkül tapmış ictimai qaydaları cəmiyyətdə qorumaq 

məqsədilə müxtəlif sosial qruplar və siniflər arasındakı münasibətləri tənzimləyən xüsusi fəaliyyət formasıdır. 

Siyəsət tarixən özünün əsas məqsədini müəyyən hakimiyyətin reallaşdırılmasından ötrü əlverişli şəraitin yaradıl-

masında görmüşdür. 

Cəmiyyətin iqtisadi maraqları son nəticədə siyasi hərəkətlərin əsas səbəbi kimi çıxış edir. Lakin siyasət də öz 

növbəsində iqtisadiyyatın inkişafına əks təsir göstərir, bəzən isə yeni iqtisadiyyatın yaranmasına səbəb olur. 

Müəyyən siyasətin həyata keçirilməsi uyğun siyasi hakimiyyətsiz mümkün deyildir. Bura dövlət aparatı, si-

yasi partiyalar, həmkarlar ittifaqı və başqa siyasi təşkilatlar daxildir. 

Mövcud hakimiyyətin saxlanması ikitərəfli, həm daxili, həm də xarici siyasətin yeridilməsini nəzərdə tutur. 

Əgər birinci ölkə daxilində sosial-iqtisadi və başqa proseslərə nəzarət və idarə etmək üçündürsə, ikincisi bu mə-

sələlərin yerinə yetirilməsi üçün əlverişli dövlətlərarası münasibətlər yaratmalıdır. 

Siyasət elmi məlumatlara əsaslanmalı, əxlaqın yüksək kriterilərinə uyğun gəlməlidir. Bu gün məlum olmuş-

dur ki, siyasət insanların təkcə sosial, mədəni, iqtisadi tələblərini deyil, həm də ekoloji tələblərini də nəzərə al-

malıdır. Əgər hava ilə nəfəs almaq, suyu içmək, qidanı yemək mümkün deyilsə, onda bütün siyasi problemlər öz 

gücünü itirir. 

Təbii mühitin vəziyyəti problemi planetin praktiki olaraq bütün regionlarının əhalisində böyük maraq və hə-

yəcan hissi yaradır. İnkişaf etmiş ölkələrdə ekoloji məsələlər milli problemlər siyahısında birinci yerdə durur. 

Yaşama şəraitinin keyfiyyətcə pisləşməsi sosial ziddiyyətlərin kəskinləşməsinə, sosial sahədə gərginliyin art-

masına gətirib çıxarır. Ekoloji ziddiyyətlər müasir cəmiyyətdə çox vaxt sosial ədalətsizliyin dərinləşməsinə sə-

bəb olur. «Ekoloji cəhətdən təmiz mühitdən»  istifadə əsasən inkişaf etmiş ölkələrin və varlı təbəqələrin imka-

nında olur. 

Belə  vəziyyət ekoloji məsələlərə siyasi partiyaların yüksək maraq göstərməsini müəyyən edir. Belə ki, bu 

gün heç bir partiya əhalinin ekoloji tələblərini nəzərə almadan seçkilərdə qələbəyə ümid bəsləyə bilməz. Siyasi 

partiyaların proqram sənədlərində onların ekoloji məsələlərə dair mövqeyi əks olunmuşdur. 

Siyasi ekologiya ictimai həyatın demokratikləşdirilməsinə, söz azadlığına, ekoloji informasiyanın aşkarlığına 

xüsusi  əhəmiyyət verir. Bu, ekoloji problemlərin həlli üçün vacib şərtdir. Demokratikləşmə, cəmiyyətin idarə 

edilməsində inzibati metodlardan imtina edilməsi, təbii mühitin vəziyyətinə dair informasiyaya məhdudiyyətlə-

rin qoyulmaması təbiətin mənimsənilməsinin, onun ehtiyatlarından optimal istifadənin alternativ yollarının se-

çilməsi üçün real zəmin yaradır. 

Əhalinin geniş təbəqələri tərəfindən ekoloji istehlakın zəruriliyinin dərk edilməsi və ekoloji biliklərin popul-

yarlaşdırılması kütləvi ekoloji hərəkatların yaranmasını şərtləndirmişdir. Hazırkı vaxtda bu hərəkatların ideyala-

rının yayılması dünyadıkı siyasi prosesləri bir çox cəhətdən müəyyən edir, dövlət təşkilatlarının, ənənəvi siyasi 

partiyaların və həmkarlar təşkilatlarının fəaliyyətinə təsir göstərir. 

Müasir ekoloji hərəkat təşkilati cəhətdən formalaşaraq sürətlə siyasiləşir. «Yaşıllar» partiyaları əksər inkişaf 

etmiş ölkələrdə mövcuddur, onların nümayəndələri isə bir çox milli parlamentlərin tərkibinə daxildir. 

«Yaşıllar» partiyası üçün az və ya çox ümumi olan əsas siyasi prinsiplər aşağıdakılardır: 



 

413


-

 

əsas diqqətin ekoloji problemlərin səbəb və konkret təzahürlərinə verilməsi



-

 

dünyada möhkəm sülhə nail olunması və ümumi tərk-silah; 



-

 

ictimai həyatın müxtəlif sahələrində demokratik inkişaf yollarının müdafiə edilməsi; 



-

 

ekoloji etika və mədəniyyətin təbliği; 



-

 

ekoloji iqtisadiyyatın, energetikanın və texnologiyanın alternativ növlərinin inkişafına köməklik göstər-



mək. 

«Yaşıllar»ın beynəlxalq təşkilatlara birləşməsi baş verir. «Qrinpis» ekoloji təşkilatının fəaliyyəti hamıya yax-

şı məlumdur. 

Biosfer ehtiyatlarının tükənməsi, təbii mühitdə müxtəlif tip çirklənmələrin toplanması və bununla əlaqədar 

xəstəliklərin və ölümün artması siyasətçilər qarşısında ayrı-ayrı dövlətlərin və bəşəriyyətin bütövlükdə təhlükə-

sizliyi problemini qoymuşdur. 

Bir çox ölkələrdə milli təhlükəsizlik konsepsiyasına ekoloji amil mütləq nəzərə alınmaqla baxılır. 

Beynəlxalq siyasətdə  də ekoloji amil güclü rol oynamağa başlamışdır. Bu, dünya ictimaiyyətinin ekoloji 

problemlərinin həm qlobal, həm də regional təzahürlərinin həllində əməkdaşlığının zəruriliyindən irəli gəlir. 

Siyasi ekologiyada mərkəzi yeri dövlətlərarası ziddiyyət və konfliktlər tutur. Onların səbəbləri: 

1) çirkləndirici maddələrin dövlətlərarası daşınması (hava və su yolları və s. vasitələrlə); 

2) qonşu ölkələrin təbii mühitinə ziyan vuran sənaye qəzaları; 

3) bütün bəşəriyyətə məxsus olan ehtiyatlardan (Yaxın Kosmos, Dünya okeanı, Antraktida və s.) istifadə; 

4) hərbi fəaliyyət ilə (silahların sınaqdan keçirilməsi, hərbi əməliyyatlar və s.). 



Ekoloji ziddiyyətlərin dərinləşməsi yerlərdə insanların gələcək üçün məsuliyyətini artırır, onların siyasi qə-

rarların qəbulunda iştirakına təsir göstərir. Bu özünü konkret olaraq ekoloji hərəkat və təşkilatların formalaş-

masında biruzə verir. Onlar yeni həyat formalarının təşkilinin tapılması ilə çıxış edən alternativ hərəkatlara aid 

edilir. Son onilliklərdə ekoloji hərəkatlar ayrı-ayrı ölkələrin siyasətinə xeyli təsir göstərmişlər. Bir çox ənənəvi 

partiyalar da «yaşılların»şüarlarını qəbul etmişlər. Ekoloji təhlükəsizliyin təmin edilməsi milli və dünya siyasə-

tinin tərkib hissəsi olmuşdur. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   679   680   681   682   683   684   685   686   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin