XIX əsrin sonunda dünyada ilk dəfə elektrik enerjisinin istehsalı başlanmışdır. Bu dövrə qədər Azərbaycanda artıq
neft çıxarılmasına başlandığı vaxtdan elektrik enerjisindən istifadə olunmuşdur. Bu dövrdə (1898-ci il) Bakının neft
sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil etmişdir. Neft mədənlərini elektriklə təmin etmək
üçün ilk dəfə olaraq 5-50 kvt-lıq elektrik stansiyaları quraşdırılmışdır. Neft sənayesinin intensiv inkişafı elektrik
enerjisini yüksəltməyi tələb edirdi. Bu problemin perspektivliyini və mənfəətliyini bilən bir sıra xarici elektrotexniki
399
firmalar - «Simens - Qalske», «AEQ» və başqaları Bakıda daha güclü elektrik stansiyaları tikmək
barədə müraciət
etdilər. Bu məqsədlə 1898-ci ildə «Elektrik gücü» aksioner (səhmdar) cəmiyyəti yaradılır.
1900-cu ilin martında «Elektrik gücü» AC Bakıda iki elektrik stansiyası layihələşdirir və onların tikilməsinə
başlanır: «Belqorod» - 6000 l.s., və Bibi-Heybət - 1000 l.s. (sonralar o «Krasnaya zvezda» İES və Krasin adına
İES adlandırıldı).
1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında «Zulcer» firmasının hər birinin
1000 l.s gücü olan dörd buxar maşını, «Lezner» firmasının 2000 l.s. gücü olan buxar maşını, AEQ firmasının
6000 v gərginlikli generatoru quraşdırıldı. Bibi – Heybət elektrik stansiyasında «Simens - Qalske» firmasının
500 l.s. gücündə olan iki buxar maşını qoyuldu. Belqorod və Bibi – Heybət elektrik stansiyaları o dövr üçün
Rusiyada ən böyük stansiyalar idi.
1912-ci ildə Bibi – Heybət və Belqorod elektrik stansiyalarının növbəti genişləndirilməsinə başlandı. İşə
AEQ firmasının 8000 kvt gücündə olan turbogenerator daxil edildi. Belə turbogeneratorun daxil edilməsi Bibi –
Heybət elektrik stansiyasının gücünü 10800 kvt-a çatdırdı.
1914-cü ildə Bibi – Heybət və Belqorod stansiyaları arasında əlaqə yaradıldı. Bu tarixi Azərbaycanda
elektrik sisteminin yaranması tarixi hesab etmək olar. 1915-1917-ci illərdə Bibi - Heybət stansiyası Rusiyada ən
böyük və Avropada ən faydalı stansiyaya çevrildi. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47000
kvt-a çatdırıldı.
1913-cü ildə Respublikanın Gəncə, Şəki, Quba və Lənkəran şəhərində ümumi gücü 635 kvt olan bir sıra kiçik
elektrik stansiyaları işə düşdü.
Dostları ilə paylaş: