MƏMMƏdov qəRİb xəLİlov mahmud


Azərbaycanda torpağın rekultivasiyası



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə41/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   37   38   39   40   41   42   43   44   ...   75

12.13. Azərbaycanda torpağın rekultivasiyası 

Respublikamızda torpağın texnogen çirklənməsi əsasən dağ – mədən və neft sənayesi tərəfindən baş verir. 



12.13.1. Dağ – mədən sənayesi 

Daşkəsən dəmir  filizi kombinatı ərazisinin sahəsi 1200 ha-dır. Şimal-şərq və şimal-qərb mədənlərində filiz 

açıq üsulla aparılırdı. Bununla əlaqədar ərazinin 960 ha-rı, o cümlədən 500 ha yararsız süxur laylarından ibarət-

dir. Bu layların qalınlığı 10 … 200 m olub meylliyi 5-30

0

, bəzən 40-45



0

-yə çatır. Dik yamaclarda güclü eroziya 

prosesi gedərək yarğanlar əmələ gəlir. 

Yararsız filiz laylarında rekultivasiya işlərini öyrənmək məqsədilə K.R.Məmmədov (1978) tərəfindən üç va-

riantda təcrübə işləri yerinə yetirilmişdir: təbii torpaqda (nəzarət); süxurların layında və 20 sm torpaq qatı tökü-

lən süxur layında. Təcrübə sahəsində süxur layının qalınlığı 30-40 sm təşkil edir. Şimal-şərq filiz mədənində sü-

xur laylarının üst hissəsi iri daş və qumdan ibarət olub, mexaniki tərkibi eyni deyildir, 80 sm dərinlikdə fiziki gi-

lin miqdarı 32-33% -dir, 80-100 sm dərinlikdə mexaniki tərkib quma keçir. Şimal-şərq filiz mədəninin layları-

nın üst 40 sm-lik qatının da mexaniki tərkibi eyni olmayıb fiziki gilin miqdarı 28-32 % təşkil edib, aşağı qatı 

qumdan ibarətdir.

 

Saflaşdırma fabrikinin tullantıları 100 sm dərinliyində qum hissəciklərində eyni mexaniki tərkibə malik olub, 



fiziki gilin miqdarı 1,7-3,6 % təşkil edir, rütubət tutumu az olduğundan üst qatdan atmosfer yağıntıları tez bu-

xarlanır, əkilən ağac tingləri yay aylarında quruyur. 

K.R.Məmmədov (1978) 4 variant təcrübə sahəsində bioloji rekultivasiya tədqiqatları apararaq 40 bitki nö-

vündən, o cümlədən otlardan qara yonca, xaşa(esparset), bağayarpağı, əvəlik, buğda, qarğıdalı; kollardan mur-

darça, itburnu, böyürtkan, moruq: ağaclardan palıd, göyrüş, əzgil, zoğal və s.-dən istifadə etmişdir. bu bitkilər-

dən bağayarpağı, qanqal, əvəlik, kəkotu, yonca və xaşaya təbii halda rast gəlinir. Bu bitkilər çox yaxşı inkişaf 

edərək rekultivasiya işlərində onlardan geniş istifadə olunmalıdır. Tədqiqatçının 4 illik təcrübələrinin nəticələri 

göstərdi ki, süxur laylarında kanada qovağı, böyürtkan, moruq daha yaxşı inkişaf edir. Cərgəaralarında qara 

yonca və xaşa səpinindən yaxşı nəticə əldə edilmişdir. 

Daşkəsən alunit laylarının ərazisi 300 ha təşkil edir. Burada əkilən ağ akasiya, söyüd, göyrüş tingləri və kol-

ların dəmir filizi mədəni laylarındakına nisbətən daha yaxşı inkişaf etməsi qida maddələrinin miqdarının çox ol-

ması ilə izah olunur. 

Kobalt mədəni laylarının ərazisi 25 ha təşkil edir. Onların qalınlığı 10-200 m arasında dəyişir. Mədənin ye-

raltı üsulla istifadəsi süxurların geniş ərazilərə atılmasına səbəb olmuşdur. Buradakı layların üzərində təbii halda 

tək-tək vələs və böyürtkan bitkilərinə rast gəlinir. Ot örtüyü zəif inkişaf edib 8-10%-ə qədər təşkil edir. 


 

246


Gədəbəy mis mədəni süxur laylarının ərazisi 150 ha –dır. Əkin işlərindən qabaq sahə hamarlanmış, süxurlar 

hektara 24 ton əhəng verməklə neytrallaşdırılmış, səthi 40 sm qalınlığında torpaq qatı ilə örtülərək 2000 ədəd 

(3,5x3,5 m) alma şitili əkilmişdir, 4-cü ilində ağaclar meyvə vermişdir. 

K.R.Məmmədov (1978) arardığı tədqiqatlara əsaslanaraq dağ-mədən süxur laylarını kənd təsərrüfatında isti-

fadə  baxımından 3 sinifə bölür (gübrə vermək şərti ilə). 

I – sinif  – alunit və dəmir filizi mədən layları, PH-6-8, süxurların 40-60 % tərkibi bitki köklərinin inkişafı 

üçün əlverişlidir, qalan hissəsi iri süxurlardan ibarətdir, mexaniki tərkibi müxtəlifdir. Kənd təsərrüfatı üçün ta-

mamilə yararlıdır. 

II – sinif – kobalt və qızıllı süxurların layları, PH –6,4-8, layın kütləsinin 30-40 %-i bitki köklərinin inkişafı 

üçün əlverişlidir. İri süxurlar çox olduğundan səth suları tez buxarlanır və aşağı qatlara asan süzülür. 

III – sinif – zəy tullantıları, pirit və mis mədən layları, yüksək turşuluq bitkinin inkişafına maneçilik törədir. 

Kimyəvi meliorasiya (əhəngləmə və s.) vasitəsilə onları kənd təsərrüfatına yararlı etmək mümkündür. 

Lay süxurlarında qida maddələrinin yüksək olmasına baxmayaraq (NPK və mikroelementlər) onların mütə-

hərrik formaları olduqca aşağıdır. Odur ki, bu laylara həm makro, həm də mikrogübrələrin verilməsi məqsədə 

uyğundur. 

 

12.13.2. Azərbaycanın neftlə çirklənmiş torpaqları. 

Torpağın neft və neft tullantıları ilə çirklənməsi əsasən Abşeron yarımadasında baş verir. Neft məhsullarının və 

çoxlu miqdarda buruq sularının səthə axıdılması nəticəsində həm də qrunt sularının səviyyəsinin qalxması və torpa-

ğın təkrar şorlaşmasına səbəb olur. Abşeronda neft yataqlarının düzgün istismar olunmaması 10 illər ərzində ətraf 

mühitin mühafizəsi üzrə elementar tələblərə riayət etmədən neft çıxarılması, neft, qaz, kimyəvi maddələr, güclü mi-

nerallaşmış və radioaktiv çirkli suların yerin səthinə axıdılması Abşeron yarımadasının ayrı-ayrı landşaft sahələrinin 

çirklənməsinə və pozulmasına səbəb olmuşdur (20 min ha). 100 ildən də artıq olan bir dövrdə neft və neft tərkibli çir-

kab sularının adsorbsiyası, filtrasiyası və landşaftın ayrı-ayrı komponentlərinin çirklənməsi baş vermişdir.  

Məlum məlumatlara görə (Maqribi, 1998) 1995-ci il üçün Abşeron yarımadasında 7000 neft quyusu möv-

cuddur, onun demək olar ki, 5000-i fəaliyyət göstərir, qalanı isə fəaliyyətdə deyildir. Abşeron yarımadası daxi-

lində neft istehsalı sənayesi 20 min ha ərazidə yerləşir, onun 10 min ha-rı çirklənmiş və ya lay suları və neft axı-

dılmışdır, onun 8000 ha-ı çirklənmiş torpaqlar, qalanı isə su hövzələridir. Neftin torpağın dərin qatlarına daxil 

olması qravitasiya axını ilə olur. 

Neftin mikroelement tərkibi müxtəlif olur. Ekoloji baxımdan mikroelementlər toksik və qeyri toksik olur. 

Qeyri toksik  və ya zəif toksik elementlərə Fe, Al, Mn, Ca, Mo, P aid olub, neft külünün əsas hissəsini təşkil 

edir. V, Ni, Co, Pb, Cu, Y, As yüksək konsentrasiyalı olduqda biosenoza toksik təsir göstərə bilər. Abşeron yarı-

madasında ən toksik elementlər B, Mo, Hg, Al, Pb, Cl, Y, Se, Fe, S, Na, Mg sayılır. Onlardan yüksək konsentra-

siya klarkına B və Mo aiddir. (Budaqov, Əhmədov, 1989). 

 

Øÿêèë 12.7. Òîðïàüûí ÷èðêëÿíìÿñèíäÿ õàì íåôòèí ìèãðàñèéà éîëëàðû 


 

247


 

Çirklənmə dərəcəsinə görə torpaqlar zəif, orta və tamam çirklənmiş olur (Həkimova, 2002), Sabunçu, Binə-

qədi, Suraxanı və Əzizbəyov rayonlarının neft mədənləri əraziləri tamam çirklənmiş torpaqlar sayılır. Bu ərazi-

lərdə torpaqların profili boyunca 100 sm-dək neft məhsulları hopmuşdur, neftin miqdarı 12,5-7,8 % arasında də-

yişir. 

N.F.Həkimovanın (2002) məlumatına görə neftlə çirklənmiş torpaqların üst qatında humusun miqdarı 1,4-



1,3, aşağı qatlarda isə 0,8 – 0,6 %, ümumi azotun miqdarı profil boyu 0,18-0,11 % təşkil edir. Bu torpaqlarda qi-

da maddələri yox dərəcəsində olub əkin üçün yararsızdır. 

V.A.Əhmədov və b. (2002) Abşeronda apardıqları tədqiqatlara əsaslanaraq yazır ki, neftin yüngül fraksiyala-

rı torpağın daxilinə hopur və ya bir hissəsi buxarlanır, neftin ağır fraksiya hissəsi torpağın səthini örtərək yüngül 

fraksiyanın buxarlanmasının qarşısını alır, torpaqda aerasiyanı dayandırır və  bu  da  canlıların, bakteriyaların 

məhvinə səbəb olur. 

F.S.Dadaşova (2002) qeyd edir ki, neft məhsulları torpaqların 2m dərinliyinə  qədər  şaquli miqrasiya edir, 

torpağın üst qatını (0-16 sm) neftin ağır fraksiyası olan qatran asfaltenlər örtür. Onlar yüksək özüllü və zəif 

buxarlanan məhsullar olduğundan torpağın su –hava mübadiləsini pozur. Su-hava mübadiləsinin pozulması isə 

bitkinin inkişafına ziyan vurmaqla atmosferdə karbon-azot balansını pozur. Bu fraksiyaların tərkibində kimyəvi 

elementlərin əksəriyyətinə rast gəlinir. Spektral analizin nəticəsinə görə ekoloji təsir baxımından toksik və tok-

sik olmayan mikroelementlərin əksəriyyətinin miqdarı fon səviyyəsindən xeyli çoxdur. Torpaqda polisiklik aro-

matik karbohidrogenlərdən naftalin, fruoren, piren, xirizen, benzoperen kimi çox güclü neft məhsulları da müəy-

yən edilmişdir  (Dadaşova, 2002). 

Belə birləşmələrlə çirklənmiş torpaqları rekultivasiya etmək – təmizləmək olduqca çətindir. Müəllif daha 

sonra qeyd edir ki, torpaqların 2 m (bəzən daha çox) dərinliyinə qədər miqrasiya edən karbohidrogenlərin əksə-

riyyəti suda həll olan birləşmələrdir. Mövcud məlumata əsasən Abşeron yarımadasında 1 mln. ton neft istehsal 

etdikdə, 25 mln. ton buruq suları səthə yığılır. Onların da tərkibində 15-17 min ton üzvi turşuların duzları, mine-

ral duzlar, ağır metallar və radioaktiv maddələr vardır. Miqrasiya edən komponentlərin yeraltı sulara qarışması, 

onlarda həll olması həmin suların keyfiyyətinə mənfi təsir göstərir. 

Q.Ş. Məmmədov və Q.Ş. Yaqubov (1999) apardığı tədqiqatlar nəticəsində Abşeronda neftə bulaşmış tor-

paqların təsnifatını hazırlamış və onların rekultivasiyası üzrə tədbirlər təklif etmişlər. Q.Ş.Yaqubov (2003) Ab-

şeronda yayılmış neftlə çirklənmiş torpaqların rekultivasiyasını 3 mərhələdə aparılmasını təklif edir. 

I-Hazırlıq mərhələsində neftlə çirklənmiş torpaqlar tədqiq olunur, yerləri müəyyənləşdirilir, çirklənmiş tor-

paqlardan nümunələr götürülüb fiziki –kimyəvi, aqrokimyəvi göstəriciləri təyin olunur, rekultivasiya məqsədilə 

kənardan gətiriləcək torpaq və süxurların həcmi hesablanır. 

II. Texniki rekultivasiya aparmaq məqsədilə neftlə çirklənmiş sahələr üç qrupa ayrılır. I qrup – çox zəif və 

zəif dərəcədə çirklənmiş və sadə rekultivasiya texnologiyasına ehtiyacı olan torpaqlar (yerlər), II qrup – ortadan 

aşağı və orta dərəcədə çirklənmiş, nisbətən mürəkkəb rekultivasiya işləri nəzərdə tutulur. III qrup – yüksək və 

çox yüksək dərəcədə çirklənmiş, mürəkkəb rekultivasiya texnologiyası tələb edən torpaqlar – üçüncü növbədə 

rekultivasiya aparılması nəzərdə tutulur. 

I qrupa aid çirklənmiş torpaqlar zəif də olsa yerli bitkilərlə örtülmüşdür. Belə sahələrdə ilk növbədə istismarı 

dayandırılmış, yeraltı və yerüstü kommunikasiyalardan, beton özüllərdən və başqa tullantılardan təmizləmə və 

səthi hamarlama işləri həyata keçirilir, sonra isə bitumlaşmış növlərdə 15-20 sm qalınlığında doğrama  şumu 

aparılmalı, mazutlaşmış  və  dərinlik buruq süxurları ilə çirklənmiş  və örtülmüş növlərdə isə laydırsız kotanla 

şumlama aparılmalı, sonra hər hektara 15-20 ton samanlı  peyin (ağac kəpəyi, kompos, quş peyini) və 30 ton/ha 

həcmində əhəng ovuntusu verib yumşaldıcı şumlama və dişli vərdənə ilə malalama aparılmalıdır. Bu işlərdən 

sonra yüksək norma ilə suvarma aparılaraq heliotermiki meliorasiya məqsədilə sahə 2 il müddətinə dincə qoyul-

malıdır. 

II qrupa aid olan dərinlik buruq süxurları ilə çirklənmiş və örtülmüş sahələrdə də ilk növbədə səthi yaxşılaş-

dırma tədbirləri həyata keçirilir. Dərinlik buruq süxurları mexanizmlər vasitəsilə  ətrafdakı neft məhsulları ilə 

çirklənmiş az münbitliyə malik sahələrə paylaşdırılır. Sahələrə verilmiş süxur kütlələri xüsusi mexanizmlərlə 

hamarlanır, sonra neft məhsullarının minerallaşmasını sürətləndirmək məqsədilə sahələrə fəal üzvi və mineral 

maddələr, həmçinin, bakterioloji preparat verilir. Sonra isə fermentasiya qatının yaradılması məqsədilə laydırsız 

kotanla 30 sm dərinliyində şumlanır və malalanır. Sahə payız aylarında yüksək su norması ilə suvarılır və 2 il 

müddətinə dincə qoyulur. 3 il müddətində neft məhsulları minerallaşaraq bitki üçün lazım olan qida elementləri-

nə qədər sintez olunur, biokimyəvi və mikrobioloji proseslər bərpa olunur. 

III qrup çirklənmiş sahələr neft və qaz çıxarılan idarələrin hamısının  ərazisində geniş yayılmışdır. Burada 

neftlə hormuş torpaq qatı 0-50 və 0-100 sm (orta hesabla 70-75 sm) qalınlığında xüsusi mexanizmlərlə çıxarılıb 

rekultivasiya olunacaq sahələrin kənarına yığılır. Hamarlama işlərindən sonra sahələrə neft məhsullarının mine-

rallaşmasını sürətləndirən fəal üzvi –mineral maddələrdən soba şkalı və ya seolit, peyin (samanlı), bakterioloji 

preparat verilir. Sonra şumlama işləri aparılaraq yüksək su norması (1500-1700 m

3

/ ha) ilə suvarılır və üç il 



müddətinə heliotermiki meliorasiya məqsədilə dincə qoyulur. Dincə qoyulmuş sahələr hər il payızda (sentyabrın 

 

248


sonu) laydırsız kotanla şumlanıb suvarıldıqda neft məhsullarının minerallaşması daha da sürətlənir. Üç ildən 

sonra I qrupda göstərilmiş sadə texnologiya tətbiq olunaraq rekultivasiya davam etdirilir. (Yaqubov, 2003). 



Bioloji rekultivasiya mərhələsində sahələrdə  əsasən meşə  və  kənd təsərrüfatı bitkiləri (əksərən çoxillik 

yem bitkiləri) becərilir. 

 

12.14. Azərbaycan respublikasının torpaq tiplərinin  

qısa xarakteristikası 

 

Azərbaycanın torpaq örtüyü müxtəlif məqsədlərlə V.R. Volobuyev (1953, 1974), K.Ə.Ələkbərov(1961) 



H.Ə.Əliyev (1977, 1994), H.Ə.Əliyev,  Ş.Q.Həsənov,  İ.Ş.İskəndərov, MPBabayev, Q.Ş. Məmmədov, (1991), 

M.İ.Cəfərov, M.E.Salayev (1966, 1991), P.B.Kovalyov (1966), X.M.Mustafayev,(1975), M.R. Abduyev(1975), 

R.H. Məmmədov (1988), Ş.G.Həsənov, Q.Ş. Məmmədov (1978), MPBabayev (1984), İ.Ş.İskəndərov (1987), 

B.İ.Həsənov (1983), V.Q.Həsənov (1978), B.A.Cəfərov (1968), A.P.Gərayzadə (1989), N.A.Ağayev (1990), 

Q.Z.Əzizov (1985), Q.Ş. Məmmədov (1998, 2000, 2002, 2003) və başqaları tərəfindən öyrənilmişdir. 

Respublika ərazisində dağ-çəmən, qonur dağ-meşə, qəhvəyi dağ-meş, dağ-qaratorpaq, şabalıdı, sarı, boz və 

boz-qonur çəmən və  şoran torpaqlar kompleksi ayrılır. Onların morfoloji, bioloji xüsusiyyətlərini və  kənd 

təsərrüfatı əhəmiyyətini qısaca nəzərdən keçirək. (Cədvəl 12.9). 

1.

 

Dağ-çəmən torpaqları Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonasında, dəniz səviyyəsindən 1800-



3000 m hündürlükdə yerləşir. Ümumi sahəsi 559,3 ha, yaxud ölkənin ümumi sahəsinin 6,5%-i qədərdir. Bu 

torpaqlar yüksək dağların alp və subalp çəmənlikləri altında formalaşır.  

Ancaq bu torpaqlar başdan-başa örtük əmələ gətirmir, çox vaxt skeletlik və profilin primitivliyi ilə seçilir 

ki, bu da onların bərk ana süxurlar üzərində formalaşması ilə izah edilir.  

Dağ –çəmən torpaqlarının üst qatında humusun miqdarı yüksək (10%) olub aşağıya doğru kəskin azalması, 

yüksək mübadilə həcmi (100 qr mütləq quru torpağa 45-60 m.ekv.) və turş reaksiyası (pH 5,5-6,4) ilə seçilir. 

 

Cədvəl 12.9. 

Azərbaycanın torpaq tipləri 

 

№ Torpaqlar 



 

Sahəsi 


min.ha-la % 

1. Dağ-çəmən                      



2. Qonur dağ-meşə              

3. Qəhvəyi dağ-meşə 

4. Dağ qaratorpaq 

5. Şabalıdı 

6. Sarı 

7. Boz və boz-qonur 

8. Çəmən 

9. Şoranlar, bataqlıqlar 

 

559,3 


416,5 

1212,0 


76,2 

2200,6 


157,1 

2493,2 


1050,8 

475,9 


6,5 

4,8 


14,0 

0,9 


25,5 

1,8 


28,9 

12,2 


5,5 

Respublika üzrə cəmi:  

8641,5 100 

 

1. Dağ-çəmən torpaqları yüksək məhsuldarlıqlı yay otlaqlarının əsas massivləridir. Onlardan biçin üçün 



daha az miqdarda, səpin bitkiləri üçün isə qismən istifadə edilir. Bu torpaqların ekoloji əhəmiyyəti kənd təsərrü-

fatı aspektləri ilə bitmir. Onlar yamacları eroziyadan mühafizə edərək dağ ərazilərinin hidroloji rejimində böyük 

rol oynayır.  

2. Böyük və Kiçik Qafqazın meşə zonasının qonur dağ-meşə torpaqları təqribən 900-2200  m hündürlüq 

hüdudlarında yerləşir. Ümumi sahəsi 416,5 min ha-dır. (4,8%) Bitkiliyi – fıstıq, palıd, vələs üstünlük edən enli-

yarpaq meşələrdir. 

Qonur dağ-meşə torpaqları monoton profilə malikdir; onlar üçün üst qatda humusun yüksək səviyyəsi (5-

8%- ə qədər) və dərinə getdikcə kəskin azalması, yüksək mübadilə həcmi (100 qr torpağa 28-dən 40 m. ekv. qə-

dər) və turş reaksiya (pH 6,0-6,7 təşkil edir) səciyyəvidir. Bu torpaqların xeyli hissəsi skeletlidir., bəzən bu hətta 

səthdə də müşahidə edilir.  

Erozion relyef formalı  ərazilərin TÖS-ü, əvvəlki zonada olduğu kimi, eroziyaya uğramış  və  dərə-yarğan 

kompleksi torpaqları birləşmələrinin geniş iştirakı ilə fərqlənir. Qonur dağ-meşə torpaqlar zonası respublikanın 

mühüm meşə fondunu təşkil edir. Bu cəhət onun bu ərazi və qonşu ərazilərin hidroloji və qaz rejimlərində eko-

loji rolunu müəyyən edir.  

3.  Qəhvəyi dağ-meşə torpaqları daha quru və mülayim isti iqlim qurşaqlarında formalaşır (yağıntıların 

miqdarı təxminən 400 mm, orta illik temperatur 12

0

C təşkil edir). Onlar Böyük və Kiçik Qafqazın və Lənkəran 



 

249


vilayəti dağları və dağətəklərinin orta hissəsində, 600-1200 m hündürlük hüdudlarında yerləşir. Ümumi sahəsi 

1212,0 min ha-dır (14,0%). Bu tip torpaqların əmələ gəlməsi başlıca olaraq, meşənin tədricən geri çəkilməsi (qı-

rılması) və kolluq formasiyasına keçməsi ilə bağlıdır.  

Meşə örtüyünün seyrəkliyi və ot bitkiliyinin yaxşı inkişafı nəticəsində torpaqda böyük miqdarda kök kütləsi 

və humus (6% və daha çox) toplanır. Qonur meşə torpaqları ilə müqayisədə bu torpaqların qlanulometrik tərkibi 

daha çox gillidir; gilləşmiş B horizontu xüsusilə ağır qlanulometrik tərkibi ilə seçilir. Su suspenziyası pH ney-

trala yaxındır. Yüksək mübadilə həcmi ilə səciyyələnir (100 qr torpağa 40 m.ekv. qədər).  

Qəhvəyi dağ-meşə torpaqları əsas etibarilə böyük torpaqqoruyucu və susaxlayıcı əhəmiyyəti olan meşələr 

tutmuşdur. Öz xassələrinə görə qəhvəyi meşə torpaqları yüksək potensial münbitliklə səciyyələnir və üzümçü-

lük, bağçılıq, qitsmən də taxılçılıq üçün uğurla istifadə olunur.  

4. Dağ qaratorpaqları dağların orta hissəsində, yəni 800-1600 m hündürlük hüdudlarında yerləşir. Ümumi 

sahəsi 76,2 min ha-dır (0,9%). Onlar ayrı-ayrı az-çox dərəcədə iri massivlər şəklindədir. Torpaqəmələgəlmə şə-

raiti orta illik temperaturu 7-9

0

C-yə yaxın, əsas hissəsi yazda düşən kifayət qədər atmosfer yağıntıları (500-600 



mm) olan mülayim-soyuq, yarımrütubətli iqlimlə  səciyyələnir. Təbii bitki örtüyü zəngin olub müxtəlif otlarla 

qarışıq dənli bitkilərlə təmsil olunmuşdur. 

Çimli-bozqır bitkiliyi altında inkişaf edən dağ-qaratorpaqları yüksək humus (6-7%-ə qədər) tərkibi ilə seçi-

lir. Üst horizontlardan torpaq profili üzrə aşağı getdikcə o, tədricən azalır. Humus qatının qalınlığı 60-120 sm-ə 

çatır. Bu torpaqlar dənəvər struktur, yuxarı horizontlarda karbonatların olmaması (karbonatlı süxurlarda yayıl-

mış karbonatlı dağ qaratorpaqları istisna olmaqla), ağır qranulometrik tərkibi, yüksək mübadilə həcmi (100 qr 

torpağa 35m.ekv. yaxın) ilə seçilir; reaksiyası zəif-turş və ya neytraldır. 

Hazırkı dövrdə dağ qaratorpaqları əhəmiyyətli dərəcədə taxılçılıq, kartofçuluq, üzümçülük və tərəvəzçilik 

üçün mənimsənilmişdir. Bu torpaqların üzvi maddələrlə zənginliyi, profilin böyük qalınlığı, eləcə də çox əlve-

rişli su-fiziki xassələri ilə bağlı olaraq bonitirovka zamanı onlar 100 bal almışlar. 

5. Sarı torpaqların ümumi sahəsi 157,1 min ha olub, Azərbaycanın ümumi sahəsinin 1,8%-ni təşkil edir. 

Bu tip torpaqlar Lənkəran vilayətinin dağətəyi və alçaq dağlıq zonalarında yayılmışdır. Bu torpaqlar orta illik 

temperaturu 14,5

0

C, orta illik yağıntı miqdarı  700 mm –dən (şimalda)1300-1900 mm-ə (cənubda) qədər olan 



rütubətli Aralıq dənizi tipli, subtropik iqlim şəraitində formalaşmışdır. Yağıntıların əsas miqdarı payızda və qış-

da düşür. 

Sarıtorpaqlar hirkan tipli şabalıdyarpaq palıd və  dəmirağac meşələri altında formalaşır. Çay plantasiyaları 

böyük sahələri tutmuşdur. Rütubətli-subtropik torpaqəmələgəlmənin aşağıdakı növləri ilə  təmsil olunmuşlar: 

dağ-sarı və podzollu-sarı. 

Dağətəyi zonada yerləşən dağ sarıtorpaqları relyefdən və yerləşmə şəraitindən asılı olaraq müxtəlif qalınlı-

ğa malik olurlar. Onların nisbətən yüngül qranulometrik tərkibi var. (<0,01 mm hissəciklərin miqdarı 40%-ə qə-

dər təşkil edir). Su suspenziyası  pH 5,4 – 6,2% arasında dəyişir. Mübadilə  həcmi aşağı (100 qr torpağa 20 

m.ekv. yaxın), kalsiumun üstünlüyü ilədir. (70-80%) Mübadilə əsaslarının tərkibində eləcə də hidrogen (3-10%) 

vardır. Torpağın üst qatında humusun miqdarı 6-8%-ə çatır və profil üzrə aşağı getdikcə kəskin azalır. 

Dağ-meşə sarıtorpaqları başlıca olaraq meşə bitkiləri altındadır və əkinçilik üçün az istifadə olunur ki, bunu 

da ekoloji cəhətdən müsbət hal saymaq lazımdır. Podzollu-sarıtorpaqlar çay bitkisi üçün əlverişli göstəriciləri ilə 

səciyyələnir. Bu göstəricilərə: profilin turş reaksiyası və karbonatsızlığı, böyük massivlərin mənimsənilməsinə 

və çay plantasiyalarının salınması  və istismarı üzrə  işlərin geniş mexanikləşdirilməsinə imkan verən düzənlik 

relyefi şəraitində olması, eroziya proseslərinin zəif inkişafı, qruntun izafi nəmliyinin olmaması daxildir. Bütün 

bu göstəriciləri olan torpaqlar burada çay və başqa subtropik bitkilər yetişdirməyə imkan verir. Bununla yanaşı, 

göstərilən torpaqlar bir sıra mənfi xassələrə də malikdir.  

Sarı-podzollu qleyli torpaqlar dağətəyi düzənliklərə və qədim terraslara aiddir. Onlar səthi izafi nəmliyin ol-

ması və çox vaxt qrunt sularının yaxın yerləşməsi şəraitində formalaşır. Bu torpaqlar çay və qismən taxıl, bağ və 

bostan bitkiləri üçün mənimsənilmişdir. 

6.  Şabalıdı torpaqlar Azərbaycanda 2200,6 min ha (25,5%) sahə tutur. Onlar kifayət qədər geniş zolaq 

şəklində dağətəkləri boyunca və alçaq dağlar zolağında 200 m hündürlüyədək yayılmışdır. Bu zona üçün quru 

çöllərin bitkiçiliyi səciyyəvidir.  Şabalıdı torpaqlar öz xassələrinə görə (humusluluq, karbonatların miqdarı  və 

paylanması və b.) açıq-şabalıdı, şabalıdı və tünd şabalıdı torpaqlara bölünür. 

Açıq-şabalıdı torpaqlar yüksək orta illik temperaturlu (13

0

C-dək) qeyri-kafi rütubət zonasında, quru çöllərlə 



yarımsəhranın qovuşma yerində yayılmışdır. Atmosfer yağıntılarının illik miqdarı (250 mm) su sərfini və buxar-

lanmanı heç də ödəmir. Bu torpaqlar az humusa (2%-ə yaxın) malik olub, dərin duzlaşma əlamətləri və qələvi 

reaksiyası ilə seçilirlər.  

Şabalıdı və tünd şabalıdı torpaqlar zonanın yuxarı hissəsində yayılmışdır. Burada daha yüksək nəmlik qeyd 

olunur (atmosfer yağıntılarının miqdarı 300-500 mm), orta illik temperatur isə 12,5

0

C-dir. Humusun miqdarı 3-



5% hüdudlarında, reaksiya – zəif qələvidir. 

Şabalıdı torpaqlar zonasının TÖS-ü xeyli mürəkkəbdir: o, xırdakonturluq və kompleksliliyin geniş inkişafı 

ilə səciyyələnir ki, bu da xeyli dərəcədə şoranlaşmış, şorakətləşmiş və eroziyaya uğramış torpaqların çox yayıl-


 

250


ması ilə şərtlənir. Şoranlaşmış süxurların yaxın yerləşməsi ilə bağlı olaraq, bu ərazilərdə TÖS-də şorakət komp-

lekslər iştirak edir. Yamaclarda eroziyaya uğramış torpaqların iştirak etdiyi komplekslər inkişaf etmişdir. 

Respublikanın şabalıdı torpaqları yüksək dərəcədə mənimsənilmişdir və meyvə, pambıq, üzüm, taxıl, qış ot-

laqları üçün istifadə olunur. Tünd şabalıdı torpaqlar dəmyə şəraitində, o biri iki tip isə suvarma şəraitində istifa-

də olunur.  

7. Boz və boz-qonur torpaqlar (boz-solodlaşmış) Kür-Araz ovalığının 2493,2 min ha (28,9%) sahəsində, 

isti və davamlı yay (5-6 ay) və mülayim isti qış şəraitində yayılmışdır. Yayı quraqdır. Havanın orta illik tempe-

raturu yüksəkdir (+ 14

0

C), il ərzində düşən atmosfer yağıntıları (180-230 mm) buxarlanma və transpirasiya üçün 



lazım olan suyu ödəmir. Bu, həmin torpaqların yayıldığı zonanı quraq, quru, yarımsəhra iqliminə aid etməyə 

əsas verir. Tipik bitkilik formasiyası – yovşan-efemer bitkiliyidir. 

Boz torpaqlar humusun cüzi miqdarı (yuxarı qatda 1,6-2%), atmosfer yağıntılarının qələviləşdirici təsiri 

üzərində buxarlanmanın açıq-aşkar üstünlüyü nəticəsində səthdə yüksək karbonatlıqla səciyyələnir. Boz torpaq-

larda şorakətlilik əlamətləri, B horizontunun kipliyi və zəif qələvi reaksiya qeyd olunur. 

Nəzərdən keçirilən torpaqların qranulometrik tərkibində gilli və qumlu-gilli növ müxtəliflikləri üstünlük 

təşkil edir. Başlıca olaraq kalsium və maqneziumla təmsil olunmuş mübadilə həcminin kiçik olduğu (100 qr tor-

pağa 20 m.ekv. yaxın) qeyd edilir. Çökmə şəraitindən asılı olaraq, zonanın torpaq örtüyündə şoran və şorakət 

növ müxtəlifliklərinə malik əhəmiyyətli komplekslik müşahidə edilir.  

Suvarma şəraitində boz torpaqlar pambıq və üzüm plantasiyaları üçün istifadə olunur, yem bazaları və qış 

otlaqları kimi xidmət göstərir. 

8. Çəmən torpaqları da boz və boz-qonur torpaqlar kimi, Kür-Araz ovalığının quru və yarımsəhra şəraitində 

yayılmışdır. Ümumi sahəsi 1050,8 min ha-dır (5,5%). Bu torpaqlardan torpaqəmələgəlmənin çəmən tipi yüksək 

qrunt suyu və səthi nəmişliklə bağlı olan xüsusi yerli hidroloji rejimlə şərtlənmişdir. Bu şəraitdə formalaşan tor-

paqlar adi yarımsəhra torpaqlarından xeyli fərqlənir. Bununla yanaşı, onların zonal cizgiləri də vardır: onlar üçün 

üzvi maddələrin sürətli minerallaşması, yüksək karbonatlıq və torpaq əmələgəlmədə tez həll olunan natrium duzla-

rının iştirakı səciyyəvidir. Su rejiminin xüsusiyyətləri ilə bağlı olaraq, onlarda bitkiliyin güclü inkişafı müşahidə 

edilir; bu isə yüksək humus tərkibini təmin edir, relyefin yüksələn və meylli elementlərində, nisbətən zəif səthi və 

qrunt nəmişliyi şəraitində açıq çəmən və çəmən, depressiyalarda isə tünd çəmən torpaqları formalaşır. 

Çəmən torpaqları çox məhsuldardır. Onların məhsuldarlığını daha da artırmaq və  kənd təsərrüfatı üçün 

uğurla istifadə etmək üçün bir sıra tədbirlər görülür. Bu torpaqlar respublikanın suvarma əkinçiliyinin əsasını 

təşkil edir, onlarda pambıq və bir sıra başqa mədəni bitkilər yetişdirilir; qış otlaqları kimi də istifadə edilir. 

9. Şoranlıqlar Azərbaycanın ovalıq zonasında geniş yayılmışdır (475,9 min ha və ya 5,5%) və adətən rel-

yefin depressiyalarında müşahidə olunur. Şoranlıqların əmələ gəlməsi mineral qrunt suların yaxınlığı ilə buxar-

lanmanın yağıntılar üzərində mütləq üstünlüyü şəraiti ilə bağlıdır.  Şoranlıqlar güclü qələvi reaksiyası  və çox 

vaxt udulmuş əsasların tərkibində maqneziumun (50%-ə qədər) və natriumun (20%-ə qədər və daha çox) böyük 

miqdarı ilə fərqlənir. Onlar üçün torpağın səthində tez həll olunan duzların yüksək miqdarı səciyyəvidir. Materik 

qatda quru qalığın ölçüsü 3-5% təşkil edir. Duz tərkibinə görə şoranlıqlar xlorlu və xlorlu-sulfatlı növlərinə bö-

lünür. 

Azərbaycanın şoranlıqları ən az məhsuldar torpaqlardır. 



 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin