MƏMMƏdov qəRİb xəLİlov mahmud


Ekoloji böhran, əslində ənənəvi iqtisadi siyasətin nəticəsidir



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə72/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   67   68   69   70   71   72   73   74   75

Ekoloji böhran, əslində ənənəvi iqtisadi siyasətin nəticəsidir. Ekoloji böhranın bilavasitə səbəbi dar dü-

şüncə ilə qazanc dalınca qaçmaqdır, yəni bu halda təkcə fəhlə qüvvəsi deyil, təbii ehtiyatlar da istismar edilir, 

məhsulun maya dəyəri mühitin çirklənməsi hesabına aşağı salınır. 

Ekologiyalaşdırılmış iqtisadiyyatda istehsalın məqsədi ekologiyanın prinsipləri və insanların sağlamlığı üçün 

təhlükəsiz olan əmək şəraiti ilə müəyyən olunmalı, qazanc qanunlarına yer olmamalıdır. Bu o deməkdir ki, iqti-

sadiyyat təkcə gəlir üçün deyil, ümumi fayda üzərində qurulmalıdır. 

Müxtəlif təbii ehtiyatlardan istifadə (yəni onların tükənməsi), o cümlədən mühitin müəyyən dərəcədə çirk-

lənməsi istənilən iqtisadi fəaliyyət zamanı zəruridir. Bu bilavasitə istehsal prosesləri və istehlak ilə bağlıdır. Mə-

sələn, atmosferə düşmüş dəm qazının miqdarı müxtəlif tip avtomobil mühərrikləriklərində yandırılan yanacağın 

kəmiyyət və keyfiyyətindən asılıdır; çirklənmiş suyun bizim göl və çaylarımıza axıdılması polad, kağız, parça 

və s. istehsalının səviyyəsindən asılıdır. Çünki suların miqdarı hər bir halda konkret sahənin texnoloji səciyyəsi 

ilə müəyyən edilir. 

İqtisadiyyatçı yeni texnologiya kəşf edə bilməz. Lakin o texnologiyanın dəyişməsini, istehsalın ekoloji nəti-

cələrini (mühitin çirklənməsinin azalma, ya çoxalmasını, təbii ehtiyatların istifadəsini) izah və ya xəbərdarlıq 

edə bilər. 

O, ekoloji nəticələrin müxtəlif mal və xidmətlərin qiymətinə təsirini bilməyə borcludur. İstehsalın müxtəlif 

sahələrinin rəhbərləri təkcə təbii sərvətlərdən istifadəyə görə deyil, onların törətdiyi çirklənmənin aradan götü-

rülməsinə görə də maliyyə məsuliyyəti daşımalıdır. 

İqtisadiyyatın ekologiyalaşdırılması həm ictimai istehalın əsas istiqamətlərində, həm də əhali tərəfindən is-

tehlakın xarakter və mədəni səviyyəsində dəyişikliklərin edilməsini tələb edir. 

İqtisadiyyatın ekologiyalaşdırılmasının bu gün üçün ən vacib zəmini aşağıdakılardır: 

– təbiətdən səmərəli istifadənin hüquqi və təşkili şəraitinin formalaşması; 

– iqtisadiyyatı təbiətqoruyucu əsasa keçirməkdən ötrü elmi-texniki potensialın yaradılması; 

– ictimai istehsalın dəyişdirilməsi; onun son istehlak məhsulunun artırılmasına doğru istiqamətləndirilməsi, 

«istehsal xatirinə istehsal» minimuma endirilməli; 

– qapalı istehsal tsikllərinin yaradılması və istehsal tullantılarının minimuma endirilməsi; 

– təbii ehtiyatların tam dəyərini göstərmək məqsədilə məhsul istehsalının uçot sisteminin tənzimlənməsi. 

Təbii mühitin vəziyyətini adi istehlakçılar, iş adamları, fermerlər müəyyən edir. Ona görə də cəmiyyət tərə-

findən yeni istehsalın yaradılması, alternativ ehtiyatlardan istifadə edilməsi haqqında qərarların qəbulunda cə-

miyyətin bütün təbəqələrinin əməkdaşlığına arxalanan yeni iqtisadi siyasətin qəbul edilməsi vacibdir. 

Davamlı inkişafın əsasını açıq rəqabətli bazar təşkil edir ki, burada qiymətlər sərvətlərin dəyərini əks etdirir. 

Davamlı inkişaf sürətlə artan əhalinin tələblərini ödəmək üçün əmtəə istehsalının və xidmətlərin genişləndi-

rilməsini tələb edir.Bu zaman təbii ehtiyatlardan istifadə səmərəli, istehsal prosesləri və istehlak ekoloji baxım-

dan təmiz olmalıdır. Yalnız hökumət qərarları ilə davamlı inkişaf konsepsiyasını tənzimləmək mümkün deyildir, 



 

419


belə ki, istehal və istehlakda milyardlarla insan iştirak edir. Dövlət davamlı inkişaf üçün zəmin və şərait yarat-

malıdır. 

Azad bazarlar davamlı inkişafın əldə edilməsi üçün stimul ola bilər. Əgər ehtiyatların qiyməti obyektiv mü-

əyyən edilmişsə, rəqabət mübarizəsi istehsalçıları ehtiyatlardan qənaətlə istifadə etməyə məcbur edəcəklər. Əgər 

ətraf mühitin çirklənməsi sahibkarlar tərəfindən istehsal üçün «itirilmiş» sərvətlərlə eyniləşdirilərsə, onda qiy-

mətin aşağı salınmasına çalışmaq istehsalçıları zərərli tullantıları azaltmağa məcbur edəcəkdir, bu, xüsusilə eko-

loji çirklənmənin nəticələrini aradan götürdükdə, yaxud cərimə ödədikdə  çəkilən xərclərlə əlaqədar olacaqdır. 

Rəqabət mübarizəsi, azad bazar iqtisadiyyatı üçün səciyyəvi olub, yeni texnologiyaların yaradılmasının  əsas 

amilidir. Yeni texnologiyalar isə ehtiyatlardan daha səmərəli istifadə etmək üçün zəruridir. 

Dünya iqtisadiyyatı qarşısında duran ən vacib məsələ ekoloji xərclərin istehsal məhsullarının maya dəyərinə 

daxil edilmək yollarını müəyyən etməsidir. Əgər xammalın və hazır məhsulun üzərinə sosial xərclər əlavə edil-

məsə və əgər istifadə edilən, həmçinin hazırda pulsuz olan hava, su və torpaq sərvətlərinin dəyəri müəyyən edil-

məsə, bu ehtiyatlar bundan sonra da səmərəsiz istifadə ediləcəkdir, nəticədə çirklənmə dərəcəsi artmaqda da-

vam edəcəkdir. 

 

21.9. Ekologiya mühəndisliyi 



Ekologiya mühəndisliyinin məqsədi texnika ilə ətraf mühit arasında münasibətləri harmonizasiya etməkdir. 

Ekologiya mühəndisliyinin predmetini müəssisə, sənaye kompleksi və ya bütöv regionun texnosferi təşkil edə bi-

lər. 

Ekoloji iqtisadiyyatın tələbi ilə yeni texnikanın layihələşdirilməsi və yaradılmasının məqsədləri dəyişilir. 

Texniki obyektlərə olan tələblərdən biri, onların «ekologiyalılığıdır». Bu anlayış texniki obyektlərin ətraf mühit-

lə (təbii və sosial) qarşılıqlı təsirini (maddə, enerji, informasiya) səciyyələndirir. 

Ekologiya mühəndisliyində ekoloji yanaşma texniki obyektlərin ətraf mühitlə əlaqəsini təsvir edən əsas vasi-

tə kimi çıxış edir. Onun əsasında texniki sistemə və onunla qarşılıqlı əlaqədə olan ətraf mühitin ayrı-ayrı kom-

ponentlərinə vahid münasibət mümkündür. Ekoloji yanaşma texniki sistemlərin hərtərəfli sosial-ekoloji qiymət-

ləndirilməsində vacib əhəmiyyət kəsb edir. 

İndiyə kimi texniki sistemin onun üzərinə qoyulmuş funksiyanı nə dərəcədə yaxşı yerinə yetirməsi faydalı iş 

əmsalı (FİƏ) ilə ölçülürdü. Lakin FİƏ sistemin itirdiyi enerjini xarakterizə edir və texniki sistemin qiymətləndi-

rilməsinin obyektiv kriterisi kimi yararsızdır. 

Texiniki məqsədə nail olmaqla mahiyyət etibarilə texniki sistemlərin effektinin mövcud olan göstəriciləri 

qiymətləndirilmir. Bununla əlaqədar olaraq texniki yeni tətbiq edilənlərin (yeniliyin) kompleks qiymətləndiril-

məsinin metodları işlənib hazırlanır. Texiniki yeni tətbiq edilən dedikdə elə metodlar başa düşülür ki, məhz bu-

nun sayəsində hərtərəfli (texniki iqtisadi və sosial-ekoloji) olaraq yeni texnikanı qiymətləndirmək mümkün ol-

sun və onların seçilməsini hərtərəfli həyata keçirsin. Belə qiymətləndirmə texniki inkişafa nəzarət etməyə  və 

onu istiqamətləndirməyə imkan yaradır. Bu zaman xüsusi diqqət fərz edilən texniki yeni tətbiq edilənin əmələ 

gətirdiyi bilavasitə «xeyirə» deyil, məhz onun ətraf təbii və sosial mühitə təsiri nəticəsində əldə edilənin olduqca 

yüksək olmasıdır ki, bununla yeni tətbiq edilənlərə suallara cavab vermək yolu ilə qiymət vermək mümkün ol-

sun: yeni tətbiq edilənlər iqtisadi cəhətdən əlverişlidirmi? 

İstənilən texniki sistem bəzi funksiyaları yerinə yetirməklə ətraf mühitin bu və ya digər komponentinə müəy-

yən təsir göstərir. Uyğun olaraq texniki obyektlərin qiymətləndirilməsi zamanı bu öz əksini tapmışdır. İdeal ha-

lında biosfer, iqtisadi, sosial, texnoloji amillər nəzərə alınmalıdır. 

Texniki sistemlərin funksiyalarının nəticələrinin qeydə alınması xüsusi əhəmiyyət qazanır, belə ki, insan qabaqca-

dan planlaşdırılmış müsbət və həmçinin, gözlənilməyən neqativ nəticələr əldə edir. 

Texniki fəaliyyətin nəticələri modelləşdirmənin köməyi ilə ilkin qiymətləndirilir. Bu metod texnoloji təsirlər 

nəticəsində ətraf mühitdə yaranmış bir çox prosesləri üzə çıxarmağa imkan verir. Mühəndislik fəaliyyətinin ənə-

nəvi metodları ildə yanaşı ekologiya mühəndisliyi xüsusi vasitə və yanaşmalardan istifadə edir. Bu cür vasitə və 

yanaşmalara misal olaraq müxtəlif monitorinqləri göstərə bilərik. 

Monitorinq («monitor» – müəyyən parametrlərə nəzarət üçün cihaz hansı ki, verilmiş hüduddan kənara çıx-

mamalıdır) – ətraf mühitin müxtəlif tərəflərinin vəziyyəti üzərində müşahidə, qiymətləndirmə  və proqnozdan 

ibarətdir. Ekologiya mühəndisliyinin fəaliyyəti monitorinqlə başlayır. Monitorinqin üç əsas pilləsi mövcuddur: 

lokal (bioekoloji və ya sanitariya-gigiyenik); regional, geosistem (təbiət, təsərrüfat) və qlobal, biosfer. İxtisaslaş-

dırılmış monitorinq stansiyaları ekoloq- mühəndisə iri şəhərlərin və sənaye zonalarının hava hövzəsi üzərində 

nəzarət etməyə, biosfer qoruqlarında daimi müşahidələr aparmağa imkan verir. Peyk və başqa kosmik aparatlar-

da qoyulmuş cihazlar Dünya okeanı, quru, atmosferin vəziyyəti haqqında irihəcmli informasiya toplamağa, təbii 

prosesləri qeydə almağa, həm də insanın təbiətə təsiri üzərində müşahidə aparmağa imkan verir. 

Ekologiya mühəndisliyi metodları əsasında texniki obyektlərin mühəndis-ekoloji ekspertizası həyata keçiri-

lir. Mühəndis-ekoloji ekspertizanın məqsədi– təbii ehtiyatlardan səmərəli istifadəni və yeni müəssisələrin tikinti-

si, fəaliyyətdə olanın genişləndirilməsi və yenidən qurulmasının, yeni növ texnika və texnologiyanın ətraf mühi-

tə təsirinin yol verilən həddinin müəyyən edilməsidir. 


 

420


Son vaxtlar (xüsusən də Çernobıl qəzasından sonra) ekologiya mühəndisliyində texnoloji risk və  zəhərli 

maddələrin zəif dozasında insanlara təsiri sahəsində proqnozlaşdırma metodlarının təkmilləşdirilməsi sahəsindəki 

işlər xüsusi əhəmiyyət kəsb edir. Texnoloji risklər sahəsində proqnozlaşdırmalar qəza vəziyyətlərinin idarəetmə me-

todlarını işləməyə imkan verir. Ciddi qəzaların qarşısını, əlbəttə, tamam almaq mümkün deyildir, ona görə də istəni-

lən halda vəziyyətin öhdəsindən gəlməkdən ötrü şərait və vasitələr olmalıdır. 

Ekologiya mühəndisliyi sayəsində insan dərk edir ki, texnikanın etibarlılığı, təhlükəsizliyi texnikadan çox, 

kompleks sosial-ekoloji işdir. Ekologiya mühəndisliyi texnika, cəmiyyət, təbiətin birliyi mövqeyindən çıxış edir. 

Ekologiya mühəndisliyinin məqsədi yeni texnosferi formalaşdırmaq, texniki yenilikləri sosial-ekoloji mövqe-

dən qiymətləndirmək, onların biosfer qanunlarına uyğun gəlməsinin şərait və imkanlarını müəyyən etməkdir. 

 

 



21.10. Kosmosun mənimsənilməsi və  

ekologiya problemləri 

Kosmosun mənimsənilməsi cəmiyyətin fəaliyyət sahəsini real genişləndirməklə, Yerin məhdud imkanların-

dan irəli gələn və ekoloji problemi dərinləşdirən bir çox şəraiti aradan götürə bilər. 

Planetimizdə ekoloji vəziyyəti kəskinləşdirən əsas səbəb Yerin məhdud məkana malik olmasıdır. Raket-kos-

mik texnikanın inkişafı yerətrafı fəzaya daxil olmağa və təbii mühit haqqında keyfiyyətcə yeni informasiya əldə 

etməyə imkan verir. 

Yaxın gələcəkdə kosmik fəza maddi-istehsal məqsədləri üçün də istifadə ediləcəkdir. 

Bəşəriyyətin kosmik perspektivi prinsipcə sonsuzdur. Bu, cəmiyyət və təbiətin qarşılıqlı təsirinin məkan (o 

gümlədən zaman) daxilində sonsuz genişlənə biləcəyinin real olduğunu göstərir. 

Cəmiyyətin məkanca sonsuz genişlənməsi imkanı (kosmosu mənimsəməklə) onun zaman daxilində də son-

suz mövcudluğu üçün də  zəmin yaradır. Kosmosun mənimsənilməsi, beləliklə, sosial əbədilik deyilən qədim 

konsepsiyanı yeni əsasda dirçəltmişdir. 

Görünür, kosmosun praktiki cəhətdən mənimsənilməsi üçün kosmosda ekoloji istehsal inkişaf etdirilməli, yə-

ni insanların başqa planetlərdə həyat təmin etmək üçün süni biosferlər yaradılmalıdır. İnsan bu zaman Yer bios-

ferini modelləşdirməli, canlı maddənin əsas funksiyalarını təkrar istehsal etməlidir. 

Kosmosun mənimsənilməsi cəmiyyət və təbiətin qarşılıqlı münasibətlərində dönüşdür. Yerin təbiətində cə-

miyyətin fəaliyyəti üçün real məhdudiyyətlər kosmosa çıxmaqla aradan götürülə bilər. 

Bu baxımdan, cəmiyyət və təbiətin qarşılıqlı təsirindən maddə-enerji aspektinin genişlənməsi və dərinləşmə-

si, insanın fəaliyyət dairəsinə (kosmik mənşəli) yeni maddə və enerji mənbələrinin daxil edilməsi diqqəti daha 

çox cəlb edir. Məsələn, kosmik enerji mənbəyinin maddi istehsal sferasına cəlb edilməsi üçün perspektivlər açı-

lır. 

Cəmiyyətin informasiya fəaliyyətində kosmonovtikanın inkişafı ilə əlaqədar inqilabi dəyişikliklər müşahidə 



edilir. Kosmos haqqında məlumatların alınması imkanları xeyli  genişlənmişdir. İndi kosmosdan Yer və onun 

biosferi haqqında informasiya alınır. 

Bu gün kosmonavtikanın əsas məqsədi yaxın Kosmosun elm və istehsal məqsədləri üçün mənimsənilməsidir. 

Bu baxımdan, kosmik fəzada günəş elektrik stansiyaları şəbəkəsinin yaradılması (kosmosda günəş enerjisinin elektrik 

enerjisinə çevrilməsi prosesi daha effektiv keçir) və onların enerjisinin yerə ötürülməsi, enerji tutumlu və biosfer üçün 

təhlükəli olan istehsalın yüksək tezlikli cərəyanlar və ya lazer şüaları vasitəsilə kosmik fəzaya köçürülməsi daha çox ma-

raq doğurur. 

Bununla belə, kosmosun mənimsənilməsinin biosfer üçün törədə biləcək nəticələrin müəyyən edilməsinin daha bö-

yük əhəmiyyəti vardır. Hətta kosmosa buraxılan raketlərin biosferə mənfi təsiri özünü göstərir; belə ki, işlənmiş qazlar 

biosferi zəhərləyir, raketin atmosferdən keçməyi onun tərkib və hərəkətinə təsir edir. Kosmos getdikcə kosmik metal qı-

rıntıları ilə çirklənir. 

Qayıq tipli kosmik aparatların 250-450 km (ionosfer plazmasının sıxlığının maksimuma çatdığı yerdə) yüksəklikdə 

uçması nəticəsində ionosferdə dəyişikliklər baş verir, «ionosfer deşikləri» yaranır, nəticədə atmosferin fiziki-kimyəvi 

proseslərinin təbii gedişinə və biosferin digər komponentlərinə güclü təsir göstərilir. 

Yaranmış vəziyyət kosmosun praktiki mənimsənilməsi ilə əlaqədar iki kəskin mövqenin səhv olduğu aydın 

olur: 1) ekoloji təhlükənin qarşısını yalnız yerdəki vasitələrlə almaq (kosmosun mənimsənilməsinin əleyhinə on-

ların mövqeyi); 2) ekoloji qəza zamanı bəşəriyyətin Yer kürəsini tərk edib kosmosdan sığınacaq kimi istifadə et-

məsi. 


Əslində, bəşəriyyət, əvvəllər yalnız Yerdə təbiətlə əlaqədar olduğu halda, indi daha geniş sistemə çıxır. Hazırda nü-

vəsini cəmiyyət təşkil edən «Bəşəriyyət– Yer– Kosmos» sistemi formalaşır. Yer sakinləri XXI əsrdə hələ planetimizi 

tərk edib kosmosa keçmək fikrində deyillər. Kosmonovtikadan ilk əvvəl Yerdə həyat şəraitini yaxşılaşdırmaqdan ötrü 

istifadə ediləcəkdir. 

Əgər söhbət uzaq gələcəkdən gedirsə, K.Y. Siolkovskinin fikrincə, bəşəriyyət əvvəl-axır günəş ətrafı sistemini, son-

ralar isə bütün qalaktik fəzanı mənimsəyəcəkdir. Görünür, o zaman insanlar Yer kürəsini çiçəklənən bağa, nəhəng qoru-

ğa, təbiətin böyük abidəsinə çevirəcəklər. 


 

421


Cəmiyyət və təbiət qarşısında qarşılıqlı təsir uzun müddət Yerin hüdudları daxilində baş verirdi. Kosmonovtikanın 

yaranması ilə yerdənkənar təbiətin öyrənilməsi və dəyişdirilməsinin başlanğıcı qoyulmuşdur. Ona görə də sosial ekolo-

giya yalnız Yer problemlərinə istiqamətlənə bilməz, o həmçinin kosmosun mənimsənilməsinin xüsusiyyətlərini, onun 

kosmik təbiətə və Yerin biosferinə təsirini nəzərə almalıdır. 

 

21.11. Sosial ekologiyanın qanunları 

 insan fəaliyyətinin motivləri kimi 

Sosial ekologiyanın vəzifəsi vahid sistem daxilində cəmiyyət, texnika və təbiətin qarşılıqlı əlaqəsini əks etdi-

rən yeni tip qanunların izahını, qısa şərhini verməkdir. 

Qanun – təbiətdə və cəmiyyətdəki hadisələr arasında zəruri olan, təkrarlanan münasibətlərdir. Hələ indiyə ki-

mi heç bir elm cəmiyyət və təbiətin birliyini əks etdirən qanunların üzə çıxarılması problemi ilə məşğul olma-

mışdır. İlk dəfə sosial ekologiya bu cür sosiotəbiət qanunlarının müəyyən edilməsinə öz iddiasını bildirir. Bu qa-

nunların xüsusiyyətləri ondan ibarətdir ki, onlar müxtəlif səviyyəli sosioekosistemlərin davamlı inkişafı üçün 

zəruri şəraiti müəyyən etməlidir. 

Bu şəraitlər biosfer hüdudunda bəşəriyyətin fəaliyyətinin xarakterini, istiqamətini təbliğ etməlidir. 

Sosial ekologiyanın qanunları iki yerə, ekoreqress (biosferi və bəşəriyyəti məhvə aparan) və ekoinkişaf (yəni 

bu məhv olmanın qarşısını alan) qanunlara bölünür. Təbiəti mənimsəyən zaman elə şərait texniki-təşkilati əlaqə 

yaradıla bilər ki, dağıdıcı qanunlar deyil, yaradıcı qanunlar üstünlük təşkil edə bilsin. Ekoloji optimal strategiya-

nın mahiyyəti də ondan ibarətdir ki, iki tip qanundan sağqalma qanunları seçilsin. Bu qanunlar sisteminin üzə 

çıxarılması sosioekologiyanın əsas məqsədini təşkil edir. 

Sosial ekologiyanın qanunları insanın dəyişdirici fəaliyyəti və təbiətdə maddə, enerji və informasiya dövran-

ları təsiri ilə yaranmış maddə, enerji və informasiya axınlarının sinxronluğunu, uyğunluğunu əks etdirməlidir. 

Yalnız bu qanunlara arxalanmaqla cəmiyyət ekoloji və sosial-iqtisadi inkişafın qarşılıqlı bağlılıq məsələlərini 

həll edə bilər. 

İndiyə  qədər bizim sivilizasiyanın xüsusiyyətindən, onun ziddiyyətindən irəli gələrək, sosial-iqtisadi inkişaf 

ekologiyanın hesabına olmuşdur. Həmin ziddiyyətin həllini sosial-iqtisadi inkişaf ləngitməkdə deyil, (bu, son nəticə-

də insanların həyat səviyyəsini aşağı salardı), həm cəmiyyəti, həm də təbiəti harmonik inkişaf etdirməkdə axtarmaq 

lazımdır, yəni söhbət davamlı inkişafa keçilməkdən getməlidir. Bundan ötrü isə cəmiyyət, təbiət və texnikanın qarşı-

lıqlı təsirinin qanunauyğunluqlarını dərindən bilmək lazımdır. 

Amerika ekoloqu B. Kommonerin bu məsələyə yanaşması maraq doğurur. O, bioekologiya və bəşəriyyətin 

təbiətdəyişdirici təcrübəsini müəyyən dərəcədə ümumiləşdirməklə dörd sosial-ekoloji qanun formalaşdırmağa 

cəhd etmişdir. 

 

Birinci qanun: 

Hər şey hər şeylə bağlıdır. 

Bu qanun ekosferdə mürəkkəb qarşılıqlı təsir şəbəkəsinin olduğunu əks etdirir. Onun məqsədi insanı ekosis-

temin ayrı-ayrı hissələrinə düşünülməmiş təsirdən saxlamaqdır. Belə ki, bu cür təsirlər gözlənilməyən zərərli ha-

disələr törədə bilər. 

 

İkinci qanun: 

Hər şey harayasa getməlidir? 

Bu qanun materiyanın saxlanması kimi fundamental qanundan ortaya çıxır. O, maddi istehsalın tullantılarına 

yeni nöqteyi-nəzərdən baxmağa imkan verir. Yerin təkindən çıxarılmış külli miqdarda maddə, yeni maddələrə 

çevrilərək, «hər şey haradasa olmalıdır» faktı nəzərə alınmadan ətraf mühitə səpələnib.  Nəticədə külli miqdarda 

maddə elə yerlərdə toplanır ki, təbiətdə onların orada olması məsləhət deyildir. 

 

Üçüncü qanun: 



Təbiət yaxşı bilir. 

Bu qanun o mövqedən çıxış edir ki, «indi yaşayan canlı varlıqların orqanizmlərinin strukturu və ya müasir tə-

bii ekosistemin təşkili o mənada yaxşıdır ki, onlar əlverişsiz variantlar içərisindən diqqətlə seçilmişdir və istənilən yeni 

variant yəqin ki, indikindən pis olacaqdır». Bu qanun hərəkətsizliyə yox, əksinə, təbii bio - və ekosistemləri diqqətlə öy-

rənməyə, dəyişdirici fəaliyyətə şüurlu yanaşmağı tələb edir. Təbiətin dəyişdirilməsinin nəticələrini dəqiq bilmədən təbiə-

ti «yaxşılaşdırmaq» kimi hərəkətlərə yol verilə bilməz. 

 

Dördüncü qanun:  

Heç nə təmənnasız verilmir. 

B.Kommoner hesab edir ki, dördüncü qanun əvvəlki üç qanunu özündə birləşdirir, «Ona görə ki, qlobal eko-

sistem vahid sistem olub, onun hüdudları daxilində uduş və ya itki ola bilməz, belə ki, insanın əməyi vasitəsilə 

ondan alınmış hər şeyin əvəzi ödənilməlidir». 


 

422


Əlbəttə, B.Kommonerin qanunları cəmiyyət və təbiətin qarşılıqlı təsirinin bütün tərəflərini əhatə etmir. On-

larda, məsələn, sosial-iqtisadi, hüquqi mexanizmlərin təbiətdən istifadənin xarakterinə təsiri, mədəniyyətin təbi-

ətlə münasibətlərinin harmoniyalaşdırılmasında mümkün olan rolu öz əksini tapmamışdır. 

Deyilənləri nəzərə almaqla sosial ekologiyanın aşağıdakı prinsiplərini formalaşdırmaq mümkündür: 

 

bəşəriyyət istənilən populyasiya kimi ölçüsüz, sonsuz inkişaf edə bilməz; 



 

cəmiyyət öz inkişafında biosfer təzahürlərinin imkanlarını nəzərə almalıdır; 

 

cəmiyyətin davamlı inkişafı alternativ ehtiyatlara və texnologiyalara vaxtında keçirilməsindən asılı-



dır; 

 



cəmiyyətin istənilən dəyişdirici fəaliyyəti ekoloji proqnoza əsaslanmalıdır; 

 



təbiətin mənimsənilməsi biosferin müxtəlifliyni azaltmamalı və insanların həyat keyfiyyətlərini pis-

ləşdirməməlidir; 

 



sivilizasiyanının davamlı inkişafı insanların əxlaqi keyfiyyətlərindən asılıdır; 

 



hər bir kəs öz hərəkətlərinə görə gələcək qarşısında məsuliyyət daşıyır; 

 



qlobal fikirləşib, lokal hərəkət etmək lazımdır; 

 



təbiətin vəhdəti bəşəriyyəti əməkdaşlığa məcbur edir. 

Sosial ekologiya insan fəaliyyətinin uyğun normativini müəyyən edən cəmiyyət və təbiətin harmoniyasının 

şərtlərini açır. 


 

423


ƏDƏBİYYAT 

 

Azərbaycan dilində 

 

Aslanov H.Q. Meliorasiya torpaqşünaslığı. Bakı – «Elm» 1999, 346 s. 

Avazova M. Respublika torpaqlarının müasir ekoloji vəziyyəti «Təbii sərvətlərin qiymətləndirilməsi və tə-

biətdən istifadə» mövzusunda elmi-praktik konfransın tezisləri Bakı – 2003, s: 340-342/. 



Azərbaycan Respublikasının Milli İqlim Proqramı. Azərb. Respublikasının Ekol. və Təbii Sərvətlər Na-

zirliyi. Bakı, 2002. 



Azərbaycan Respublikasının  Ətraf mühitə dair qanunvericilik toplusu. Azərbaycan Respublikası Ekolo-

giya və Təbii Sərvətlər Nazirliyi. 2002. 1-ci icild 404 səh; 2-ci icild 424 səh. 



Azərbaycan Respublikasının  Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli proqramı. 

Azərb. Respublikasının Ekol. və Təbii Sərvətlər Nazirliyi. Bakı, 2002. 

Azərbaycan SSR-in Qırmızı Kitabı «İşıq nəşriyyatı»,1989.543  s.  

Azərbaycanın zoocoğrafi xəritəsi. 1:600000. Azərbaycan Respublikası Dövlət və  Xəritəçəkmə komitəsi, 

Bakı-2003. 



Babaxanov N.A., Paşayev N.Ə. Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi. Bakı, 2004, 194 s. 

Babayev A.M. Azərbaycanın bəzi torpaq-iqlim bölgələrində torpaq proseslərinin və torpağın münbitliyinin 

modelləşdirilməsi və proqnozlaşdırılması. Disser. avtoreferatı. k.t.e.n., Bakı, 1995.  



Bayramov M.Ə. Ceyrançöl otlaqaltı torpaqların ekoloji münbitlik modeli. Disser. avtoref. k.t.e.n. Bakı, 

2002, 17 s. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin