20.4. Azərbaycanda energetika
Bölmə əsasən «Azərenerji» aksioner (səhmdar) cəmiyyətinin (AC) birinci vitseprezidenti M.Novruzovun
(1999) məlumatlarına əsaslanaraq yazılmışdır.
Azərbaycanda energetika öz inkişafında mərhələlərlə böyük inkişaf yolu keçmişdir. Birinci mərhələ az güclü
elektrik stansiyaların birləşdirilməsi və milli sənaye, ilk növbədə neft sənayesinin formalaşması tipini daha yüksək
təmin etmək üçün yeni stansiyaların tikilməsilə başlanmışdır.
Respublikanın müxtəlif regionlarında sənayedə və kənd təsərrüfatında elektrik enerjisinin geniş istifadəsi enerji
sisteminin yeni keyfiyyətli inkişafı ilə bağlı olaraq ikinci mərhələyə keçid üçün şərait yaratdı, inkişafın üçüncü
mərhələsində enerji sistemimizlə, başqa respublikaların elektrik sistemləri ilə paralel iş aparılması təşkil olunaraq
SSRİ-nin Vahid enerji sistemi yaradıldı. Respublikanın «Azərenerji» Aksioner (səhmdar) Cəmiyyəti 1998-ci ildə 11
elektrik stansiyasını birləşdirir: gərginliyi 500, 330 və 220 kvt elektrik şəbəkələrinin ümumi uzunluğu 3000 km,
gərginliyi 110 kv və aşağı olan bölüşdürücü şəbəkələrinin uzunluğu – 8000 km təşkil edir. 1990-cı ildə «Azərenerji»-
də elektrik enerjisinin buraxılışı 21 mlrd kvt /saat olmuşdur.
Azərbaycanda energetikanın yaranma mərhələləri
XIX əsrin sonunda dünyada ilk dəfə elektrik enerjisinin istehsalı başlanmışdır. Bu dövrə qədər Azərbaycanda artıq
neft çıxarılmasına başlandığı vaxtdan elektrik enerjisindən istifadə olunmuşdur. Bu dövrdə (1898-ci il) Bakının neft
sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil etmişdir. Neft mədənlərini elektriklə təmin etmək
üçün ilk dəfə olaraq 5-50 kvt-lıq elektrik stansiyaları quraşdırılmışdır. Neft sənayesinin intensiv inkişafı elektrik
enerjisini yüksəltməyi tələb edirdi. Bu problemin perspektivliyini və mənfəətliyini bilən bir sıra xarici elektrotexniki
399
firmalar - «Simens - Qalske», «AEQ» və başqaları Bakıda daha güclü elektrik stansiyaları tikmək barədə müraciət
etdilər. Bu məqsədlə 1898-ci ildə «Elektrik gücü» aksioner (səhmdar) cəmiyyəti yaradılır.
1900-cu ilin martında «Elektrik gücü» AC Bakıda iki elektrik stansiyası layihələşdirir və onların tikilməsinə
başlanır: «Belqorod» - 6000 l.s., və Bibi-Heybət - 1000 l.s. (sonralar o «Krasnaya zvezda» İES və Krasin adına
İES adlandırıldı).
1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında «Zulcer» firmasının hər birinin
1000 l.s gücü olan dörd buxar maşını, «Lezner» firmasının 2000 l.s. gücü olan buxar maşını, AEQ firmasının
6000 v gərginlikli generatoru quraşdırıldı. Bibi – Heybət elektrik stansiyasında «Simens - Qalske» firmasının
500 l.s. gücündə olan iki buxar maşını qoyuldu. Belqorod və Bibi – Heybət elektrik stansiyaları o dövr üçün
Rusiyada ən böyük stansiyalar idi.
1912-ci ildə Bibi – Heybət və Belqorod elektrik stansiyalarının növbəti genişləndirilməsinə başlandı. İşə
AEQ firmasının 8000 kvt gücündə olan turbogenerator daxil edildi. Belə turbogeneratorun daxil edilməsi Bibi –
Heybət elektrik stansiyasının gücünü 10800 kvt-a çatdırdı.
1914-cü ildə Bibi – Heybət və Belqorod stansiyaları arasında əlaqə yaradıldı. Bu tarixi Azərbaycanda
elektrik sisteminin yaranması tarixi hesab etmək olar. 1915-1917-ci illərdə Bibi - Heybət stansiyası Rusiyada ən
böyük və Avropada ən faydalı stansiyaya çevrildi. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47000
kvt-a çatdırıldı.
1913-cü ildə Respublikanın Gəncə, Şəki, Quba və Lənkəran şəhərində ümumi gücü 635 kvt olan bir sıra kiçik
elektrik stansiyaları işə düşdü.
Sovet dövründə energetika quruculuğunun mərhələləri
1920-ci ildə «Elektrotok» energetika kompaniyası qabaqlar xüsusi firmalara məxsus olan daha beş mədən
elektrik stansiyasını (- Romanı –4000 kvt, Zabrat- 720 kvt, Sabunçu – 700 kvt, Suraxanı – 900 kvt və Artyom
adası – 1420 kvt -) birləşdirdi. «Elektrotok» elektrik stansiyasının ümumi gücü 56000 kvt-a çatdırıldı.
Bakının mədənlərində neft istehsalı dünyanınkinin 17,8%-ni və SSRİ-nin neft hasilatının 80%- qədərini
təşkil etməsini nəzərə alaraq QOELRO-nun planında Bakı sənaye rayonunun elektrikləşdirilməsinə xüsusi
diqqət ayrıldı. Elektrik stansiyalarının genişləndirilməsi ilə yanaşı elektrik şəbəkələri də inkişaf etdirildi. 1935-ci
ildə elektrik sisteminin gücü 176 min kvt-a qədər artırıldı.
Layihəyə uyğun olaraq «Krasnaya Zvezda» İES-də hər birinin gücü 25000 kvt olan iki terlofikasiya turbini,
Krasin adına İES-ə isə 25000kvt gücü olan bir kondensasiya turbini qoyuldu. 1939-cu ildə bütün aqreqatlar işə salındı.
Sistemin gücü 251.6 min kvt-a çatdırıldı.
1941-ci ildə Sumqayıtda İstilik Elektrik Mərkəzi yaradılaraq gücü 24000 kvt olan kondensasiya turbini və gücü
25000 kvt olan AP-25-1 tipli teplofikasiya turbini işə salındı.
1940-cı ildə Azərbaycan energetika sisteminin gücü 251000 kvt-ə çatdırılaraq 1920-ci il sistemindən 5 dəfə çox
təşkil etdi. 1940-cı ildə yarımstansiyaların sayı – 139, 20 – 110 kvt-lıq hava xəttlərinin uzunluğu 651 km, güc
transformatorlarının ümumi gücü 589600 kvt təşkil edirdi. Bu illərdə «Severnaya» İES-i və Mingəçevir SES-i işə
salındı, fəaliyyətdə olan elektrik stansiyalarında rekonstruksiya işləri aparıldı. «Severnaya» İES-də yeni enerji bloku
montaj edildi, Əli – Bayramlı İES-i tikildi. 1980-ci illərdə hər birinin gücü 390 mvt olan iki aqreqatdan ibarət Şəmkir
SES-i tikildi. 1983-cü ildə Azərbaycan İES-də iki aqreqatın montaj işləri qurtardı. Hazırda Azərbaycan İES-in
(Mingəçevirdə) 2400 mvt- gücünə malik olub Cənubi Qafqazda ən güclü elektrik stansiyası sayılır. O,
respublikamızın yarısının tələbatını ödəyir. 1990-cı ilin əvvəlində Azərbaycan İES-nin axırıncı 7 və 8-ci enerji blokları
istismara verildi.
Ermənistanla olan münaqişə Azərbaycanın energetikasına mənfi təsir göstərdi, «Azərbaycan İES – Ağdam- İmişli»
elektrik enerjisinin məsafəyə verilməsi sıradan çıxarıldı.
Hazırda «Azərenerji» AC- tinin kollektivi tərəfindən konkret işlər yerinə yetirilir. Bir çox xarici banklar Azərbaycan
iqtisadiyyatının gələcək inkişafına etibar edərək ona xeyli kreditlər ayırır. Belə ki, 1995-ci ildə Yenikənd SES-nın
tikilməsi üçün Azərbaycana 53,4 milyon ABŞ dolları miqdarında kredit verildi.
«Severnaya» İES-nin rekonstruksiyası üçün Yaponiya 160 milyon dollar miqdarında kredit ayırdı. Planlaşdırılmış
işlər başa çatdıqdan sonra müəyyən edilmiş güc daha 400 mvt artacaqdır.
Hazırda 500 və 300 kv gərginlikli elektrikin məsafəyə ötürülməsi müvafiq olaraq 594 və 1025 km təşkil edir.
Bütün kompleks işlər yerinə yetirildikdən sonra Respublikanın enerji sisteminin gücü xeyli artacaq və sonralar
Azərbaycan elektrik enerjisini Avropaya ixrac edə biləcəkdir.
Cədvəl 20.7.
1999-2010 illərdə yeni elektrik güclərinin işə salınması
İllər
Elektrik stansiyasının adı
Əlavə
edilən güc
Tələb
olunan xərc
mln. ABŞ
dolları
1999-2002 Naxçıvan MR üzrə, kiçik +32,5
66,0
400
SES-lər MVT
2000 Azərbaycan İES (9-cu blok) +270 MVT
20
2002 Bakı İEM-1, 2-ci aqreqat
+56 MVT
50
2003 Sumqayıt
İEM-1. (qaz
turbinləri)
+170 MVT
120
2004 Sumqayıt İEM-1 (buxar-qaz
komp)
+250 MVT
175
2005
Əli-Bayramlı İES (buxar-
qaz qurğ)
+400 MVT
300
2007
2007
Tovuz SES
Əli-Bayramlı İES (buxar-
qaz qurğusuna qaz turbini)
+380 MVT
+170 MVT
450
120
2008
Əli-Bayramlı İES (buxar-
qaz qurğusu)
+250
MVT
175
Cədvəl 20.8.
Naxçıvan MR-da su elektrik stansiyalarının
tikilməsi proqramı
№-si Çayın adı SES-in
gücü,
MVT
Layihənin
təxmini qiyməti
1. Naxçıvan çayı 4,9
11.00
2. Gilan
çayında
I-SES
5,5
10,75
II –SES
4,8
9,80
III - SES
6,3
10,75
IV –SES
6,5
11,20
3.
Əlincə çayında 1,4
6,10
4. Nəsirvaz
I –SES
II –SES
1,2
1,5
3,10
3,30
20.5. Dünyanın ərzaq problemi
Sivilizasiyanın inkişafı həmişə aclıqla müşayiət olunmuşdur. XIX əsrdə yalnız Çində 100 mln. adam acından
ölmüşdür. Hindistanda son 50 ildə acından ölənlərin sayı 20 mln.-na çatmışdır. 20-ci -30-cu illərdə aclıq fəlakəti
5 mln. insanın ölümünə səbəb olmuşdur.
Lakin bəşəriyyətin uzunmüddətli tarixində ərzaq problemi ilk dəfə həm ərazi, həm də kəmiyyət baxımından belə
qlobal miqyas almışdır. BMT-in ərzaq və kənd təsərrüfat Təşkilatı (FAO) belə hesab edir ki, dünyada 1,2 mlrd. adam
doyunca yemək tapmır.
Müxtəlif aclıq formalarından iztirab çəkən əhalinin çox hissəsi dünya xəritəsində olduqca geniş ərazi tutur və
enli zolaq şəklində ekvatorun hər iki tərəfi boyu uzanaraq bura praktiki olaraq bütün inkişaf etməkdə olan
ölkələr daxil olur. Planetimizdə aclığın məkanı Afrika dövlətləri sayılır.
Yetkin bir adamın bir kq cəkisinə 40-46 kilokalorı tələb olunur, bu isə sutka ərzində təxminən 2500
kilokalori təşkil edir. İnsanın qəbul etdiyi kalori hər şeydən öncə qidanın gücündən (növündən), fiziki yükündən
və yaşadığı yerin iqlimindən asılıdır.
Ərzaq probleminə müxtəlif amillər təsir göstərir. Ən mühüm amillərdən biri inkişaf etməkdə olan ölkələrdə
əhalinin artmasıdır. Son 50 il ərzində inkişaf etməkdə olan ölkələrdə ərzaq istehsalının artımında yüksəliş
olmuşdur, lakin əhalinin artımı iki dəfə çox olmuşdur. Əhali sayının belə artımı ərzaq istehsalı artımının çox
hissəsini istifadə edir və onu aclıqdan xilas etmir.
Bununla belə inkişaf etmiş ölkələrdə ərzaq məhsulu istehsalı iki dəfə yüksəlmiş, əhalinin sayı üçdə bir dəfə
artmışdır.
401
Şəkil 20.5. Dünyada mühüm ərzaq bitkilərinin istehsalı (yaşıl kütlə),
1980-ci il FAO-nun məlumatı
Ərzaq probleminin baş verməsinin digər səbəbi əhalinin qidasında bir, yaxud iki ərzaq məhsulu növünün
üstünlük təşkil etməsidir, bu isə əhalinin diyetasında yekrənglik xarakteri yaradaraq gizli aclıq forması əmələ
gətirir. Məsələn, Cənubi və Cənubi- Şərqi Asiyanın əhalisinin rasionunun 70% -ni , Yava adasının (İndoneziya)
bəzi rayonlarında hətta 90% -ni düyü təşkil edir. Bu isə bəzi xəstəliklərin, o cümlədən beri-beri xəstəliyinin baş
verməsinə səbəb olur. Afrika kontinentinin bəzi dövlətlərinin əhalisinin qida rasionunda kökümeyvəlilər (yams,
batat, maniok) üstünlük edir.
Yekrəng qidalanma uşaqların kvaşiorkor deyilən xəstəliyinə tutulmasına şərait yaradır. Bu zaman uşaq
kifayət qədər kalori alsa da orqanizmə zülal çatışmır. Qidada həm kalori, həm də zülal çatışmadıqda isə «uşaqda
marazm» xəstəliyi baş verir. Hər iki xəstəlik uşaqlarda həmişə güclü diareya (mədə-bağırsaqda həzmin
pozulması) ilə müşayiət olunur. Belə uşaqlar arasında ölüm hadisəsi və psixi pozuntuların səviyyəsi yüksək
olur.
Əhalinin ərzaqla təmin edilməsində aqrokulturanın səviyyəsi böyük rol oynayır. Buna yüksək məhsuldar
bitki sortlarından, məhsuldar heyvan cinslərindən, çox müxtəlif və müasir kənd təsərrüfatı texnikasından istifadə
etməklə (məsələn, Latın Amerikasında min ha əkin sahəsinə cəmi 5 traktor; Afrikada – 1, Rusiyada –12, ABŞ-
da 30, Yaponiyada –450 traktor düşür), lazımi miqdarda gübrələr verməklə (mütəxəssislərin hesablamalarına
görə kimyəvi gübrələrdən istifadə etdikdə əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 40% artır) kənd
təsərrüfatı bitkilərinin ziyanvericiləri və xəstəlikləri ilə mübarizə tədbirlərini həyata keçirməklə, həm də kənd
təsərrüfatı məhsullarını saxlamaq texnologiyasına riayət etməklə nail olmaq olar.
İnkişaf etməkdə olan ölkələrdə aqrokulturanın səviyyəsi hələ ki, geri qalır, bu isə kifayət qədər yüksək
məhsul alınmasını və onun artımını təmin etmir. Dünyada taxılın orta məhsuldarlığı 25 sent/ha, Afrikada 12
sent/ha (onun tropik hissəsində təsərrüfatlar hektardan 1 sent. məhsul yığır), Cənubi Amerikada 20 sent./ha
təşkil edir.
Dünyada ərzaq problemini həll etmək üçün inkişaf etməkdə olan ölkələrdə «yaşıl inqilab», inkişaf etmiş
ölkələrdə isə «biotexnoloji inqilab»ın keçirilməsi planı irəli sürülür.
«Yaşıl inqilab» yüksək məhsuldar kənd təsərrüfatı ərzaq bitkilərinin, xüsusən buğda, qarğıdalı, düyünün
becərilməsi, irriqasiya işlərinin genişləndirilməsi və müasir texnika, kimyəvi gübrələr, bitki mühafizəsi
üsullarının tətbiqi ilə həyata keçirilməlidir.
402
Lakin «yaşıl inqilab» inkişaf etməkdə olan ölkələrin sahələrinin üçdə birində müəyyən qədər tətbiq
olunmuşdur. Əkinçilikdə əsasən üç dənli bitkiyə (buğda, düyü, qarğıdalı) üstünlük verilmişdir. Aqrokulturaya
düzgün riayət edilmədiyindən «yaşıl inqilab» arzuolunmaz ekoloji nəticələr vermişdir. Belə ki, toksik kimyəvi
maddələrdən istifadə edilməsi torpaqların zəhərlənməsinə, düyü sahələrində balıqların məhv olmasına, kənd
təsərrüfatı bitkilərinin ziyanvericilərinin yayılması partlayışına səbəb olmuşdur.
«Biotexnoloji inqilab» inkişaf etmiş ölkələrdə torpağın hazırlanması (laydırsız şumlama, frezerlə
yumşaltma), suvarma (damcılı suvarma), bitkilərin ziyanvericilərdən mühafizəsi (fereonlardan istifadəsi), səpin
toxumlarının izotoplarla hazırlanması aqrotexniki yeniliklərin tətbiqi ilə bağlıdır.
Bu gün ərzaq problemi bəşəriyyətin qlobal problemi olub gələcək sivilizasiya onun həllindən asılıdır.
20.6. Nüvə müharibəsi bəşəriyyət üçün təhlükəlidir
Bəşəriyyət tarixində müharibələr çox olmuşdur. Təxmini hesablamalara görə yalnız son 5,5 min il ərzində
Yer kürəsində 15 min müharibə və hərbi konflikt olmuş, (onlardan yarısından çoxu Avropada), xalqlar böyük
müsibət və iztirablar keçirmişlər. Özünün bütün tarixi boyu bəşəriyyət 292 il müharibə görməmişdir. XX əsrin
birinci yarısında bəşəriyyət iki dəfə zülmətli müharibəyə düçar olmuş, bu müharibələr qanlı və dağıdıcı xarakter
almışdır.
Müharibə aparılmasında texnika yüksəldikcə dinc əhalinin məhv edilməsi də artır. Dinc əhalinin ölüm
miqdarı ilə hərbçilərin ölümü arasında nisbət aşağıdakı kimi olmuşdur: birinci dünya müharibəsində – 1:20;
ikinci dünya müharibəsində –1:1; Koreyadakı müharibədə (1950-1953-cü illər) – 5:1; Vyetnamdakı müharibədə
(1964-1968-ci illər) – 20:1. Müasir silahlanma vasitələrindən istifadə edib, hətta lokal müharibə başlayarsa ölən
dinc əhalinin sayı ölən hərbçilərdən 100 dəfə çox olacaqdır (yəni 100:1). Bu müharibə əslində dinc əhaliyə qarşı
müharibə olacaq. Bununla da müasir müharibə bütün bəşəriyyətin qlobal probleminə çevrilir.
Müharibə probleminin qloballığı dünyada silahların güclü artması ilə əlaqədardır. Hazırda yalnız toplanan
nüvə silahlarının partlayış gücü indiyə qədər olan müharibələrdə istifadə olunan döyüş sursatlarının ümumi
gücündən bir neçə min dəfə çoxdur.
Hazırda dünyada müxtəlif ölkələrin arsenalında olduqca çoxlu miqdarda nüvə silahları vardır. Bu silahların
ümumi gücü 1945-ci ilin avqustunda Xirosima və Naqasakiyə atılan bombaların gücündən bir neçə milyon dəfə
güclüdür.Xirosimaya atılan bomba nəticəsində 200 mindən artıq insan həlak olmuş, şəhərin 40%-i külə dönmüş,
qalan ərazi isə tanınmayan dərəcədə eybəcərləşmişdir. Atılan atom bombalarının faciəli nəticələri Yaponiyada
hələ indi də müşahidə edilir.
Müasir silahlarla Yer üzərində bütün həyatı dəfələrlə məhv etmək mümkündür. Hətta adi vasitələrlə belə bu
gün müharibə aparılarsa bəşəriyyətə və təbiətə qlobal zərər yetirər.
Beynəlxalq humanitar məsələlər üzrə Müstəqil komissyanın məruzəsində qeyd edilir ki, silah istehsalı
bəşəriyyəti yaşatmaq ideyası ilə aparılır. Lakin hər il bir milyard dollara qədər hərbi məqsədlərə xərclənir, bu isə
inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrə olan borcu ilə müqayisə edilə bilər.
Hazırda dünya öz varını – dövlətini ağlasığmaz heç bir qiyməti olmayan silah istehsalına sərf edir. Bu isə
zəngin resursları bəşəriyyətin ehtiyacını ödəməyə yönəltməyə imkan vermir.
Hər bir ölkənin silahlı qüvvələrinin fəaliyyəti müxtəlif silah növlərini sınaqdan keçirdikdə həmçinin
köhnəlmiş silahları və döyüş sursatlarını məhv etdikdə torpaqdan, akvatoriyadan, hava boşluğundan istifadə
edərkən ekoloji problemlər yaranır.
Hərbi sənaye kompleksi (HSK) müəssisələrinin tullantıları ilə biosfer elementlərinin çirklənməsi problemi ilə
yanaşı, radioaktiv tullantıların (RAT) basdırılması və utilləşdirilməsi də həll olunmamış problem kimi qalır.
HSK-ya malik olan inkişaf etmiş ölkələr RAT-ı saxlamaq üçün inkişaf etməkdə olan ölkələrə ötürməyə və ya
Dünya okeanının yaşayış olmayan adalarında dənizin dibində basdırmağa çalışır. Məsələn, «Yeni Torpağın»
yanında 11 mindən artıq RAT konteyneri, 15 qəzaya uğramış reaktorlar və «Lenin» buzqıranı basdırılmışdır. Bu
zaman mütləq təhlükəsizliyə nail olunmur, belə ki, konteynerlərin materialı korroziyaya uğrayır: metal
konteynerlər 10 ildən sonra, beton konteynerlər isə 30 il ərzində dağılır.
Nüvə silahlarının sınaqdan keçirilməsi nəticəsində ətraf mühit radioaktiv maddələrlə (xüsusən sezium – 137
və stronsium -90) çirklənəcək və orta temperatur dəfələrlə aşağı düşəcəkdir. Bu zaman kənd təsərrüfatının əsas
ekosistemləri qlobal ekoloji fəlakətə məruz qalacaqdır.
Atom bombası atıldıqda müəyyən iqlim dəyişkənliklərilə bərabər yanğın və radioaktiv yağışlar nəticəsində
geniş miqyasda səhralaşma baş verəcək, enerji və rabitə sistemləri sıradan çıxacaq, atmosferin ozon qatının
qalınlığı azalacaq, su və hava zəhərli maddələrlə və qazlarla zəhərlənəcəkdir.
Nüvə müharibəsi nəticəsində təbii mühitin və cəmiyyətin sosial-iqtisadi strukturlarında qlobal dağılma baş
verəcək və müharibədən əvvəlki ilkin vəziyyətə qayıtmaq mümkün olmayacaqdır. Bu zaman radioaktiv
çirklənmə, kəskin ultrabənövşəyi şüalanma, aşağı temperatur, aclıq və digər mənfi faktorlar insanların məhvinə
səbəb olacaqdır. Bu nəticələr göstərir ki, qlobal nüvə müharibəsində qalib tərəf olmayacaq və müharibənin
faciəli nəticələrindən kənarda qalan olmayacaqdır.
403
Müasir şəraitdə silahsızlaşma problemi ilə sosial-iqtisadi inkişaf arasında sıxı əlaqə vardır. Bütün xalqların
həyatı marağı silah istehsalını dayandırmağı, hazırda hərbi məqsədlər üçün istifadə edilən böyük resurslardan
dinc yaşayış ehtiyaclarını, bütün ölkələrin sosial-iqtisadi inkişafını, ətraf mühitin mühafizəsini tələb edir.
Mütəxəssislərin fikrincə bu halda dünyada təsərrüfatın inkişafı əlavə olaraq 1-2 % yüksələr.
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Fransa, Çin və Böyük Britaniya) özlərinin hərbi
xərclərini 10% azaldarsa digər problemləri də həll etmək olar. Mütəxəssislərin hesablamalarına əsasən 100
mlrd. dollara 100 mln əhalini təmin etmək üçün 20 mln. mənzil və ya 6 mln çarpayılıq yeri olan 100 min
xəstəxana tikmək olar. 1,2 mlrd. əhalisi olan Asiya, Afrika və Latın Amerikası əhalisini içməli su ilə təmin
etmək üçün 3 mlrd. dollar lazımdır.Bütün dünyada malyariyanın qarşısını almaq proqramını yerinə yetirmək
üçün isə cəmi 450 mln. dollar tələb olunur.
Lakin dünyada toplanan çoxlu miqdarda silahları mərhələli yox etmək üçün həm uzun dövr lazımdır, həm də
olduqca çoxlu pul vəsaitləri tələb olunur. Dövlətlərin rəhbərləri bir çox beynəlxalq müqavilələr bağlayaraq nüvə
silahlarını sınaqdan keçirməyi və ondan istifadəni məhdudlaşdırmaq üzrə razılaşmalar əldə etmişlər. Bu
müqavilələrdə nüvə silahlarını atmosferdə, kosmosda və su altında sınaqdan keçirilməsini və yayılmasını
qadağan etmək, strateji – hücum silahlarını azaltmaq, orta və yaxın məsafəli və digər raket silahlarını azaltmaq
və məhv etmək məsələləri irəli sürülür.
20.7. Dünya əhalisinin sağlamlıq problemləri
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığa belə tərif verir: «Sağlamlıq xəstəlik və fiziki defektlərin
olmaması ilə yanaşı həm də tam fiziki, ruhi və sosial xoşbəxtlik deməkdir». Vətəndaşların sağlamlığı milli
və dünyəvi varlıqdır.
ÜST qeyd edir ki, əhalinin sağlamlığı 50% həyat tərzindən, 20%- genetik amildən, 10% - səhiyyə təşkilatla-
rının işindən və 20%- ətraf mühitin vəziyyətindən asılıdır.
Sağlamlıq probleminin qlobal xarakter daşıması digər problemlərdən əvvəl yaranmışdır. Ticarətin coşqun inki-
şaf etdiyi və böyük coğrafi ixtiralar (kəşflər) dövründə dünyada bir çox epidemiyalar və pendemiyalar yayılmış, la-
kin onlara qarşı milli mübarizə tədbirləri kifayət qədər olmamışdır. Bu zaman bütün bəşəriyyətin sağlamlığını qo-
rumaq üçün səy tələb olunurdu. XIX əsrin ikinci yarısında L.Paster vaksinin köməyi ilə yoluxucu xəstəliklərə tu-
tulmamaq qabiliyyətini yaratmaq prinsipini əsaslandırdı və İ.İ.Meçnikovun ilk immunitet nəzəriyyəsi meydana
gəldi. Bu elmi kəşflər qara çiçək, vəba, taun, tetanus, titrətmə –qızdırma kimi bir çox qorxulu yoluxucu xəstəliklə-
rin qarşısını almağa imkan yaratdı. Lakin hələ indiyə qədər bəzi xəstəliklərə, məsələn, malyariya, qrip, zöhrəvi
xəstəliklərə qarşı effektiv vaksinlər yaratmağa müvəffəq olunmamışdır.
Statistika məlumatına əsasən XX əsrdə bir çox yeni xəstəliklər – onkoloji, SPİD, infeksion meningita, alko-
qolizm, narkomaniya və s. peyda olmuşdur. Həm də xəstəliklər xüsusən onsuz da ölüm hadisəsi (o cümlədən
uşaq ölümü) daha çox baş verən inkişaf etməkdə olan ölkələrdə geniş yayılmışdır.
Mütəxəssislərə görə dünyada yüz milyonlarla adamın vəziyyəti yaxşı deyildir. İnkişaf etmiş və inkişaf etməkdə
olan ölkələrdə səhiyyənin səviyyəsində böyük uyğunsuzluq vardır. Belə ki, Efiopiyada yaşayış həddi 45 yaş, Ya-
poniyada isə 80 yaş gözlənilir. Cavan yaşlarında Hindistanda ölüm min adama 80, İsveçdə isə 4 adam düşür. Bu
ölkələrdə ixtisaslaşmış həkimlər və səhiyyənin vəsaitlə (pulla) təmin olunmasında da böyük fərq mövcuddur.
Şəkil. 20.6. Sağlamlığa təsir göstərən amillər
Тибби
хидмят
404
Belə ki, inkişaf etmiş ölkələrdə 520 adama 1 həkim düşür, səhiyyəyə ümumi milli məhsulun (ÜMM) 80 %-i,
inkişaf etməkdə olan ölkələrdə isə 17 min adama 1 həkim, səhiyyəyə ÜMM-nin cəmi 1 %-i yönəldilir.
Bir çox alimlər dünyada sağlamlığın böhran həddinə çatmasını göstərir. Bu əsasən inkişaf etməkdə olan ölkələrə
aiddir. Bunun səbəbi qidanın çatışmamasilə əlaqədar əhalinin çox hissəsində xəstəliklər və vaxtsız ölüm hadisəsi,
çirklənmiş su, sağlamlıq adekvat xidmətinin olmaması; inkişaf etmiş ölkələrdə xərcəng (onkoloji xəstəliklərin 80%-i
ətraf təbii mühitin vəziyyətindən asılıdır), ürək-damar, respirator və allergiya xəstəliklərinin artması müşahidə olunur.
İnkişaf etmiş ölkələrdə xəstəliklərin strukturunda birinci yeri əsasən qeyri infeksion, inkişaf etməkdə olan ölkələrdə isə
infeksion xəstəliklər tutur.
Dünyada sağlamlığın böhranının əsas aspektləri demoqrafik, sosial-iqtisadi, tibbi və fərdi əhval – ruhiyyə
hesab olunur.
Demoqrafik aspekt
1995-ci ildə dünyanın əhalisi 5.6 milyard təşkil etmişdir, onun 77% -i inkişaf etməkdə olan, 23%-i isə inkişaf
etmiş ölkələrdə yaşayır. 90-cı illərdə dünya əhalisinin orta yaşı 62 il (inkişaf etmiş ölkələrdə - 73 il, inkişaf
etməkdə olan ölkələrdə – 60 il) olmuşdur. Bu göstərici ayrı-ayrı rayonlarda müxtəlif olmuşdur. Məsələn,
Avropanın bütün ölkələrində orta yaş 60-dan yuxarı, Afrikanın 44 ölkəsində – 48 yaş, Cənubi – Şərqi Asiyada
və Aralıq dənizinin şərq ölkələrində isə 60 yaşdan aşağıdır.
İnkişaf etməkdə olan ölkələrdə insanların ömrü sürətlə artmaqdadır. Məsələn, 1989-cu ildən sonra insan
ömrünün uzunluğu 29 %, inkişaf etmiş ölkələrdə isə 8,6 % artmışdır.
Dostları ilə paylaş: |