Turist qəbulu üzrə aparıcı dünya ölkələri
Ölkələr
Beynəlxalq turist
qəbulu (mln. nəfərlə)
1991/19
98
nisbəti
Dünya
turist
bazasında
payı 1999
(faizlə)
1998 1999
2000
1
Fransa
70
73
74,5
11,1
2
İspaniya 47,7
52
53,6
7,9
3 ABŞ 46,4
48,5
52,7
7,4
4
İtaliya 34,8
36,1
41,2
5,5
5 Çin
25,1
27
31,2
4,1
6 Böyük
Britaniya
25,7
25,7
24,9
3,9
7 Meksika
19,8
20,2
20,0
3
8 Kanada
18,8
19,6
20,4
2,9
9 Polşa 18,8
17,9
18,2
2,7
10 Avstriya
17,4
17,6
17,8
2,7
11 Almaniya
16,5
17,1
18,9
2,6
12 Rusiya
15,8
16,4
22,8
2,5
13 Çexiya
16,3
16
2,4
14 Macarıstan 15,0
12,9 15,6 2
15 Portuqaliya
11,3
11,6
-
1,8
ASR bazasında rekreasiya axınını cəlb edən əsas ölkə Yaponiyadır. Ötən əsrin 90-cı illərində ASR
ölkələrindən xaricə səfərlərlə əlaqədar turizmin daha yüksək sürəti Koreya Respublikasında və Tayvanda
müşahidə edilmişdir. ASR-a turist göndərən regiondan kənar ölkələr ABŞ, Böyük Britaniya, Almaniya, Fransa,
Hindistan və İtaliyadır.
Afrika regionu beynəlxalq turizm baxımından hələlik zəif mənimsənilmiş rayonlardandır. Belə vəziyyət ilk
növbədə bu qitənin əksər ölkələrində sosial-iqtisadi inkişafın aşağı səviyyəsi, turizm infrastrukturunun zəif
olması, siyasi sabitliyin olmaması ilə izah edilir.
Afrikaya gələn turistlərin 88 və valyuta mədaxilinin 90 faizi üç subregionun – Şimali, Cənubi və Şərqi
Afrikanın payına düşür. O da qeyd olunmalıdır ki, yalnız bir neçə ölkə (CAR, Tunis, Mərakeş, Zimbabve, Ke-
niya, Botsvana, Tanzaniya) rekreasiya sahəsinin genişlənməsinə diqqət yetirir və beynəlxalq standartlara cavab
verən keyfiyyətli turist xidməti kompleksinə malikdir.
Afrikaya turist göndərən əsas xarici ölkələr – Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, ABŞ və İsveçrədir.
Qeyd etmək lazımdır ki, CAR – ölkədən çıxış turizminin formalaşdığı yeganə Afrika ölkəsidir.
Yaxın Şərq - regionda turizm sahəsinin inkişafı qeyri-sabit və sıçrayışlıdır. Səbəbi isə siyasi vəziyyətin
gərginliyi, turbiznesin dövlətlər tərəfindən lazımi səviyyədə müdafiə edilməməsi, bir sıra ölkələrdə əcnəbi
turistlərin təhlükəsizliyinin təşkil olmamasıdır. Regionda dünyəvi dinlərin (iudaizmin, xristianlıq və islam)
mərkəzlərinin yerləşməsi ilə əlaqədar beynəlxalq dini turizm də ziyarət mərkəzi kimi mühüm rol oynayır.
Yaxın Şərqin dünya turizmindəki payı, turist qəbulu üzrə – 15,3 mln. nəfər (2,35 faiz) təşkil edir.
Beynəlxalq turizmdən əldə olunan gəlir üzrə isə 2,2 faizdir. Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı re-
gionda nisbətən inkişaf etmiş rekreasiya sahəsinə malikdirlər. Bu regiona turist göndərən əsas xarici bazarlar –
Avropa (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya), ABŞ və Yaponiyadır.
Cənubi Asiyanın demoqrafik potensialını (əhalisi 1,3 mlrd.) nəzərə alsaq, müasir dövrün qlobal turizmində
bu regionun rolu çox cüzidir. 1998-ci ildə bu regiona gələn turistlərin qeydiyyat üzrə sayı 5,2 mln. nəfər (dünya
üzrə 0,8 faiz) valyuta mədaxili isə 4,4 mlrd. dollar (dünya üzrə 1%) olmuşdur. O da maraqlıdır ki, turist axınının
2/3 hissəsi ancaq bir ölkənin – Hindistanın payına düşür. Region ölkələrində turbiznesin muasir, yüksək gəlirli
fəaliyyət sahəsinə çevrilməsi, təxirəsalınmaz vəzifə olaraq qalır. Turizm rekreasiya sahəsinin səviyyəsini
müəyyənləşdirən amillər arasında sosial-iqtisadi amillər aparıcı rol oynayır. Dünya təcrübəsi göstərir ki, turizm
sənayesinin inkişafı üçün əlverişli iqtisadi mühit ancaq bazardır.
Ümid etmək olar ki, MDB ölkələrində, o cümlədən, Azərbaycanda azad sahibkarlıq üçün zəruri iqtisadi və
hüquqi zəmin yaradılması, mehmanxana təsərrüfatı, ictimai iaşə, nəqliyyat infrastrukturu, turizm agentlikləri və
turizm sənayesinin digər həlqələrinin xidmətləri üzrə zəruri tələbatın ödənilməsi, bu sahədə işgüzar
yüksəlməsinə səbəb ola bilər.
378
19.1. Azərbaycanda turizmin vəziyyəti
Azərbaycan Respublikası beynəlxalq turizmin inikşafı üçün böyük potensiala malikdir. Ölkəmizin zəngin
təbii coğrafi, iqlim şəraiti, nadir tarixi memarlıq abidələri, bol günəşli günləri, mavi Xəzərin narın qumlu
çimərlikləri, uca dağlar, qədim arxeoloji abidələr, müxtəlif muzeylər, gözəl meşələr, çeşmələr və s. turizmin
inkişaf etdirilməsinə şərait yaradır.
Təəssüf ki, bu nadir zənginliklərin böyük hissəsindən istifadə olunmur. Son zamanlar Yalama-Xudat
dənizkənarı ərazidən tədricən, hissə-hissə istifadə edilir, yeni-yeni xüsusi otellər, pansionatlar tikilir.
Son 2-3 il ərzində respublikamızda xarici turizm canlanmağa başlayır. Bakı şəhərində keçirilən beynəlxalq
sərgilər, konfranslar, konqreslər, simpoziumlar beynəlxalq turizmə müsbət təsir göstərir. Xarici turistlərin yaxşı
istirahəti üçün Şıxov kompleksində, Mərdəkan pansionatında bütün şəraitlər yaradılmışdır. Zaqulbada «Gənclik
mərkəzi» 2000 turistin eyni vaxtda istirahətini təşkil edə bilər. Hazırda Qubada (Afurcada), Şamaxıda (Pirqulu),
Şəkidə (Marxal), Zaqatalada, Qaxda, İsmayıllının Lahıc kəndində xarici qonaqların qəbulu üçün mərkəzlər, pan-
sionatlar yaradılır. Azərbaycanın ayrı-ayrı bölgələri turizm baxımından özünəməxsus təbii şəraiti, gözəllikləri
ilə seçilir. A.İ. Əhmədov, E.M. Hacıyev, Z.Ə.Zamanov (2000) və C.A.Məmmədov, H.B. Soltanova,
S.H.Rəhimov (2002) respublikamızın ərazisində 8 bölgə (subregion) ayırırlar. Onlar aşağıdakılardır. 1) Bakı-
Abşeron turizm bölgəsi; 2) Şirvan turizm bölgəsi; 3)Gəncə-Qazax turizm bölgəsi; 4) Şəki-Zaqatala turizm
bölgəsi; 5) Quba-Xaçmaz turizm bölgəsi; 6) Lənkəran-Astara turizm bölgəsi;
7) Qarabağ turizm bölgəsi; 8) Naxçıvan turizm bölgəsi. Müəlliflərin əsərlərində bu bölgələrin təbii-tarixi
zənginlikləri ətraflı şərh olunur.
Azərbaycan Respublikası öz gözəllikləri ilə tanınmış ölkə olsa da, turizmin tarixi 1920-ci illərdən başlayır.
Respublikada turizmin şöhrəti 1980-ci ildən başlayaraq genişlənir. 1985-1986-cı illərdə Naxçıvan, Gəncə,
Xankəndi, Sumqayıt, Mingəçevir şəhərlərində yaradılmış idman klublarının işi xeyli fəallaşır. 1987-ci ildə res-
publikada 1800-dən atıq turist bölməsi yaradılır. Həmin bölmələrdə 124 mindən artıq adam məşğul olurdu.
Yalnız 1987-ci ildə istirahət günü marşrutları ilə Respublika daxilində özfəaliyyət turizmi xətti ilə səfərlərdə 375
min adam iştirak etmişdir. (Məmmədov, Soltanova, Rəhimov, 2002).
1988-ci ildən sonra məlum hadisələrə görə respublikamızda turizmin fəaliyyəti xeyli zəifləyir.
Azərbaycan qədim mədəniyyət mərkəzidir. Ş.S.Fətullayev (1986) respublikamızın müxtəlif regionlarında
915 arxitektura əsərləri tədqiq etmiş və onların dövlət tərəfindən uçota alınaraq mühafizə olunmasını təklif
etmişdir. Bura özünün qiymətliliyi və gözəlliyi ilə seçilən turizm baxımından maraqlı XVIII-XIX-XX əsrin
əvvəllərində inşa olunmuş məscidlər, hamamlar, yaşayış binaları, karvansaralar, mehmanxanalar və s. daxildir.
Bundan başqa respublikamızda saysız-hesabsız təbiət arxeologiya abidələri aşkar edilmiş və dövlət tərəfindən
qorunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq
edilmiş, ölkəmizin ərazisində olan və dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix, mədəniyyət, memarlıq
abidələri əhəmiyyətinə görə dünya, ölkə və yerli dərəcələrə bölünür. Bunlardan 21-i dünya əhəmiyyətli
memarlıq, 44-ü isə arxeoloji abidələrdir. (Bax. Cədvəl 19.4)
Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda turizmin inkişafında müsbət irəliləyişlər baş verir. Avra-
siya nəqliyyat dəhlizində Bakının əlverişli mövqedə yerləşməsi, imzalanmış beynəlxalq neft müqavilələrini xa-
rici iş adamlarının son zamanlar respublikamıza axınının artmasına şərait yaratmışdır. Dünyanın onlarla iri
şirkətləri öz kommersiya və sənaye fəaliyyətlərini respublikamızın iqtisadiyyatında tətbiq etmək istəyir. Ölkədə
ictimai-siyasi vəziyyətin sabitləşməsi, investisiyaların artmasını stimullaşdırır. Bu investisiyalardan otellərin,
işgüzar mərkəzlərin, yaşayış binalarının, sosial-mədəni istiqamətli və turizm obyektlərinin tikintisinə istifadə
olunur.
Xarici şirkətlərin köməkliyi ilə Bakıda yenidən qurulan ilk obyektlərdən biri «Naxçıvan» mehmanxanası
olmuşdur. Türkiyə firması «Remko-Əmlakın» və ABŞ firması «Hyatt İnterneşnl» investisiyaları hesabına
«Naxçıvan» mehmanxanası modernləşdirilərək «Naxçıvan-Hyatt Recensi» beş ulduzlu otelinə çevrildi.
Türkiyənin «Ferko» firmasının köməyi ilə yüksək dərəcəli «Qrand otel Avropa» mehmanxanası tikilib
istifadəyə verilmişdir. Bunlardan başqa Bakıda «Redisson SAS Plaza», «Park-Hyatt», «Kresent-Biç», «Qazis»,
«İrşad», «Old-Siti», «İçəri-şəhər» və digər otellər də tikilmişdir. Bu otellər təklif olunan xidmətin keyfiyyətinin
yüksək olması şərtilə xarici turistlərin qəbulu üçün nəzərdə tutulmuşdur.
Əylənmək və «bəh-bəhlə» istirahət etmək istəyənlər üçün təmtəraqlı Bakı Əyləncə Mərkəzi tikilmişdir. Bu-
rada böyük üzgüçülük hovuzu (şəlalə, cakazi, sürətli sualtı axını var), respublikada yeganə boulinq-klub
(avadanlıq «AME» ingilis şirkəti tərəfindən istehsal edilmişdir), trenajor zalı, mağazalar (dünyanın məşhur
firmalarının malları satılır), sauna, türk hamamı, restoran, kafe və barlar fəaliyyət göstərir. (Məmmədov, Solta-
nova, Rəhimov, 2002).
2001-ci il sentyabrın 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turist
Təşkilatının XIV Baş Assambleyasında Azərbayxan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. Bu,
respublikamıza turizm üzrə tövsiyyələr və praktiki kömək edilməsinə imkan yaradacaqdır. 2001-ci ildə
«Azərbaycan Reviyw» jurnalı ilə «Turizm yenilikləri» qəzeti nəfis şəkildə nəşr edilməyə başlanıldı. Həmin ilin
379
dekabrında Bakıda turizmin qarşısında duran problemləri araşdıran I Ümumrespublika konfransı keçirilmişdir.
Bütün bunlar respublikamızda turizmin inkişafına təkan verə biləcək amillərdəndir.
380
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2 avqust 2001-ci il tarixli
132 saylı qərarı ilə təsdiq edilmişdir.
III.3 Dünya əhəmiyyətli daşınmaz tarix və
mədəniyyət abidələrinin siyahısı
Cədvəl 19.4.
Memarlıq abidələri
Abid
ənin in
ve
ntar
№
si
Abidənin adı
Tarixi
Yerləşdiyi
ünvan
1 2
3 4
1. «Atəşgah» məbəd kompleksi XVIII əsr Bakı şəhəri,
Suraxanı rayonu
2.
«İçəri-şəhər» memarlıq –
şəhərsalma kompleksi
VI-XIX əsrlər Bakı
şəhəri,Səbail
rayonu
2.1 Məhəmməd məscidi 1078-1079-cu
illər
M.Mansur
küçəsi, 42
2.2 Qız qalası VI-XII
əsrlər A.
Zeynallı
küçəsi
3.
Şirvanşahlar sarayı
kompleksi
XIII-XV əsrlər Bakı, Qala
döngəsi 76
3.1 Şirvanşahlar yaşayış binası XV
əsr
3.2 Divanxana
XV
əsr
3.3 Şah məscidi 1441-1442-ci
illər
3.4 Seyid
Yəhya Bakuvinin
türbəsi
XV əsr
3.5 Şirvanşahların türbəsi
1435-1436-ci
illər
3.6 Murad
darvazası 1585-ci
il
3.7 Hamam
XV
əsr
3.8 Key
Qubad
məscidinin
qalıqları
XV əsr
4
Xəzəryanı müdafiə qurğuları.
Qalalar, karvansaralar və
ovdanlar kompleksi
İlk orta əsrlər
– XVIII əsr
Xəzər dənizinin
qərb sahili
4.1 Böyük
Mərdəkan qəsri XIII-XIV
əsrlər
Mərdəkan
qəsəbəsi
4.2 Kiçik
Mərdəkan qəsri XII-XIV
əsrlər Mərdəkan
qəsəbəsi
4.3 Ramana
qəsri XII-XIV
əsrlər Ramana
qəsəbəsi
4.4 Nardaran
qəsri XIV
əsr Nardaran
kəndi
4.5 Bayıl qəsri 1234-1235-ci
illər
Bakı buxtası
1 2
3 4
4.6 Beşbarmaq səddi Orta
əsrlər Dəvəçi rayonu
4.7 Çıraqqala V-VI
əsrlər Dəvəçi rayonu
5
Qulu Musa oğlu türbəsi 1314-cü
il Ağdam rayonu,
Xaçın Türbətli
381
kəndi
6. «Allah-Allah»
türbəsi və
Nüşabə qalası
1322-ci il
Bərdə şəhəri
7. Sınıq-körpü II
əsr Qazax
rayonu
8. Məbəd V
əsr Qax
rayonu,
Ləkit kəndi
9 Xınalıq kəndi XVII-XIX
əsrlər
Quba rayonu,
Xınalıq kəndi
10. Gəncəsər monastrı 1238-ci
il
Kəlbəcər
rayonu, Vəngli
kəndi
11. Xudavənd monastrı XIII-XVII
əsrlər
Kəlbəcər
rayonu, Tərtər
çayının
sahilində
12. 11
tağlı Xudafərin körpüsü
XI-XII əsrlər Cəbrayıl rayonu
13. 15
tağlı Xudafərin körpüsü
XIII əsr Cəbrayıl rayonu
14. Lahıc Dövlət Tarix-
Mədəniyyət Qoruğu
XV-XIX əsrlər İsmayıllı
rayonu, Lahıc
qəsəbəsi
15. Yusif Küseyir oğlu türbəsi 1161-1162-ci
illər
Naxçıvan şəhəri
16. Möminə Xatun türbəsi 1186-1187-ci
illər
Naxçıvan şəhəri
17. Qarabağlar Tarix Memarlıq
Kompleksi
XII-XIV əsrlər Şərur rayonu,
Qarabağlar
kəndi
18. Gülüstan
türbəsi XIII
əsr Culfa
rayonu,
Cuğa kəndi
19. Ordubad
Tarix-Mədəniyyət
QoruğuXV-XIX
XV-XIX əsrlər Ordubad
şəhəri
20. «Yuxarı Baş» Tarix-
Memarlıq Qoruğu və Şəki
Xan sarayı
XVIII-XIX
əsrlər
Şəki şəhəri
21. Şuşa Tarix-Memarlıq Qoruğu XVIII-XIX
əsrlər
Şuşa şəhəri
Arxeoloji abidələr
Abi-
dənin
inven-
tar
№si
Abidənin adı Tarixi
Yerləşdiyi ünvan
1 2
3 4
22 Azıx mağara düşərgəsi
Paleolit dövrü
Füzuli rayonu
23 Tağlar mağara düşərgəsi Paleolit dövrü
Füzuli rayonu
24 Damcılı mağara
düşərgəsi
Paleolit dövrü
Qazax rayonu,
Daşsalahlı kəndi
25 Qazma
mağara
düşərgəsi
Paleolit dövrü
Şərur rayonu,
Tənənəm kəndi
26 Qobustan
Dövlət Tarix-
Bədii Qoruğu
Mezolit-orta
əsrlər
Bakı şəhəri
Qaradağ rayonu
27
Əliköməktəpə yaşayış
yeri
Eneolit dövrü
Cəlilabad rayonu
28 Çalağantəpə yaşayış yeri Eneolit dövrü
Ağdam rayonu,
Əfətli kəndi
382
29 Leylantəpə yaşayış yeri
Eneolit dövrü
Ağdam rayonu
Kuzanlı kəndi
30 Töyrətəpə yaşayış yeri
Neolit-tunc
dövrü
Ağstafa rayonu,
Aşağı-Göycəli
kəndi
31 Mişarçay yaşayış yeri
Eneolit-ilk
Dəmir dövrü
Cəlilabad
şəhərinin
cənubunda
32 Baba
dərviş yaşayış yeri
(3 abidə)
tunc dövrü
Qazax rayonu,
Dəmirçilər kəndi
33 I
Kültəpə yaşayış yeri
Eneolit-tunc
dövrü
Babək rayonu,
Kültəpə kəndi
34 II
Kültəpə yaşayış yeri
tunc dövrü
Babək rayonu,
Aşağı-Uzunoba
kəndi
35 Sərkərtəpə yaşayış yeri
tunc dövrü
Xaçmaz rayonu,
Sərgər təpə
36 Üzərliktəpə yaşayış yeri tunc dövrü
Ağdam şəhəri
37 Kültəpə yaşayış yeri ;
Qarabulaq nekropolu; II
Maxta yaşayış yeri
tunc dövrü
Şərur rayonu,
Maxta kəndi
38 Gəmiqaya, qayaüstü
təsvirlər
tunc dövrü
Ordubad rayonu
39 Sarıca Minbərək
nekropolu, Minbərək
yaşayış yeri və
kurqanlar
tunc dövrü;
eneolit dəmir
dövrü
Qax rayonu
Minbərək düzü
40 Qədim Naxçıavan şəhə-
rinin xarabalıqları (9
abidə)
E.ə.II minillik-
orta əsrlər
Naxçıvan şəhəri
1 2
3 4
41 Borsunlu
kurqanları (2
ədəd)
Tunc və ilk
dəmir dövrü
Tərtər rayonu,
Borsunlu kəndi
42 Məbəd Son
tunc-ilk
dəmir dövrü
Xanlar rayonu,
Zazalı kəndinin
qərbində
43 Xocalı kurqanları Tunc-ilku
dəmir dövrü
Xocalı rayonu
44 I
Şaxtaxtı məbədi,
II Şaxtaxtı məbədi
E.ə. III-I
minilliklər
Şərur rayonu,
Şaxtaxtı kəndi
45 Oğlanqala yaşayış yeri
Tunc dövrü-ilk
dəmir dövrü
Şərur rayonu,
Oğlanqala kəndi
46 Qədim yaşayış yeri və
qəbirstanlıq (Çoban
daşı)
Tunc-ilk dəmir
dövrü
Ağstafa rayonu,
Dağ Kəsəmən K.
47
Böyük Qalaça
Tunc-ilk dəmir
dövrü
Gədəbəy rayonu
Söyüdlü kəndi
48 Niftalı kurqanları tunc
dövrü
Cəbrayıl rayonu,
Xubyarlı kəndi
49 Qızılburun yaşayış yeri,
I-II Qızılıbulaq
məbədləri
tunc dövrü
Babək rayonu
50 Çalxanqala
qalası,
Çalxanqala kurqanları
tunc dövrü
Babək rayonu
Çalxanqala kəndi
51 Xoşbulaq kurqanları Son
tunc-ilk
dəmir dövrü
Daşkəsən rayonu,
Xoşbulaq kəndi
52 Xarabagilan
şəhərinin
qalıqları
Son tunc-ilk
dəmir dövrü
Ordubad rayonu,
Yuxarı Aza kəndi
383
53 Kiş yaşayış yeri,
Kiş məbədi
Antik dövr-
orta əsrlər
Şəki rayonu, Kiş
kəndi
54 Qədim Qəbələ şəhəri,
Səlbir qala
Antik dövr-
orta əsrlər
Qəbələ rayonu
55 Qədim Şamaxı şəhəri Antik
dövr-
orta əsrlər
Şamaxı şəhəri
56 Qədim qəbirstanlıq,
məbəd və yaşayış yeri
Antik dövr
Ağsu rayonu,
Nüydü kəndi
57 Çanaxır təpələri Antik
dövr-
orta əsrlər
Xaçmaz rayonu,
Çanaxı kəndi
58 Babatəpə yaşayış yeri
Antik dövr
Şərur rayonu,
Yurdçu kəndi
59 Köhnə Gəncə Orta
əsrlər Gəncə şəhəri
yaxınlığında
60 Beyləqan yaşayış yeri
(Örənqala)
Orta əsrlər Beyləqan rayonu,
Kəbirli kəndinin
cənubunda
61 Köhnə Bərdə Orta
əsrlər Bərdə rayonu
62 Qədim Şəmkir şəhəri Orta
əsrlər
Şəmkir şəhərinin
yaxınlığında
63
Şabran
Orta əsrlər Dəvəçi rayonu,
Şahnəzərli kəndi
64
Əlincə qalası VII-XII
əsrlər Culfa
rayonu,
Xanəgah kəndi
65 Gilgilçay
istehkamları
kompleksi
Orta əsrlər Dəvəçi rayonu,
Gilgilçay çayının
sahilində
19.2. Azərbaycanda beynəlxalq turizmin vəziyyəti
Azərbaycanda beynəlxalq turizmin statistikası üzrə dəqiq məlumatların olmaması turizm sahəsində mövcud
vəziyyəti təhlil etməyi çətinləşdirir.
C.A.Məmmədov, H.B.Soltanova, S.H.Rəhimovun (2002) müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara görə
1997-ci ildən etibarən Azərbaycana gələn xarici turistlərin sayı artmağa başlamışdır. Belə ki, əgər 1996-cı ildə
respublikamıza gələn turistlərin sayı 90 min nəfər idisə, 1997-ci ildə 306, 2000-ci ildə 681 min nəfərə çatmışdır.
Qeyd edək ki, Azərbaycana gələn turistlərin böyük əksəriyyətini MDB ölkələrindən gələnlər təşkil edir. (Cədvəl
19.5) Cədvəldən göründüyü kimi 1997-ci ildə MDB ölkələrindən respublikamıza gələnlərin sayı 132 min nəfər
olmuşsa, 2000-ci ildə bu rəqəm 2,6 dəfə artaraq 346,5 min nəfərə çatmışdır.MDB ölkələrindən gələnlərin əksə-
riyyətini Rusiya, Ukrayna, Orta Asiya respublikaları və Gürcüstanda yaşayan azərbaycanlılar təşkil edir.
Ölkəmizə gələn xarici qonaqlar içərisində ikinci yeri tutan İran İslam Respublikası vətəndaşlarına məxsus-
dur. Əgər 1997-ci ildə İrandan Azərbaycana 103,7 min nəfər qonaq gəlmişsə, 2000-ci ildə onların sayı 2,3 dəfə
artaraq 242,3 min nəfərə çatmışdır. İrandan Azərbaycana gələnlərin əksəriyyətini sərhədyanı ticarət məqsədilə
gələnlər təşkil edir.
İranla müqayisədə Türkiyədən Azərbaycana gələn turistlərin sayı azdır və azalmağa doğru gedir. Belə ki,
əgər 1997-ci ildə Türkiyədən Azərbaycana 28,7 min nəfər qonaq gəlmişdirsə, 2000-ci ildə bu rəqəm 2,3 dəfəyə
qədər azalaraq 12,7 min nəfər olmuşdur. Avropa ölkələrindən, həmçinin ABŞ, Kanada və İsraildən respublika-
mıza gələnlərin sayı 1997-ci ildən azalmağa başlamışdır.
Azərbaycana gələn turistlərin sayı 1997-ci ildən bəri dinamik surətdə artsa da, onlara göstərilən xidmətlərin
azalması müşahidə olunur. Əgər 1997-ci ildə gəlmə turizmindən daxil olmalar 162, 2000-ci ildə bu rəqəm 2,6
dəfəyə yaxın azalaraq 63 mln. ABŞ dolları həcmində olmuşdur.
19.6 saylı cədvəldən göründüyü kimi Azərbaycana sırf turizm məqsədilə (turizm firmalarının xətti ilə) gələn-
lərin sayı o qədər də çox deyil. Belə ki, 1997-ci ildə respublikamıza sırf turizm məqsədilə gələn qonaqların sayı
22507, 1999-cu ildə isə bu rəqəm təqribən 2 dəfə azalaraq 11365 nəfər olmuşdur. Bu vəziyyət Azərbaycandan
xarici ölkələrə gedənlərin sayında da özünü biruzə verir. (Cədvəl 19.5).
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2000-ci ildə ölkəmizdən xarici
dövlətlərə turist kimi gedənlərin çoxu MDB ölkələrinə, İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə üstünlük
vermişdir. (Məmmədov, Soltanova, Rəhimov, 2002). Müəlliflərin fikrincə, son illər Azərbaycandan xarici ölkə-
lərə səfər edənlərin sayının azalmasının əsas səbəbi turist xidmətlərinin qiyməti, əhalinin əksər hissəsinin gəlir-
ləri ilə uyğunlaşmamasıdır.
384
Cədvəl 19.5
Dostları ilə paylaş: |