MƏMMƏdov qəRİb xəLİlov mahmud


Turist qəbulu üzrə aparıcı dünya ölkələri



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə66/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   62   63   64   65   66   67   68   69   ...   75

Turist qəbulu üzrə aparıcı dünya ölkələri 

 

 Ölkələr  



Beynəlxalq turist 

qəbulu (mln. nəfərlə) 

 

 

 



1991/19

98 


nisbəti 

Dünya 


turist 

bazasında 

payı 1999 

(faizlə) 

1998 1999 

2000 


Fransa  


70 

73          

74,5 

11,1 


İspaniya 47,7 

52 

53,6 


7,9 

3 ABŞ 46,4 

48,5 

52,7 


7,4 

İtaliya 34,8 



36,1 

41,2 


5,5 

5 Çin 


25,1 

27 


31,2 

4,1 


6 Böyük 

Britaniya 

 25,7 

25,7 


24,9 

3,9 


7 Meksika 

19,8 


20,2 

20,0 


8 Kanada 

18,8 

19,6 


20,4 

2,9 


9 Polşa 18,8 

17,9 


18,2 

2,7 


10 Avstriya 

17,4 


17,6 

17,8 


2,7 

11 Almaniya 

16,5 

17,1 


18,9 

2,6 


12 Rusiya 

15,8 


16,4 

22,8 


2,5 

13 Çexiya 

16,3 

16 


 

2,4 


14 Macarıstan 15,0 

12,9 15,6 2 

15 Portuqaliya 

 

11,3 



11,6 

1,8 



 

ASR bazasında rekreasiya axınını  cəlb edən  əsas ölkə Yaponiyadır. Ötən  əsrin 90-cı illərində ASR 

ölkələrindən xaricə  səfərlərlə  əlaqədar turizmin daha yüksək sürəti Koreya Respublikasında və Tayvanda 

müşahidə edilmişdir. ASR-a turist göndərən regiondan kənar ölkələr ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, 

Hindistan və İtaliyadır. 

Afrika regionu beynəlxalq turizm baxımından hələlik zəif mənimsənilmiş rayonlardandır. Belə vəziyyət ilk 

növbədə bu qitənin  əksər ölkələrində sosial-iqtisadi inkişafın aşağı  səviyyəsi, turizm infrastrukturunun zəif 

olması, siyasi sabitliyin olmaması ilə izah edilir. 

Afrikaya gələn turistlərin 88 və valyuta mədaxilinin 90 faizi üç subregionun – Şimali, Cənubi və  Şərqi 

Afrikanın payına düşür. O da qeyd olunmalıdır ki, yalnız bir neçə ölkə (CAR, Tunis, Mərakeş, Zimbabve, Ke-

niya, Botsvana, Tanzaniya) rekreasiya sahəsinin genişlənməsinə diqqət yetirir və beynəlxalq standartlara cavab 

verən keyfiyyətli turist xidməti kompleksinə malikdir. 

Afrikaya turist göndərən əsas xarici ölkələr – Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, ABŞ və İsveçrədir. 

Qeyd etmək lazımdır ki, CAR – ölkədən çıxış turizminin formalaşdığı yeganə Afrika ölkəsidir.  

Yaxın  Şərq -  regionda turizm sahəsinin inkişafı qeyri-sabit və  sıçrayışlıdır. Səbəbi isə siyasi vəziyyətin 

gərginliyi, turbiznesin dövlətlər tərəfindən lazımi səviyyədə müdafiə edilməməsi, bir sıra ölkələrdə  əcnəbi 

turistlərin təhlükəsizliyinin təşkil olmamasıdır. Regionda dünyəvi dinlərin (iudaizmin, xristianlıq və islam) 

mərkəzlərinin yerləşməsi ilə əlaqədar beynəlxalq dini turizm də ziyarət mərkəzi kimi mühüm rol oynayır. 



Yaxın  Şərqin dünya turizmindəki payı, turist qəbulu üzrə – 15,3 mln. nəfər (2,35 faiz) təşkil edir. 

Beynəlxalq turizmdən əldə olunan gəlir üzrə isə 2,2 faizdir. Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı re-

gionda nisbətən inkişaf etmiş rekreasiya sahəsinə malikdirlər. Bu regiona turist göndərən əsas xarici bazarlar – 

Avropa (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya), ABŞ və Yaponiyadır. 

Cənubi Asiyanın demoqrafik potensialını (əhalisi 1,3 mlrd.) nəzərə alsaq, müasir dövrün qlobal turizmində 

bu regionun rolu çox cüzidir. 1998-ci ildə bu regiona gələn turistlərin qeydiyyat üzrə sayı 5,2 mln. nəfər (dünya 

üzrə 0,8 faiz) valyuta mədaxili isə 4,4 mlrd. dollar (dünya üzrə 1%) olmuşdur. O da maraqlıdır ki, turist axınının 

2/3 hissəsi ancaq bir ölkənin – Hindistanın payına düşür. Region ölkələrində turbiznesin muasir, yüksək gəlirli 

fəaliyyət sahəsinə çevrilməsi, təxirəsalınmaz vəzifə olaraq qalır. Turizm rekreasiya sahəsinin səviyyəsini 

müəyyənləşdirən amillər arasında sosial-iqtisadi amillər aparıcı rol oynayır. Dünya təcrübəsi göstərir ki, turizm 

sənayesinin inkişafı üçün əlverişli iqtisadi mühit ancaq bazardır. 

Ümid etmək olar ki, MDB ölkələrində, o cümlədən, Azərbaycanda azad sahibkarlıq üçün zəruri iqtisadi və 

hüquqi zəmin yaradılması, mehmanxana təsərrüfatı, ictimai iaşə, nəqliyyat infrastrukturu, turizm agentlikləri və 

turizm sənayesinin digər həlqələrinin xidmətləri üzrə  zəruri tələbatın ödənilməsi, bu sahədə  işgüzar 

yüksəlməsinə səbəb ola bilər.  


 

378


 

19.1. Azərbaycanda turizmin vəziyyəti 

Azərbaycan Respublikası beynəlxalq turizmin inikşafı üçün böyük potensiala malikdir. Ölkəmizin zəngin 

təbii coğrafi, iqlim şəraiti, nadir tarixi memarlıq abidələri, bol günəşli günləri, mavi Xəzərin narın qumlu 

çimərlikləri, uca dağlar, qədim arxeoloji abidələr, müxtəlif muzeylər, gözəl meşələr, çeşmələr və s. turizmin 

inkişaf etdirilməsinə şərait yaradır. 

Təəssüf ki, bu nadir zənginliklərin böyük hissəsindən istifadə olunmur. Son zamanlar Yalama-Xudat 

dənizkənarı ərazidən tədricən, hissə-hissə istifadə edilir, yeni-yeni xüsusi otellər, pansionatlar tikilir. 

Son 2-3 il ərzində respublikamızda xarici turizm canlanmağa başlayır. Bakı şəhərində keçirilən beynəlxalq 

sərgilər, konfranslar, konqreslər, simpoziumlar beynəlxalq turizmə müsbət təsir göstərir. Xarici turistlərin yaxşı 

istirahəti üçün Şıxov kompleksində, Mərdəkan pansionatında bütün şəraitlər yaradılmışdır. Zaqulbada «Gənclik 

mərkəzi» 2000 turistin eyni vaxtda istirahətini təşkil edə bilər. Hazırda Qubada (Afurcada), Şamaxıda (Pirqulu), 

Şəkidə (Marxal), Zaqatalada, Qaxda, İsmayıllının Lahıc kəndində xarici qonaqların qəbulu üçün mərkəzlər, pan-

sionatlar yaradılır. Azərbaycanın ayrı-ayrı bölgələri turizm baxımından özünəməxsus təbii  şəraiti, gözəllikləri 

ilə seçilir. A.İ.  Əhmədov, E.M. Hacıyev, Z.Ə.Zamanov (2000) və C.A.Məmmədov, H.B. Soltanova, 

S.H.Rəhimov (2002) respublikamızın  ərazisində 8 bölgə (subregion) ayırırlar. Onlar aşağıdakılardır. 1) Bakı-

Abşeron turizm bölgəsi; 2) Şirvan turizm bölgəsi; 3)Gəncə-Qazax turizm bölgəsi; 4) Şəki-Zaqatala turizm 

bölgəsi; 5) Quba-Xaçmaz turizm bölgəsi; 6) Lənkəran-Astara turizm bölgəsi;  

7) Qarabağ turizm bölgəsi; 8) Naxçıvan turizm bölgəsi. Müəlliflərin  əsərlərində bu bölgələrin təbii-tarixi 

zənginlikləri ətraflı şərh olunur. 

Azərbaycan Respublikası öz gözəllikləri ilə tanınmış ölkə olsa da, turizmin tarixi 1920-ci illərdən başlayır. 

Respublikada turizmin şöhrəti 1980-ci ildən başlayaraq genişlənir. 1985-1986-cı illərdə Naxçıvan, Gəncə, 

Xankəndi, Sumqayıt, Mingəçevir şəhərlərində yaradılmış idman klublarının işi xeyli fəallaşır. 1987-ci ildə res-

publikada 1800-dən atıq turist bölməsi yaradılır. Həmin bölmələrdə 124 mindən artıq adam məşğul olurdu. 

Yalnız 1987-ci ildə istirahət günü marşrutları ilə Respublika daxilində özfəaliyyət turizmi xətti ilə səfərlərdə 375 

min adam iştirak etmişdir. (Məmmədov, Soltanova, Rəhimov, 2002). 

1988-ci ildən sonra məlum hadisələrə görə respublikamızda turizmin fəaliyyəti xeyli zəifləyir. 

Azərbaycan qədim mədəniyyət mərkəzidir.  Ş.S.Fətullayev (1986) respublikamızın müxtəlif regionlarında 

915 arxitektura əsərləri tədqiq etmiş  və onların dövlət tərəfindən uçota alınaraq mühafizə olunmasını  təklif 

etmişdir. Bura özünün qiymətliliyi  və gözəlliyi ilə seçilən turizm baxımından maraqlı XVIII-XIX-XX əsrin 

əvvəllərində inşa olunmuş məscidlər, hamamlar, yaşayış binaları, karvansaralar, mehmanxanalar və s. daxildir. 

Bundan başqa respublikamızda saysız-hesabsız təbiət arxeologiya abidələri aşkar edilmiş  və dövlət tərəfindən 

qorunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı  qərarı ilə  təsdiq 

edilmiş, ölkəmizin ərazisində olan və dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix, mədəniyyət, memarlıq 

abidələri  əhəmiyyətinə görə dünya, ölkə  və yerli dərəcələrə bölünür. Bunlardan 21-i dünya əhəmiyyətli 

memarlıq, 44-ü isə arxeoloji abidələrdir. (Bax. Cədvəl 19.4) 

Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda turizmin inkişafında müsbət irəliləyişlər baş verir. Avra-

siya nəqliyyat dəhlizində Bakının əlverişli mövqedə yerləşməsi, imzalanmış beynəlxalq neft müqavilələrini xa-

rici iş adamlarının son zamanlar respublikamıza axınının artmasına  şərait yaratmışdır. Dünyanın onlarla iri 

şirkətləri öz kommersiya və sənaye fəaliyyətlərini respublikamızın iqtisadiyyatında tətbiq etmək istəyir. Ölkədə 

ictimai-siyasi vəziyyətin sabitləşməsi, investisiyaların artmasını stimullaşdırır. Bu investisiyalardan otellərin, 

işgüzar mərkəzlərin, yaşayış binalarının, sosial-mədəni istiqamətli və turizm obyektlərinin tikintisinə istifadə 

olunur. 


Xarici  şirkətlərin köməkliyi ilə Bakıda yenidən qurulan ilk obyektlərdən biri «Naxçıvan» mehmanxanası 

olmuşdur. Türkiyə firması «Remko-Əmlakın» və ABŞ firması «Hyatt İnterneşnl» investisiyaları hesabına 

«Naxçıvan» mehmanxanası modernləşdirilərək «Naxçıvan-Hyatt Recensi» beş ulduzlu otelinə çevrildi. 

Türkiyənin «Ferko» firmasının köməyi ilə yüksək dərəcəli «Qrand otel Avropa» mehmanxanası tikilib 

istifadəyə verilmişdir. Bunlardan başqa Bakıda «Redisson SAS Plaza», «Park-Hyatt», «Kresent-Biç», «Qazis», 

«İrşad», «Old-Siti», «İçəri-şəhər» və digər otellər də tikilmişdir. Bu otellər təklif olunan xidmətin keyfiyyətinin 

yüksək olması şərtilə xarici turistlərin qəbulu üçün nəzərdə tutulmuşdur. 

Əylənmək və «bəh-bəhlə» istirahət etmək istəyənlər üçün təmtəraqlı Bakı Əyləncə Mərkəzi tikilmişdir. Bu-

rada böyük üzgüçülük hovuzu (şəlalə, cakazi, sürətli sualtı axını var), respublikada yeganə boulinq-klub 

(avadanlıq «AME» ingilis şirkəti tərəfindən istehsal edilmişdir), trenajor zalı, mağazalar (dünyanın məşhur 

firmalarının malları satılır), sauna, türk hamamı, restoran, kafe və barlar fəaliyyət göstərir. (Məmmədov, Solta-

nova, Rəhimov, 2002). 

2001-ci il sentyabrın 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turist 

Təşkilatının XIV Baş Assambleyasında Azərbayxan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. Bu, 

respublikamıza turizm üzrə tövsiyyələr və praktiki kömək edilməsinə imkan yaradacaqdır. 2001-ci ildə 

«Azərbaycan Reviyw» jurnalı ilə «Turizm yenilikləri» qəzeti nəfis şəkildə nəşr edilməyə başlanıldı. Həmin ilin 



 

379


dekabrında Bakıda turizmin qarşısında duran problemləri araşdıran I Ümumrespublika konfransı keçirilmişdir. 

Bütün bunlar respublikamızda turizmin inkişafına təkan verə biləcək amillərdəndir. 



 

380


Azərbaycan Respublikası Nazirlər 

 Kabinetinin 2 avqust 2001-ci il tarixli  

132 saylı qərarı ilə təsdiq edilmişdir. 

 

III.3 Dünya əhəmiyyətli daşınmaz tarix və  



mədəniyyət abidələrinin siyahısı 

Cədvəl 19.4. 

Memarlıq abidələri 

 

Abid


ənin in

ve

ntar 



si

 

Abidənin adı 

Tarixi 

Yerləşdiyi 

ünvan 

1 2 


3 4 

1. «Atəşgah» məbəd kompleksi  XVIII əsr Bakı şəhəri, 

Suraxanı rayonu 

2.  


«İçəri-şəhər» memarlıq – 

şəhərsalma kompleksi 

VI-XIX əsrlər Bakı 

şəhəri,Səbail 

rayonu 

2.1 Məhəmməd məscidi 1078-1079-cu 



illər 

M.Mansur 

küçəsi, 42 

2.2 Qız qalası VI-XII 

əsrlər A. 

Zeynallı 

küçəsi 

3. 


Şirvanşahlar sarayı 

kompleksi 

XIII-XV əsrlər Bakı, Qala 

döngəsi 76 

3.1  Şirvanşahlar yaşayış binası XV 

əsr  


3.2 Divanxana 

 

XV 



əsr  

3.3  Şah məscidi 1441-1442-ci 

illər  

 

3.4 Seyid 



Yəhya Bakuvinin 

türbəsi 


XV əsr  

3.5  Şirvanşahların türbəsi  

1435-1436-ci 

illər 


 

3.6 Murad 

darvazası 1585-ci 

il 


 

3.7 Hamam 

 

XV 


əsr  

3.8 Key 


Qubad 

məscidinin 

qalıqları 

XV əsr  


Xəzəryanı müdafiə qurğuları. 

Qalalar, karvansaralar və 

ovdanlar kompleksi 

İlk orta əsrlər 

– XVIII əsr 

Xəzər dənizinin 

qərb sahili 

4.1 Böyük 

Mərdəkan qəsri XIII-XIV 

əsrlər 

Mərdəkan 



qəsəbəsi 

4.2 Kiçik 

Mərdəkan qəsri XII-XIV 

əsrlər Mərdəkan 

qəsəbəsi 

4.3 Ramana 

qəsri XII-XIV 

əsrlər Ramana 

qəsəbəsi  

4.4 Nardaran 

qəsri XIV 

əsr Nardaran 

kəndi 

4.5 Bayıl qəsri 1234-1235-ci 



illər 

Bakı buxtası 

1 2 

3 4 


4.6 Beşbarmaq səddi Orta 

əsrlər Dəvəçi rayonu 

4.7 Çıraqqala V-VI 

əsrlər Dəvəçi rayonu 

Qulu Musa oğlu türbəsi 1314-cü 



il Ağdam rayonu, 

Xaçın Türbətli 



 

381


kəndi 

6. «Allah-Allah» 

türbəsi və 

Nüşabə qalası 

1322-ci il  

Bərdə şəhəri 

7. Sınıq-körpü II 

əsr Qazax 

rayonu 

8. Məbəd V 



əsr Qax 

rayonu, 


Ləkit kəndi 

9 Xınalıq kəndi XVII-XIX 

əsrlər 

Quba rayonu, 



Xınalıq kəndi 

10. Gəncəsər monastrı 1238-ci 

il 

Kəlbəcər 



rayonu, Vəngli 

kəndi 


11. Xudavənd monastrı XIII-XVII 

əsrlər 


Kəlbəcər 

rayonu, Tərtər 

çayının 

sahilində 

12. 11 

tağlı Xudafərin körpüsü 



XI-XII əsrlər Cəbrayıl rayonu 

13. 15 


tağlı Xudafərin körpüsü 

XIII əsr Cəbrayıl rayonu 

14. Lahıc Dövlət Tarix-

Mədəniyyət Qoruğu 

XV-XIX əsrlər  İsmayıllı 

rayonu, Lahıc 

qəsəbəsi 

15.  Yusif  Küseyir oğlu türbəsi 1161-1162-ci 

illər 

Naxçıvan şəhəri 



16. Möminə Xatun türbəsi 1186-1187-ci 

illər 


Naxçıvan şəhəri 

17. Qarabağlar Tarix Memarlıq 

Kompleksi 

XII-XIV əsrlər  Şərur rayonu, 

Qarabağlar 

kəndi 


18. Gülüstan 

türbəsi XIII 

əsr Culfa 

rayonu, 


Cuğa kəndi 

19. Ordubad 

Tarix-Mədəniyyət 

QoruğuXV-XIX 

XV-XIX əsrlər Ordubad 

şəhəri 


20. «Yuxarı Baş» Tarix-

Memarlıq Qoruğu və Şəki 

Xan sarayı 

XVIII-XIX 

əsrlər 

Şəki şəhəri 



21.  Şuşa Tarix-Memarlıq Qoruğu XVIII-XIX 

əsrlər 


Şuşa şəhəri 

 

Arxeoloji abidələr 



 

Abi-


dənin  

inven-


tar 

№si 


 

Abidənin adı Tarixi 

Yerləşdiyi ünvan 

1 2 


3  4 

22 Azıx mağara düşərgəsi 

Paleolit dövrü 

Füzuli rayonu 

23 Tağlar mağara düşərgəsi  Paleolit dövrü 

Füzuli rayonu 

24 Damcılı mağara 

düşərgəsi 

Paleolit dövrü 

Qazax rayonu, 

Daşsalahlı kəndi 

25 Qazma 

mağara 

düşərgəsi 



Paleolit dövrü 

Şərur rayonu, 

Tənənəm kəndi 

26 Qobustan 

Dövlət Tarix-

Bədii Qoruğu 

Mezolit-orta 

əsrlər 


Bakı şəhəri 

Qaradağ rayonu 

27 

Əliköməktəpə yaşayış 



yeri 

Eneolit dövrü 

Cəlilabad rayonu 

28 Çalağantəpə yaşayış yeri  Eneolit dövrü 

Ağdam rayonu, 

Əfətli kəndi 



 

382


29 Leylantəpə yaşayış yeri 

Eneolit dövrü 

Ağdam rayonu 

Kuzanlı kəndi 

30 Töyrətəpə yaşayış yeri 

Neolit-tunc 

dövrü 

Ağstafa rayonu, 



Aşağı-Göycəli 

kəndi 


31 Mişarçay yaşayış yeri 

Eneolit-ilk 

Dəmir dövrü 

Cəlilabad 

şəhərinin 

cənubunda 

32 Baba 

dərviş yaşayış yeri 

(3 abidə) 

tunc dövrü 

Qazax rayonu, 

Dəmirçilər kəndi 

33 I 

Kültəpə yaşayış yeri 



Eneolit-tunc 

dövrü 


Babək rayonu, 

Kültəpə kəndi 

34 II 

Kültəpə yaşayış yeri 



tunc dövrü 

Babək rayonu, 

Aşağı-Uzunoba 

kəndi 


35 Sərkərtəpə yaşayış yeri 

tunc dövrü 

Xaçmaz rayonu, 

Sərgər təpə 

36 Üzərliktəpə yaşayış yeri  tunc dövrü 

Ağdam şəhəri 

37 Kültəpə yaşayış yeri ; 

Qarabulaq nekropolu; II 

Maxta yaşayış yeri 

tunc dövrü 

Şərur rayonu, 

Maxta kəndi 

38 Gəmiqaya, qayaüstü 

təsvirlər 

tunc dövrü 

Ordubad rayonu 

39 Sarıca Minbərək 

nekropolu, Minbərək 

yaşayış yeri və 

kurqanlar 

tunc dövrü; 

eneolit dəmir 

dövrü 

Qax rayonu 



Minbərək düzü 

40 Qədim Naxçıavan şəhə-

rinin xarabalıqları (9 

abidə) 


E.ə.II minillik-

orta əsrlər 

Naxçıvan şəhəri 

1 2 


3  4 

41 Borsunlu 

kurqanları (2 

ədəd) 


Tunc və ilk 

dəmir dövrü 

Tərtər rayonu, 

Borsunlu kəndi 

42 Məbəd Son 

tunc-ilk 

dəmir dövrü 

Xanlar rayonu, 

Zazalı kəndinin 

qərbində 

43 Xocalı kurqanları Tunc-ilku 

dəmir dövrü 

Xocalı rayonu 

44 I 


Şaxtaxtı məbədi,  

II Şaxtaxtı məbədi 

E.ə. III-I 

minilliklər 

Şərur rayonu, 

Şaxtaxtı kəndi 

45 Oğlanqala yaşayış yeri 

Tunc dövrü-ilk 

dəmir dövrü 

Şərur rayonu, 

Oğlanqala kəndi 

46 Qədim yaşayış yeri və 

qəbirstanlıq (Çoban 

daşı)  


Tunc-ilk dəmir 

dövrü 


Ağstafa rayonu, 

Dağ Kəsəmən  K. 

47 

Böyük Qalaça 



Tunc-ilk dəmir 

dövrü 


Gədəbəy rayonu 

Söyüdlü kəndi 

48 Niftalı kurqanları tunc 

dövrü 


Cəbrayıl rayonu, 

Xubyarlı kəndi 

49 Qızılburun yaşayış yeri, 

I-II Qızılıbulaq 

məbədləri 

tunc dövrü 

Babək rayonu 

50 Çalxanqala 

qalası,  

Çalxanqala kurqanları 

tunc dövrü 

Babək rayonu 

Çalxanqala kəndi 

51 Xoşbulaq kurqanları Son 

tunc-ilk 

dəmir dövrü 

Daşkəsən rayonu, 

Xoşbulaq kəndi 

52 Xarabagilan 

şəhərinin 

qalıqları 

Son tunc-ilk 

dəmir dövrü 

Ordubad rayonu, 

Yuxarı Aza kəndi 


 

383


53 Kiş yaşayış yeri, 

Kiş məbədi 

Antik dövr-

orta əsrlər  

Şəki rayonu, Kiş 

kəndi 


54 Qədim Qəbələ şəhəri, 

Səlbir qala 

Antik dövr-

orta əsrlər  

Qəbələ rayonu 

55 Qədim Şamaxı şəhəri Antik 

dövr-

orta əsrlər  



Şamaxı şəhəri 

56 Qədim qəbirstanlıq, 

məbəd və yaşayış yeri 

Antik dövr  

Ağsu rayonu, 

Nüydü kəndi 

57 Çanaxır təpələri Antik 

dövr-


orta əsrlər  

Xaçmaz rayonu, 

Çanaxı kəndi 

58 Babatəpə yaşayış yeri 

Antik dövr 

Şərur rayonu, 

Yurdçu kəndi 

59 Köhnə Gəncə Orta 

əsrlər Gəncə şəhəri 

yaxınlığında 

60 Beyləqan yaşayış yeri 

(Örənqala) 

Orta əsrlər Beyləqan rayonu

Kəbirli kəndinin 

cənubunda 

61 Köhnə Bərdə Orta 

əsrlər Bərdə rayonu 

62 Qədim Şəmkir şəhəri Orta 

əsrlər 

Şəmkir şəhərinin 



yaxınlığında 

63 


Şabran  

Orta əsrlər Dəvəçi rayonu, 

Şahnəzərli kəndi 

64 


Əlincə qalası VII-XII 

əsrlər Culfa 

rayonu, 

Xanəgah kəndi 

65 Gilgilçay 

istehkamları 

kompleksi 

Orta əsrlər Dəvəçi rayonu, 

Gilgilçay çayının 

sahilində 



19.2. Azərbaycanda beynəlxalq turizmin vəziyyəti 

Azərbaycanda beynəlxalq turizmin statistikası üzrə dəqiq məlumatların olmaması turizm sahəsində mövcud 

vəziyyəti təhlil etməyi çətinləşdirir. 

C.A.Məmmədov, H.B.Soltanova, S.H.Rəhimovun (2002) müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara görə 

1997-ci ildən etibarən Azərbaycana gələn xarici turistlərin sayı artmağa başlamışdır. Belə ki, əgər 1996-cı ildə 

respublikamıza gələn turistlərin sayı 90 min nəfər idisə, 1997-ci ildə 306, 2000-ci ildə 681 min nəfərə çatmışdır. 

Qeyd edək ki, Azərbaycana gələn turistlərin böyük əksəriyyətini MDB ölkələrindən gələnlər təşkil edir. (Cədvəl 

19.5) Cədvəldən göründüyü kimi 1997-ci ildə MDB ölkələrindən respublikamıza gələnlərin sayı 132 min nəfər 

olmuşsa, 2000-ci ildə bu rəqəm 2,6 dəfə artaraq 346,5 min nəfərə çatmışdır.MDB ölkələrindən gələnlərin əksə-

riyyətini Rusiya, Ukrayna, Orta Asiya respublikaları və Gürcüstanda yaşayan azərbaycanlılar təşkil edir.  

Ölkəmizə gələn xarici qonaqlar içərisində ikinci yeri tutan İran İslam Respublikası vətəndaşlarına məxsus-

dur. Əgər 1997-ci ildə İrandan Azərbaycana 103,7 min nəfər qonaq gəlmişsə, 2000-ci ildə onların sayı 2,3 dəfə 

artaraq 242,3 min nəfərə çatmışdır. İrandan Azərbaycana gələnlərin əksəriyyətini sərhədyanı ticarət məqsədilə 

gələnlər təşkil edir. 

İranla müqayisədə Türkiyədən Azərbaycana gələn turistlərin sayı azdır və azalmağa doğru gedir. Belə ki, 

əgər 1997-ci ildə Türkiyədən Azərbaycana 28,7 min nəfər qonaq gəlmişdirsə, 2000-ci ildə bu rəqəm 2,3 dəfəyə 

qədər azalaraq 12,7 min nəfər olmuşdur. Avropa ölkələrindən, həmçinin ABŞ, Kanada və İsraildən respublika-

mıza gələnlərin sayı 1997-ci ildən azalmağa başlamışdır. 

Azərbaycana gələn  turistlərin sayı 1997-ci ildən bəri dinamik surətdə artsa da, onlara göstərilən xidmətlərin 

azalması müşahidə olunur. Əgər 1997-ci ildə gəlmə turizmindən daxil olmalar 162, 2000-ci ildə bu rəqəm 2,6 

dəfəyə yaxın azalaraq 63 mln. ABŞ dolları həcmində olmuşdur.  

19.6 saylı cədvəldən göründüyü kimi Azərbaycana sırf turizm məqsədilə (turizm firmalarının xətti ilə) gələn-

lərin sayı o qədər də çox deyil. Belə ki, 1997-ci ildə respublikamıza sırf turizm məqsədilə gələn qonaqların sayı 

22507, 1999-cu ildə isə bu rəqəm təqribən 2 dəfə azalaraq 11365 nəfər olmuşdur. Bu vəziyyət Azərbaycandan 

xarici ölkələrə gedənlərin sayında da özünü biruzə verir. (Cədvəl 19.5). 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına  əsasən 2000-ci ildə ölkəmizdən xarici 

dövlətlərə turist kimi gedənlərin çoxu MDB ölkələrinə, İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə üstünlük 

vermişdir. (Məmmədov, Soltanova, Rəhimov, 2002). Müəlliflərin fikrincə, son illər Azərbaycandan xarici ölkə-

lərə səfər edənlərin sayının azalmasının əsas səbəbi turist xidmətlərinin qiyməti, əhalinin əksər hissəsinin gəlir-

ləri ilə uyğunlaşmamasıdır. 

 


 

384


Cədvəl 19.5 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin