Cədvəl 6
Zeytun yağının netto kütləsi
-
Nümunələrin nömrəsi
|
Standarta görə
|
Faktiki fərq
|
Netto
|
Brutto
|
Netto
|
|
1
|
500
|
885
|
485
|
-15
|
2
|
500
|
890
|
495
|
-5
|
3
|
500
|
870
|
470
|
-30
|
4
|
500
|
905
|
500
|
-
|
5
|
500
|
895
|
505
|
+5
|
6
|
500
|
1000
|
500
|
-
|
7
|
500
|
995
|
490
|
-10
|
8
|
500
|
900
|
500
|
-
|
9
|
500
|
945
|
475
|
-25
|
10
|
500
|
900
|
500
|
-
|
Cədvəlin materiallarından göründüyü kimi netto kütləsi yoxlanılan 10 butulkanın
6-sında standartın tələbi ödənişmiş, 4-də isə az olmuşdur. Netto kütləsində maksimum 30 q, minimum 10 q çatışmamışdır. Orta hesabla butulkalarda 20 q əskik gəlir.
Zeytun yağının sensor qiymətləndirilməsi zamanı aşağıdakı nəticələr əldə edilmişdir. Dadı və qoxusu - xoşagələn, iştah açan dada və iyə malikdir. Lakin azacıq acıtəhər tam verir. Bu acıtəhər tam heç də zeytun yağının keyfiyyətsizliyi haqqında məlumat vermir. Daha doğrusu saxlanılma rejiminin pozulması və bunun nəticəsində yağın tərkibində gedə bilən kimyəvi, fiziki-kimyəvi, bioloji və s. çevrilmələrlə baş verə bilən nöqsan deyildir. Göstərilən nöqsan istehsal prosesinə düzgün əməl edilmədikdə də ortaya çıxa bilər. Lakin göstərilən nöqsan istehsal prosesi ilə əlaqədar deyildir. Fikrimizcə bu acıtəhər tam yağın zeytunun dənəsində və ətlik hissəsindən soyuq presləmə üsulu ilə alındığını göstərir.
Rəngi - açıq sarıdır. Bütün səth üzrə eynidir. Rənginin açıq-sarıtəhərliyi ona dəlalət edir ki, yağın istehsalında əsasən yaşıl rəngli zeytundan istifadə edilib. Qara və qəhvəyi rəngli yetişmiş zeytundan istifadə edilməyib və yaxud çox cüzi miqdarda olub.
Şəffaflıq - nisbətən şəffafdır. Gözlə görünə bilən qatışıq və çöküntü yoxdur.
Yoxlanılan nümunələrin birində azacıq bulanlıqlıq hiss edilirdi. Bu çatışmazlıq heç də yağın tərkibində bərk qliseridlərin olduğunu göstərmir. Hərçənd ki, bu nöqsan əsasən yağın tərkibində bərk qliseridlər çox olduqda meydana çıxır. Belə hallarda yağ mütləq təkrar təmizlənməlidir. Lakin bizim tədqiqatda ortaya çıxan bulanıqlıq, zeytun yağının otaq temperaturunda saxlanılması nəticəsində yaranmışdır.
Konsistensiyası - normaldır. Duru olub butulkadan başqa bir qaba süzdükdə axır, bərkimiş, qatılaşmış əlaməti hiss olunmur. Butulkanın qapağının tədqiqində göstərdik ki, qapaq asanca açıldı. Görünür asan açılmasına baxmayaraq qapaq germetik olmuş, butulkanın daxilinə hava keçməmişdir. Əks halda yağın quruması baş verərdi və bunun nəticəsində isə konsistensiyada kənarlaşma müşahidə edilmiş olardı.
Rəy.
Zeytun yağının qablaşdırmasında istifadə edilən nəqliyyat tarası (yeşik) əsasən standartın tələbinə cavab versə də, köhnədir. Üzərinə vurulan etiketin materialı ucuz, sadə və gözoxşayan deyildir. Bədii tərtibatı qeyri-qənaətbəxşdir. Etiketdə malı səciyyələndirən bəzi məlumatlar göstərilmir. Bu sözləri zeytun yağı doldurulan butulkaların üzərinə yapışdırılan etiket barəsində də demək olar.
Zeytun yağının doldurulması üçün digər duru məhsulları (su, şərab, sirkə və s.) doldurulmasında istifadə edilən butulkalardan istifadə edilmişdir. Butulkaların brutto çəkiləri, eləcə də ölçüləri eyni olmadığından və yaxud doldurucu aqreqat düz köklənmədiyindən və ya başqa səbəblər ucbatından yağın netto kütləsində fərq standartın yol verdiyi normadan çox olmuşdur. Maraqlı cəhət ondan ibarətdir ki, fərq artıq tərəfə deyil, az tərəfədir.
Sensor göstəricilərinə gəldikdə göstərməliyik ki, istər dad və qoxusuna, istərsə də rənginə, şəffaflığına görə standartın tələbinə cavab verir. Odur ki, satış davam etdirilə bilər.
III nümunə: Təhlil üçün götürülən zeytun yağı 2004-cü ildə Türkiyənin İzmir şəhərində Cidersan A.S. şirkətində istitehsal edilmişdir. İstehsal partiyasındakı seriya nömrəsi Party-Serial №:S 3/2-dir. Məhsul Türkiyənin standartı TS 888 tələbinə uyğun hazırlanmışdır. Göstərilən standart nömrəsi taranın üzərinə vurulmuşdur.
Zeytun yağı hündürlüyü 30 sm, qalınlığı 10 sm olan tənəkə qablarda qablaşdırılmışdır. Tənəkə qabın səthi sarımtıl rəngli, xoşagələn rənglə örtülmüşdür. Üzərində zeytun şəkli və məhsul haqqında bəzi məlumatlar həkk olunmuşdur.
Dördbucaqlı düzbucaq formasında olan tənəkə banka deformasiya olunmayıb, əzilməyib üzərində pas, çirk əlaməti yoxdur. Qapağı dairəvi formalı, diametri 4 sm olub, kip bağlanmışdır. Nümunə götürülən anadək uzaq məsafədən daşınmasına, bir neçə dəfə nəqliyyatda yüklənib-boşaldılmasına baxmayaraq, qapaq hissəsindən axıtmamışdır.
Tənəkə bankanı götürmək üçün 5 sm uzunluğu, 3 sm hündürlüyü olan dəstək bankanın üst qapağında qaynaq edilmişdir. Dəstək qapağın üstünə yatır.
Tənəkə banka dörd tərəfində markalanma aparılmışdır. Markalanma ingilis, rus və ərəb əlifbası ilə aparılmışdır.
Bankanın enli tərəfində göstərilir ki, yağ salat hazırlamaq, xörək bişirmək, qızartmaq üçündür. Bu məlumat rus dilində üç yerdə verilmişdir. Bizə elə gəlir ki, göstərilən məlumat bir yerdə verilsə daha yaxşı olar. İngilis dilində göstərilən məlumat yalnız bir yerdə bankanın enli tərəfində yuxarıda verilmişdir.
Şirkətin Ankarada təmsilçisi Etsun A.Ş. onun telefon nömrəsi 90 312+418 10 20; fax 90 312+418 16 66 Rafinasiya olunmuş 100% təmiz yağdır. Tərkibində aşağıdakı maddələrin olduğu göstərilir:
Serving size (1 Tablespoon) 14 g
Serving per 1 lt 65
Cholesterol 0 g
Protein 0
Carbohydrate 0
Unsaturated fat (min) 8
Saturated fat (max) 2
Caorie 125
Sodium 0 g
Vitamin E (min) 3 mg
Bankanın tutumu 5 l-dir. Netto çəkisi 4550 q-dır. Qeyd edək ki, netto çəkisi yoxlanılarkən 4500 q oldu. Bu isə Türkiyənin TS 888 saylı standartında qarşıya qoyulan tələb uyğundur.
Rus dilində istehsal tək tarixi göstərilmir. Lakin saxlanılma müddətinin 24 aya bərabər olduğu göstərilir. İngilis dilindəki markalanmada isə 2004-cü il fevral ayında istehsal edildiyi göstərilir. Lakin saxlanılma müddəti verilmir. Digər məlumatları tutuşdurduqda görünür ki, heç də bütün məlumatların hamısı ingilis və rus dillərində eyni verilmir.
Yağın sensor göstəriciləri aşağıdakı kimidir:
Dadı və qoxu - aydın və təmiz zeytun yağına xas olandır. Kənar dad və qoxu vermir. Köhnəlik əlaməti hiss edilmir.
Rəngi - ilk baxışda açıq qəhvəyiyə çalandır. Lakin diqqətlə baxdıqda yaşımtıl boz rənglidir. Bütün səth boyu başqa çalarlar hiss olunmur.
Şəffaflığı - çox şəffafdır, içərisində heç bir hissəcik və kənar birləşmə görünmür. Etiketdə göstərildiyi kimi 100 % saflaşdırılmış və rafinadlaşdırılmış məlumatına uyğun gəlir. Digər tərəfdən isə yağın saxlanma rejiminə əməl edildiyinə dəlalət edir.
Konsistensiyası - şəffaf, duru məhluldur. Bütün səth üzrə eynidir.
Rəy.
Təhlilin nəticələri göstərir ki, istehsal edildiyi vaxtdan təqribən bir ilədək keçməsinə baxmayaraq, istər qablaşdırıldığı tarada, istərsə də taranın içərisindəki yağın sensor göstəricilərində nəzərə çarpacaq dəyişiklik baş verməmişdir. Belə ki, taranın bərkliyi, möhkəmliyi, sazlığı, eləcə də markalanmanın oxunması və təmizliyi, içindəki yağın dadı, qoxusu, rəngi, şəffaflığı normal olub, tələbə cavab verir.
Zeytun yağının pərakəndə satış qiyməti baha olduğundan, 5 l miqdarında qablaşdırılan mala tələbat çox azdır.
Sorğu nəticəsində məlum olmuşdur ki, Bakıya gətirilən 2 ton zeytun yağının ötən 10 ay ərzində cəmi 250 kq (50 bankası) satılmışdır, Daha doğrusu mağazalarına verilmişdir. Deməli təminatlı saxlanılma müddətinədə yerdə qalan malın satılacağına arxayın olmaq lazım deyildir. Odur ki, yağın saxlanılma rejiminə dəqiq riayət edilməsi üçün tədbir görülməlidir. Seçilən nümunələrdən Sensor və alətlərlə təyin edilən göstəriciləri tədqiq etmək üçün DÖST 5471 tələbinə uyğun qaydada orta nümunə götürülür.
Təhlil üçün seçilən və içərisində zeytun yağı olan nəqliyyat tarasının hər birindən bir ədəd içərisində məhsul olan istehlak tarası götürülür. Göstərmək lazımdır ki, mal partiyasının nəqliyyat tarası seçilməzdən öncə taranın zahiri görünüşü və markalanması yoxlanılır. Yalnız Normativ-texniki sənədlərin tələbinə cavab verən taralara qablaşdırılmış və düzgün markalanmış məhsul qəbul edilir.
Seçilmiş nəqliyyat tarasında məhsulun temperaturu, kütləsi və həcmi yoxlanılır.
Seçilmiş nəqliyyat tarasında olan zeytun yağında yabançı maddələr aşkar edildikdə, kif olduqda mal partiyasında olan taraların hamısı bir-bir yoxlanılır.
Yoxlama aparılan zaman göstəricilərinə görə Normativ sənədlərin tələbinə cavab verən mal qəbul edilir.
İstehlak tarasında olan yağda yabançı maddələr, o cümlədən pestisidlər olduqda, kif aşkar edildikdə dəst qəbul edilmir.
Sensor və alətlərlə yoxlanılan göstəriciləri təyin etmək üçün seçilən orta nümunə lazımi qaydada qablara qoyulmalı, sənədləşdirilməli, saxlanma, daşınma və təhlil qaydasına və müddətinə riayət edilməlidir.
Sensor və alətlərlə təyin edilən göstəricilərin hətta birində qənaətbəxş cavab alınmadıqda ikinci dəfə ikiqat nümunə götürülərək təhlil aparılır.
Təhlil nəticəsində alınan göstəricilər mal dəstəsində olan bütün məhsula şamil edilir.
IV.2. Zeytun yağının alətlərlə təyin edilən göstəricilərinin təhlili
Standarta əsasən bitki yağlarında rütubət təyin edildikdən sonra alınan göstəricilər aşağıdakı formulada yerinə qoyulur:
Burada:
d1 - büksün zeytun yağı nümunəsi ilə birlikdə qurudulmazdan əvvəlki çəkisi, q-la;
d2 - büksün zeytun yağı ilə birlikdə qurudulduqdan sonrakı çəkisi, q-la;
d - təhlil üçün götürülən zeytun yağının miqdarı, q-la.
Nümunə I
Təhlil I
d1 - 17,200
d2 - 17,095
d - 5
Təhlil I
d1 - 23,454
d2 - 23,215
d - 5
Nümunə II
Təhlil I
d1 - 18,895
d2 - 18,799
d - 5
Təhlil II
d1 - 19,463
d2 - 19,403
d - 5
Nümunə III
Təhlil I
d1 - 17,200
d2 - 17,190
d - 5
Turşuluq ədədinin təyini
Nümunə I
Təhlil I
Təhlil edilən zeytun yağının 1 qramına hesablanmaqla turşuluq ədədi
v - 0,43
k - 1
d - 5
Təhlil II
d - 5
v - 0,53
k - 1
Nümunə II
Təhlil I
d - 5
v - 0,66
k - 1
Təhlil II
d - 5
v - 0,53
Nümunə III
Təhlil I
d - 5
v - 0,33
k - 1
Təhlil II
d - 5
v - 0,46
k - 1
IV.3.Sabunlanma ədədinin təyini nəticəsində alınan göstəricilər
Təhlil nəticəsində alınan nəticələr aşağıdakı formulada yerinə qoyulur.
Nümunə I
Təhlil I
d - 2
v1 - 28
v2 - 14,5
Nümunə II
d - 2
v1 - 14
v - 28
IV. 4. Zeytun yağının yod ədədinin təyini zamanı alınan nəticələr
Təhlilin nəticələri aşağıdakı düsturda yerinə yazılır.
Nümunə I
Təhlil I
v - 16
v1 - 9,5
d - 0,1
Nümunə II
v - 16
v2 - 11,2
d - 0,1
k - 1
Təhlil II
v - 16
v2 - 10,1
d - 0,1
k - 1
Qeyd etmək lazımdır ki, zeytun yağının fiziki-kimyəvi göstəriciləri ilə yanaşı onun yağ turşuları tərkibi, üzvixlorlu pestisidlərin tərkibi də öyrənilmişdir. Bu göstəricilər keçmiş Ümumittifaq Yağ Elmi-tədqiqat İnstitutunun Bakı filialının ixtisaslaşdırılmış laboratoriyasında öyrənilmişdir.
Kimyəvi təhlil zamanı müəyyən edilmişdir ki, yağ turşularının tərkibi aşağıdakı kimidir:
(ümumi cəminə %-lə)
palmitin turşusu 9,76
palmitinlinolein turşusu 1,48
stearin turşusu 1,80
olein turşusu 82,91
linol turşusu 3,46
linolen turşusu 0,59
Qaz-maye xromatoqrafiya metodu vasitəsilə zeytun yağının tərkibində xlor üzvi pestisidlərin miqdarı öyrənilmiş, alınan nəticələr aşağıdakı kimi olmuşdur.
Cədvəl 7
Xlor üzvi birləşmələrin, pestisidlərin miqdarı, mq/l
-
Nümunə
|
HXSH
(izomerlərin cəmi)
|
Heptaxlor epoksid QPX)
|
DDT (izomerləri və metabolitləri)
|
Cəmi
|
Nümunə I
|
0,08
|
0,02
|
0,04
|
0,14
|
Nümunə II
|
0,09
|
0,07
|
0,06
|
0,22
|
Nümunə III
|
0,07
|
0,02
|
0,03
|
0,12
|
Məlum olduğu kimi 1987-ci ildə Səhiyyə Nazirliyi tərəfindən bitki yağlarında ola biləcək üzvixlor pestisid birləşmələrinin normalarını təsdiq etmişdir. Cədvəldə göstərilən rəqəmləri yolverilən normalarla müqayisə etsək görərik ki, tədqiq edilən yeyinti zeytun yağlarının tərkibində üzvixlor pestisid birləşmələrinin miqdarı yol verilən normalar daxilindədir.
Tədqiq edilən zeytun yağı nümunələrindən hər üçünün sensor və alətlərlə yoxlanılan göstəriciləri belə bir nəticəyə gəlməyə imkan verir ki, hər üç zeytun yağı partiyası qidalılıq dəyərinə, dad göstəricilərinə, eləcə də qablaşdırılması və markalanmasına görə keyfiyyətli sayıla bilər.
FƏSİL V
V.1. Zeytun yağının təhlili nəticəsində alınan məlumatların
riyazi-statistik təhlili
Zeytun yağının yod ədədi təyin edilərkən 3 nümunə götürülmüş və aşağıdakı nəticələr alınmışdır:
x1 = 84; x2 = 61; x3 = 73,3;
1. Zeytun yağında yod ədədinin orta göstəricisi aşağıdakı düsturla hesablanır:
Burada:
- zeytun yağının bütün nümunələrində yod ədədinin orta riyazi ədədi;
- təhlil olunan nümunələrin sayı.
2. Orta riyazi kəmiyyətdən ayrı-ayrı nümunələrin yod ədədi göstəricisinin fərqlənmə səviyyəsi düsturu ilə tapılır:
84 - 72,8 = 11,2; 61 - 72,8 = -11,8; 73,3 - 72,8 = 0,5
3. Orta riyazi kəmiyyətdən ayrı-ayrı nümunələrin yod ədədi göstəricisi arasındakı fərqin kvadratı:
1-ci nümunədə = (7056 - 12230 + 5300) = 126
2-ci nümunədə = (3721 - 8882 + 5300) = 139
3-ci nümunədə = (5373 - 10672 + 5300) = 1
4. D(x) - orta riyazi kəmiyyətdən ayrı-ayrı nümunələrin yod ədədi göstəricisinin arasındakı kvadrat fərq səviyyəsinin orta kəmiyyəti:
D(x) = ∑
D(x) =
5. Fərqin orta kvadratı dispersiyasının kvadrat kökü tapılmalıdır:
=
Variasiya əmsalı (kənarlaşma göstəricisi) fərqin orta kvadrat kənarlaşmasının orta riyazi göstəricisinə olan nisbəti kimi hesablanır:
15,8
7. Səhvin orta kvadratı m = ± düsturu ilə hesablanır:
8. Səhv faizi m% =
9. Səhvin etibarlılığı, dəqiqliyi
Burada: = 0,950; k = 4
Cədvəldən Styüdent əmsalını tapırıq, 2,776 düsturda yerinə qoysaq
∑
10. Orta nəticənin intervalı
∑ 72,8 15,9
11. Nisbi xəta
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Dissertasiya işinin mövzusuna uyğun olaraq Abşeron yarımadasında becərilən zeytunun əmtəəlik göstəriciləri və ekoloji təmizliyinin öyrənilməsi zamanı aşağıdakı nəticələr alınmışdır.
1. Azərbaycanda zeytun bitkisinin qədim zamanlardan becərilməsinə baxmayaraq bu bitkinin Abşeron yarımadasında geniş yayılması XX əsrin ikinci yarısından sonra daha da geniş inkişaf etdirilməyə başlanmışdır.
2. Zeytun bitkisinin məhsuldarlığının əşağı düşməsinin əsas səbəbləri - bitkinin bioloji xüsusiyyətləri, həmçinin mühitə cavab verən sort seçimi, müvafiq yer seçimi və yüksək aqrotexniki qulluq işlərinin düzgün aparılması və ya bu şərtlərə tam əməl olunmamasıdır.
3. Zeytun qiymətli bitki olduğu və yüksək gəlir gətirə bildiyinə görə, daha bol və keyfiyyətli məhsul almaq üçün tozlandırıcı sortların seçimi və onların zeytun plantasiyalarında düzgün yerləşdirilməsi çox vacibdir.
4. Ekoloji şərait zeytunun onlar bioloji göstəricilərinə təsir göstərdiyi kimi, müəyyən kimyəvi tərkibinin formalaşmasına da təsir göstərir.
5. Yetişmiş meyvələrdə 2%, yaşıl meyvələrdə 10%-ə qədər acı oleuropin qlükozidi toplanır ki, bu da meyvələrin təzə halda yeyilməz olmasına səbəb olur.
6. Bütün bitki yağları içərisində zeytun yağı öz keyfiyyəti, dadı və müalicəvi əhəmiyyətinə görə birinci yeri tutur.
Bütün qeyd olunanlarla yanaşı, bir çox həlli vacib məsələlər vardır ki, bunları da elmi institutlar, mərkəzlər öyrənilməli və hətta təsərrüfatlara təqdim etməlidirlər. Buna görə də yuxarıda deyilənləri nəzərə alaraq görüləcək tədbir və elmi-tədqiqat işlərinin düzgün tətbiq edilməsi nəticəsində zeytun bitkisindən bol və yüksək keyfiyyətli məhsul almaq mümkündür.
Bu məqsədlə aşağıdakıları təklif edirik.
1. Abşeron yarımadasının iqlim və torpaq şəraiti bir çox bitkilər üçün əlverişli olmadığı halda zeytun ağacı üçün çox yararlıdır. Odur ki, Abşeron yarımadasında geniş zeytun bağları salmaq, parkları, küçələri, yolların kənarlarını bu ağacla bəzəmək çox vacib işdir.
2. Abşeron yarımadasında becərilən zeytun ağaclarına qulluq etməklə yanaşı, onlara düzgün forma vermək, onların budanmasının, ayrı-ayrı cəhətlərini öyrənmək və aqrotexniki tədbirlərin düzgün tətbiq edilməsini müəyyən etmək əsas məsələlərdən biridir.
3. Zeytun bitkisi üzərində geniş ölçüdə seleksiya işləri aparmaqla bol və yüksək keyfiyyətli məhsul almaq olar. Bununla yanaşı soyuğa davamlı, yüksək yağlı, tez yetişən sortların yaradılması seleksiyaçıların qarşısında duran əsas məsələlərdən biridir.
4. Yüksək keyfiyyətli yazı zeytun Şura baza hazırlamaq məqsədi ilə sənəti bərabər səviyyədə yaşıl rəngə boyanmış ləkəsi siğə deyə Maliki evli və ya orta ölçülü meyvələrdən istifadə olunması məsləhət görülüb.
5. Qurudulmuş qara zeytun şorabası hazırlamaq məqsədilə tam yetişmiş, qara rəngi almış yüksək yağlı, çox iri olmayan meyvələrdən istifadə olunması daha münasibdir.
6. Yağ almaq məqsədilə istifadə olunacaq meyvələrin noyabr ayının axırlarında yığılması məsləhət görülür.
Ə D Ə B İ Y Y A T
1.Azərbaycanın statistik göstəriciləri, 2015-ci il, Bakı, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2016.
2. Azərbaycan Respublikasının «Əmtəə nişanları və coğrafi göstəricilər» haqqında qanunu, 12 iyul 1998-ci il, Bakı, «Biznesmen bülleteni» nəşriyyat evi, 1999.
3. AZS Milli Sertifikatlaşdırma sistemi. Rəhbəredici sənədlərin məcmuəsi, I hissə. - Bakı: Azərdövlətstandart, 1993.
4. «Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanunu, Bakı «Biznesmen bülleteni» nəşriyyat evi, 2000.
5. «Ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanın milli siyasəti» proqramı, Bakı, 2000.
6. «Əhalinin ekoloji təhsili və maarifləndirilməsi» haqqında Azərbaycan Respublikası Qanunu, Bakı «Biznesmen bülleteni» nəşriyyat evi, 2003.
7. Meyvə-tərəvəz məhsulları üzrə qüvvədə olan NTS, standard, təlimatlar və s. Əhmədov Ə.İ., Babayeva B.Q., Əzimov Ə.M. və başqaları, Meyvə-tərəvəz bölmələri üzrə metodik göstərişlər, Bakı, Çaşıoğlu, 1996-1997.
8. «İstehlakçıların hüquqlarının müdafiəsi» haqqında Azərbaycan Respublikasının Qanunu. - Bakı: Biznesmen bülleteni, 1996, №11.
9. «Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tədqiq edilməsi» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 1993 il 343 saylı qərarı. Bakı: Azərdövlətstandart, 1993.
10. Cahangiroğlu Eman (Ələkbərov) Zeytun - həyat ağacı. Bakı, “Şirvan” nəşriyyatı, 2009, 116 səh.
11. Əhmədov Ə.İ. Yeyilən bitkilərin müalicəvi xassələri. Bakı. “İqtisad Universiteti” nəşriyyatı. 2014. 468 səh.
12. Оливковое масло. В кн. Товарный словарь. Том VI., М.: Госторгиздат, 1959. стр 506-507.
13. Справочник товароведа продовольственных товаров Москва. Экономика. Т. 2, 1987. 319 с.
14. AZS 233 - 2006 Təzə yaşıl və qara zeytun. Texniki şərtlər.
15. AZS 234 - 2006 Konservləşdirilmiş yaşıl zeytun. Texniki şərtlər.
16. AZS 237 - 2006 Konservləşdirilmiş ədviyyatlı qara zeytun. Texniki şərtlər.
17. AZS 239 - 2006 Zeytun yağı (saflaşdırılmamış). Texniki şərtlər.
18. Axundzadə İ.M. “Zeytun” Bakı, Uşaqgəncnəşr, 1951.
19. Axundzadə İ.M. “Azərbaycanda subtropik bitkiçiliyin inkişafı” Bakı, Azərnəşr, 1960.
20. Jiqareviç İ.A. “Zeytun” Bakı, Azərnəşr, 1990.
21. Rəhimov S.S. “Zeytunun keyfiyyətinin yüksəldilməsinin, onun istehsalının səmərəliyinə təsiri” Az. EA-in xəbərləri, 1988 N4, səh. 61-66.
Dostları ilə paylaş: |