“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə43/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   39   40   41   42   43   44   45   46   ...   105
bAyTArlıq

   Elmi-praktik jurnal

32

Əzələ  ağarması  xəstəliyi  körpə  kənd 



təsərrüfatı  heyvanlarının,  eləcə  də  balaqla-

rın  endemik  xəstəliyi  olub,  ürək  və  skelet 

əzələlərində distrofik dəyişikliklərə və onla-

rın ağımsovlaşmasına, orqanizmdə mübadilə 

proseslərinin  kəskin  pozulması  nəticəsində 

funksional, biokimyəvi və morfoloji dəyişiklik-

lərə  səbəb  olan  ağırgedişli  xəstəlikdir. 

Əzələlərdə ağımtıl və boz rəngdə zolaqlara 

təsadüf  edildiyindən,  xəstəlik  əzələ  ağar-

ması adını almışdır. Xəstəlik əsasən qışlama 

dövrünün  ikinci  yarısında,  2  aylıqdan  – 

7 aylığadək balaqlarda müşahidə olunur.

Əzələ ağarması xəstəliyi ilk dəfə 1854-

cü  ildə  Polok  tərəfindən  buzovlar  arasında 

müşahidə  edilmişdir.  Sonra  xəstəlik 

İsveçrədə,  Norveçdə,  Danimarkada,  Rumı-

niyada,  Almaniyada,  İngiltərədə,  Avstrali-

yada,  Kanadada,  Fransada, ABŞ-da,  Çində 

və digər ölkələrdə, Müstəqil Dövlətlər Bir-

liyi ölkələrində isə 1920-ci illərdən öyrənil-

məyə  başlanmışdır.  Azərbaycanda  əzələ 

ağarması  xəstəliyi  ilk  dəfə  H.İ.  Dilbazi 

tərəfindən  1964-cü  ildə  Bərdə  rayonunun 

keçmiş  «Moskva»  kolxozunun  camışçılıq 

fermasında müəyyən edilmişdir. 

Xəstəlik ən çox Kür-Araz və Xəzərətrafı 

bölgələrdə  yerləşən  camışçılıq  təsərrüfat-

larında  müşahidə  edilir  və  böyük  iqtisadi 

zərər  verir.  Qeyri-sağlam  təsərrüfatlarda 

xəstəliyə  qarşı  qabaqlayıcı  tədbirlər  aparıl-

madıqda xəstələnmiş körpələrin və cavanla-

rın  50-70%-i  ölür.  Sağalanlar  isə  boy  inki-

şafından  qalır.  Xəstəliyin  etiologiyası 

müxtəlifdir. Dünyanın bir cox alimləri əzələ 

ağarması xəstəliyinin baş verməsi səbəblərini, 

yem payında Selen elementlərinin və E vi-

taminin çatışmaması ilə izah edirlər. 

P.Kukuruçiyev,  V.Leqantsova  (1959); 

K.Blester,  P.Utts,  V.Vud  (1952)  xəstəliyin 

əmələ  gəlməsini  E  vitaminin  çatışmama-

sında  görürlər.  Bunu  sübut  etmək  üçün 

A.Qrant, V. Xartli, S.Drayk (1960) eksperi-

mental şəraitdə profilaktik məqsədlə E vita-

minini  quzularda  tətbiq  etmiş,  lakin  tam 

müsbət nəticə almamışlar, quzular arasında 

xəstəlik baş vermişdir.

İ.Kaarde 

(1963), 


A. Kudryavtsev, 

M. Andreyev,  Q.Titov,  S.Gerasimov  (1963, 

1964), M.Tutuşin, İ.Lenes (1964); P.Tarabrik, 

V.Tartsmanoviç  (1961),  V.Verton,  K.Kerov, 

P.Çuşkov,  B.  Neqov  (1961)  körpə  heyvan-

larda  əzələ  ağarması  xəstəliyinin  baş 

verməsi səbəblərini yem payında selen ele-

mentinin çatışmaması ilə izah edirlər. 

H.İ.Dilbazi  (1974)  xəstə  və  sağlam 

kəlçələrin  orqan  və  toxumalaında  selenin 

miqdarını müqayisəli şəkildə öyrənmişdir. 

K.Briggs (1959), E.Kolb (1962), İ.Karde, 

A. Kudryavtsev, M. Andreyev (1963, 1965) 

UOT 619:616.34.17




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin