bAyTArlıq
İlin fəsilləri balıqların böyüməsinə, inki-
şaf etməsinə təsir etdiyi kimi, müxtəlif
xəstəliklərin baş verməsi və gedişi də mü-
hüm rol oynayır. Qeyd etmək lazımdır ki,
balıq bədəninin temperaturu, demək olar ki,
onun yaşadığı suyun temperaturu ilə eynidir
və suyun temperaturunda baş verən
dəyişikliklə eyni olaraq balıq bədəninin
dəyişikliyinə də səbəb olur. Həmçinin su
hövzəsində və ya balıqların orqan və toxu-
malarında olan xəstəlik törədicilərinin həyat
fəaliyyəti temperaturun kəskin tərəddüd
etməsi təsirindən dəyişilirlər.
Temperaturun qalxması nəticəsində törə-
dicinin bədənində gedən bütün həyati
proseslər müəyyən həddə kimi sürətlənir.
Bu həddən sonra orqanizmin həyat fəaliyyəti
pozulur və törədici ölür. Əksinə, temperatu-
run aşağı düşməsi nəticəsində həyati proseslər
zəifləyir və tədricən dayanır. Məsələn, çəki
və karp balığının daktilogiroz xəstəliyinin
Dactylogyrus vastator törədicisi üçün tem-
peratur optimumu 24-28°C arasında tərəddüd
edir. Bu temperaturda da helmint 4-5-ci
günü yetginləşir və yumurta ixrac edir.
Onun embrional inkişafı 3-4 gündən sonra
qurtarır. Xəstəliyin D. extensus törədicisinin
temperatur optimumu 13-15°C arasında
tərəddüd edir. Beləliklə, belə qənaətə gəlmək
olur ki, parazitlər istisevər və soyuqsevər
olurlar. Aparılan tədqiqatlar nəticəsində
müxtəlif xəstəlik törədicilərinin yayılma
vəziyyəti bu qanunauyğunluğu təsdiq edir.
Məsələn, daktilogiroz xəstəliyinin D. vastator
törədicisi əsasən yay aylarında, D. extensus
isə yay və payız aylarında qeyd olunmuş-
dur. Xilodonellyoz xəstəliyinin törədicinin
(Chilodonella cyprini) yayılmasında bu qa-
nunauyğunluq hətta balıqçılıq obyektinin
respublikanın nisbətən sərin iqlimə malik
rayonlarında yerləşməsilə əlaqədar olaraq
yay aylarında da müşahidə edilmişdir. La-
kin qeyd etmək lazımdır ki, mühitin digər
faktorlarından təcrid olunmuş halda təkcə
temperatur həmişə aparıcı rol oynamır.
Məsələn, aparılan tədqiqatlar göstərmişdir
ki, ixtioftirioz xəstəliyinin törədicisi 23-
24°C temperaturda inkişaf edib artmasına
baxmayaraq, bir yaşa qədər olan qızılbalı-
ğın sıxlığı yüksək, aşağı dolğunluqlu, inki-
şafdan qalan fərdlər arasında rast
gəlinmişdir.
Ümumiyyətlə, temperaturun optimal
göstəricidən kənar tərəddüd etməsi su höv-
zəsində yem bitkilərinin təbii inkişafına və
onun balıqlar tərəfindən mənimsənilməsinə
mənfi təsir göstərir. Nəticədə balıqların in-
kişafı ləngiyir, dolğunluqları aşağı düşür və
bu da öz növbəsində onların ümumi rezistent-
liyinə təsir etməklə, qorxulu xəstəlik törədi-
ciləri ilə yoluxma davamlılığını xeyli azaldır.
Beləliklə, xarici mühit temperaturu nəinki
balıqlara, onların xəstəlik törədicilərinə,
hətta balıqçılıq su hövzələrinin başqa hidro-
biontlarına – fauna və floraya əhəmiyyətli
dərəcədə təsir edir. Ona görə də temperatu-
run lazımı istiqamətdə dəyişdirilməsilə
onun mənfi təsirindən yaxa qurtarmaq olar.
Dostları ilə paylaş: |