37
Elmi-praktik jurnal
bAyTArlıq
luq təsərrüfatlarında aparılan yarma müayi-
nələri zamanı askaridioz və kapillyariozla
qarışıq invaziya aşkar edilmişdir.
Əsasən 3-4, 6-8 aylıq quşlar qeyd olunan
helmintozlara daha cox yoluxur və buna da
Ascaridia qalli və
Capillaria obsiqnata
növləri daha cox səbəb olur.
İsmayıllı rayonunun quşçuluq təsərrüfat-
larında yoluxmanın ekstensivliyi kapillyari-
oza görə 54,1%, askaridioza görə isə 58,8%
olduğu müəyyən edilmişdir. Yarma müa-
yinəsinə əsasən isə yoluxmanın intensivliyi
kapillyarioza görə 20-450 ədəd, askaridioza
görə isə 1-65 ədəd olmuşdur.
Göygöl rayonunun fərdi fermer quşçu-
luq təsərrüfatlarında apardığımız koproloji
müayinələrə görə kapillyarioz 49,6%, aska-
ridioz isə 54,6% təşkil etmişdir. Yarma
müayinəsinə görə isə invaziyanın intensiv-
liyi kapillyarioza görə 17-423 ədəd,
askaridilərə görə isə 1-150 ədəd olmuşdur.
Bir təsərrüfatda isə müayinələr zamanı heç
bir invaziya aşkar edilməmişdir.
Quşların kapillyari və askaridilərlə yolux-
masına səbəb onların yetişdirilmə texnologi-
yası, saxlanma şəraiti və yemləndirilmə sidir.
Məlumdur ki, qəfəs şəraitində yetişdirilən
quşlar heç bir invaziya ilə yoluxmurlar.
Müayinələr zamanı müəyyən edilmişdir
ki, quşlar askaridioz və kapillyarioza eyni
vaxtda, yəni qarışıq halda da yoluxurlar. Bu
cür qarışıq invaziyalar monoinvaziyaya
nisbətən sahib üçün daha təhlükəli olur,
quşlar bu xəstəliyi ağır keçirir, patoloji
vəziyyət gərginləşir, həyat fəaliyyəti, məh-
suldarlığı azalır, ölüm halları artır. Parazito-
senoz elmi yeniliklərlə bərabər böyük prak-
tiki əhəmiyyət kəsb edir, həmin xəstəliklərə
qarşı kompleks mübarizə və profilaktika
tədbirlərinin işlənib hazırlanmasına və tət-
biqinə elmi əsas verir.
Tədqiqatlar göstərdi ki, hazırda aparılan
müalicə və profilaktika tədbirlərinə baxma-
yaraq təsərrüfatlarda helmintlər geniş yayıl-
maqdadır. Qeyd edilən xəstəliklərə qarşı
müalicə, profilaktika, baytarlıq-sanitariya
tədbirləri tam olaraq aparılmır. Bunun nəti-
cəsi olaraq quşçuluq təsərrüfatlarında hələ
də müxtəlif qarışıq invaziyalara rast gəlinir.
Beləliklə, təsərrüfatlarda helmintozlara,
onların törədicilərinə qarşı kompleks müalicə,
profilaktika və baytarlıq-sanitariya tədbirləri
işlənib hazırlanmalı və tətbiq edilməlidir.
Onun üçün də geniş spektrə malik yeni
dərman preparatlarının istehsalına və təsər-
rüfatlarda tətbiqinə ehtiyac vardır.
Dostları ilə paylaş: