bAyTArlıq
Elmi-praktik jurnal
38
SuMMAry
Bayramov S.Y.
Mixed invASiOn birdS And iTS diSTribuTiOn TO fAciliTieS
On the bazis of opemings birds and kaprologi researches the setuation askaridosis and
kapillarios in poultry-farming facilities located in mountain areas İsmaili of area contami-
nation askaridiosis it is made 58,8%, kapillarios 54,1%, in the Gaygel area contamination
makes askaridosis 54,6%, kapillarios 49,1%.
ədəbiyyAT
1. Демидчик Л.Г. Паразитарные болезни гусей Зауралья // Ветеринария. Рефера-
тивный журнал. М., 2001, .с.630.
2. Məhərrəmov S.H. Helmintlərin yayılmasının mövsümü dinamikası /Müasir riyaziyyat
və təbiətşünaslığın prob. Naxçıvan, Qeyrət, 2001, s.116-118.
3. Altaş M., İriadam M. Helmintozoonozlar // HR Üniversitesi Ziraat Fakultesi dergisi,
2003, e 7., s. 45-53.
4. Абдуррахманов М.Г., Профилактика паразитозов кавказских туров // Ветери-
нария, М., 2003, № 3 с.29-32.
39
Elmi-praktik jurnal
bAyTArlıq
Balıqların normal həyat fəaliyyəti üçün
abiotik (suyun kimyəvi tərkibi, termiki və
qaz rejimi, su hövzəsinin hidroloji xüsusiy-
yətləri – axarlılığın dərəcəsi) və biotik (ba-
lıqların qidasını təşkil edən onurğasız hey-
vanlar, həmçinin kürüləmək, daldalanmaq
üçün istifadə edilən bitki örtüyü və s.) fak-
torların əhəmiyyətli dərəcədə rolu vardır.
Digər tərəfdən su hövzəsində yüksək dərəcədə
bitki örtüyünün olması bəzi parazitlərin ço-
xalmasının qarşısını alır. Bütün bu faktor-
lara nəzarət edərək xarici mühit faktorlarını
istənilən istiqamətdə dəyişmək, eyni za-
manda xəstəliklərin balıqlar arasında baş
verməsinin qarşısını almaq və balıqçılıq
təsərrüfatlarının sağlamlaşdırılması üçün
epizootiyaəleyhi tədbirlərin hazırlanmasında
istifadə etmək olar. Bu məsələnin ayrı-ayrı
aspektləri, o cümlədən xəstəliklərin balığın
yaşından, qidalanmasından, onların yerləşmə
sıxlığından, ilin mövsümlərindən, suyun
kimyəvi tərkibindən, ən nəhayət iqlim
dəyişikliyindən asılılığı üzrə əldə olunan
məlumatlar tərəfimizdən təhlil edilmişdir.
Balıqlar arasında yayılan xəstəliklər
öyrənilərkən onların balığın yaşından ası-
lılığı aydın nəzərə çarpmışdır. Məsələn,
daktilogiroz xəstəliyinin törədicilərindən
Dactylogyrus vastator ancaq cavan balıq-
larda, D. extensus isə həm cavan, həm də
yaşlı balıqlarda parazitlik edir və hətta yaş
artdıqca yoluxmanın intensivliyi də artır.
Törədicisi qamçılılar olan kostioz xəstəliyi
ilə cavan balıqlarda yoluxma müşahidə
edilməklə, aşağı dolğunluqlu fərdlərdə daha
ağır keçir. Girodaktilyoz əsasən tam sisi-
temli Göygöl rayonu Çaykənd və Qəbələ
qızılbalıq artırma və yetişdirmə, Zaqatala
forel əmtəəcilik təsərrüfatında 1 yaşa qədər
cavan balıqlarda qeyd olunmuşdur.
Trematodlar tərəfindən törədilən diplos-
tomoz və postodiplostomoz xəstəlikləri
kürüdən çıxan sürfələri artıq 6-10 günlükdə
yoluxdurur. Posthodiplostomum cuticola tre-
matodunun serkarisi balığın dərisinə daxil
olur və yaş artdıqca dəri örtüyü və pulcuq-
ların qalınlaşması səbəbindən serkarilərin
daxil olması mümkün olmur.
Lentşəkilli helmintlərin törətdiyi botrio-
sefalyoz xəstəliyinin törədicisinə 9 günlük
ağ amur balıqlarında təsadüf olunmuş və
yaş artdıqca zooplanktonla qidalanmanın
çoxalması ilə əlaqədar olaraq yoluxmanın
ekstensivliyi və intensivliyi də yüksəlmiş,
ancaq su bitkiləri ilə qidalanmağa başladığı
vaxtdan isə xəstəliklə yoluxmanın zəifləməsi
və tədricən dayanması möşahidə edilmişdir.
Törədicisi nematod olan filometroidoz
xəstəliyi zooplanktonla qidalanmaya keçən
7-8 günlük körpələrdə qeyd olunmuş və 2-3
həftəlik yaşda kütləvi ölüm hallarına təsa-
düf edilmişdir.
Parazit xərçəngkimilər tərəfindən törədilən
lerneoz və arqulyoz xəstəliklərinə əsasən
UOT 619:616:576:895.132
Dostları ilə paylaş: