“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”


min  tərkibi  və  keyfiyyəti



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə50/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   46   47   48   49   50   51   52   53   ...   105
min  tərkibi  və  keyfiyyəti  çox  böyük  təsir 

göstərir.  Hər  bir  balıqçılıq  obyektində  ye-

min  tərkibi  öyrənilərək,  balıqların  hansı 

parazitlərlə  yoluxacağını  proqnozlaşdırmaq 

mümkündür. Məlumdur ki, mürəkkəb inki-

şaf  dövrünə  malik  olan  helmintlərin  aralıq 

sahibləri plankton və bentik orqanizmlərdir. 

Yemin çatışmamazlığı müxtəlif, o cümlədən 

parazit  xəstəliklərin  baş  verməsinə  səbəb 

ola bilər. Məsələn, yetişdirilən 1 yaşa qədər 

olan karp balıqlarının yayın son dövrlərində 

yeminin  azlığı  nəticəsində  onlar  qışlamaya 

aşağı  dolğunluq  göstəriciləri,  yəni  qidalı 

maddələr ehtiyatının kifayət dərəcədə olma-

ması ilə keçirlər. Bu da qışlamanın sonuna 

yaxın  onların  Chilodonella  cyprini  və  b. 

ektoparazitlərlə  kütləvi  yoluxması  üçün 

şərait  yaradan  distrofiyasına  gətirib  çıxarır. 

Yetişdirilən balıqların yüksək dolğunluğunu 

təmin  edən  yaxşı  yemləmə  şəraitinin  yara-

dılması balıqçılıq təsərrüfatlarında profilak-

tikanın çox vacib elementlərindəndir.

Bundan  əlavə,  təbii  yemin  tərkibi,  yem 

payında çoxlu miqdarda patogen helmintlə-

rin  aralıq  sahiblərinin  olması  da  bu  və  ya 

digər  xəstəliklərin  baş  verməsinə  səbəb 

olur. Məsələn, çəki və karp balığının kario-

fillyoz xəstəliyi onların çoxlu miqdarda xəs-

təliyin aralıq sahibləri olan azqıllı qurdlarla 

qidalanarkən  baş  verir.  Ağ  amur  balığının 

körpələri  kürəkayaqlı  xərçənglərlə  qidala-

nanda xəstəliyin törədicisi olan Bothriocep-



halus opsariichthydis, B.acheilognathi para-

zitləri ilə yoluxurlar.

Balıqların  xəstəliklərlə  yoluxması  onla-

rın göllərdə sıxlığından da çox asılıdır. Ba-

lıqların sıxlığı yüksək olduqda, onların yeni 

sahibə  keçmə  ehtimalı  böyük  olur.  Doğru-

dan da aparılan tədqiqatlar göstərmişdir ki, 

balıqların  yüksək  sıxlıqda  yerləşdiyi  Kiçik 

Qızılağac  balıqyetişdirmə  təsərrüfatında 

müayinə olunan çəki balığında 80-90% yo-

luxma ekstensivliyi ilə daktilogiroz xəstəliyi 

qeyd  olunmuşdur.  Əsasən  də  bu  faktorun 

balıqların ektoparazitləri tərəfindən törədilən 

xəstəliklərlə  yoluxmasında  rolu  böyükdür. 

Belə təsərrüfatlarda kiçik göllərdə bir və ya 

bir  neçə  balıq  növünün  yüksək  sıxlıqda 

yerləşməsi  bu  parazitlərin  geniş  yayılma-

sına  səbəb  olur.  Qeyd  etmək  lazımdır  ki, 

cəmi bir növ balıq yetişdirilən təsərrüfatlarda 

dar  spesifikliyə  malik  xəstəlik  törədiciləri 

daha geniş yayılırlar. Əksinə, geniş spesifik-

liyə malik xəstəlik törədiciləri, məsələn ixti-



oftirius  müxtəlif  növlü  balıqyetişdirmə 

təsərrüfatlarında  geniş  yayılırlar.  Bununla 

yanaşı, onu da qeyd etmək lazımdır ki, çox 

da  böyük  olmayan  yeni  yaradılan  balıq- 

əmtəə təsərrüfatlarında yetişdirilən bir və ya 

bir  neçə  növdən  olan  balıqların  ektopa-

razitlərlə yoluxması həm ekstensivlik, həm 

də intensivlik cəhətdən xeyli zəif olmuşdur. 

Belə  vəziyyət  körpə  balıqların  xəstəliklərə 

qarşı tədbirlər aparılan təsərrüfatlardan alın-

ması  və  göllərin  sanitar-meliorasiya 

tədbirlərinə riayət edərək hazırlanması, özəl 

əmtəə-balıqçılıq  təsərrüfatlarında  balıqların 

keyfiyyətli,  vitaminlərlə  zəngin  yemlərlə 

yemləndirilməsi ilə izah edilə bilər.



41

Elmi-praktik jurnal   




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin