bAyTArlıq
Elmi-praktik jurnal
26
Müasir dövrdə respublika əhalisini ət və
süd məhsulları ilə təmin etmək ücün heyvan-
darlığın inkişafına daha ciddi diqqət ye tiril-
məlidir. Lakin bu işin müvəffəqiy yətlə həllini
bəzi obyektiv səbəblər, xüsusən mal-qara-
nın xəstəlikləri, o cümlədən yoluxmayan
daxili xəstəliklər ləngidir. Bu xəstəlik lərin
bir coxu hələ qədim zamanlardan öy rə nil-
miş və onlara qarşı mübarizə tədbirləri ha-
zırlanmışsa da, onlardan hələ öyrənilməyəni
və heyvandarlığa xeyli ziyan vuranı da var-
dır. Belə xəstəliklərdən biri də respublikada
ilk dəfə 1988-ci ildə qeydə alınmış qarama-
lın xroniki hematuriya xəstəliyidir.
Qaramalın xroniki hematuriya xəstəliyi
dünyanın əksər ölkələrində, Avropada (Yu-
nanistan, Macarıstan, Rumıniya, Fransa, Al-
maniya, İsvecrə, İngiltərə, İtaliya , Belcika),
Asiyada (Hindistan, Pakistan), Afrikada
(Keniya, Konqo), Amerikada (ABŞ, Ka-
nada, Kolumbiya) və Avstraliyada , Rusi-
yada (Şərqi Sibirin Kamcatka vilayətində,
Krasnoyarsk, Altay bölgələrində), Gürcüs-
tan və Ukranya Respublikalarında müəyyən
olunmuşdur. Azərbaycan Respublikasında
isə xəstəliyi Astara, Lerik, Lənkəran və Ma-
sallı rayonlarının dağlıq sahələrində yerləşən
təsərrü fatlarında qeydə alınmışdır.
Xəstəliyin yayılmasına dair əldə edilmiş
ədəbiyyat materiallarına əsasən dünya üzrə
başlıca bir ümumi cəhəti, onun bir qayda
olaraq subtropik iqlimli dağ-meşə sahələrində
saxlanılan heyvanlarda baş verməsidir.
Tədqiqatçılar qaramalın xroniki hematu-
riya xəstəliyini öyrənməyə başlayandan,
onun müalicə və profilaktikasına dair də ax-
tarışlar aparmışlar. Lakin etioloji faktor ay-
dınlaşdırılmadığından onlar effektli nəticə
verməmişdir. Məsələn bir qrup müəllif (Qing
1888, Butozan 1935, Bengir 1938) xronik
hematuriyalı xəstəni müalicə etmək üçün si-
dik kisəsini zəy, tanin, qurğuşun sirkə turşu-
sunun duzu, yod-qliserin məhlulları ilə yu-
mağı məsləhət biliblər. Digər qrup isə (Voner
1897, Settler 1928, Gvesitadze 1943, Cu-
buq və Qritesenko 1953) müalicə məqsədi
ilə ayıqulağı bitkisini, kalium yodu, kollar-
qolu, afenili, santonini, fenotiazini, qusdurucu
daşı, urotropini, streptosidi, metilen abısını
daxilə işlətməklə sınaqdan keçirmişlər. La-
kin göstərilən preparatların işlənməsindən
sonra xronik hematuriya ilə xəstə heyvanın
ümumi vəziyyətində yaxşılaşma əmələ
gəlmişsə də, xəstəlik müalicə olunmamışdır.
Tədqiqatçıların verdiyi məlumatlara görə
bu xəstəlikdə müalicənin effekti hematuriyanın
formasından aslıdır. Belə ki, onlar xəs təliyin
mikrohematuriya formasında simptomatik
müalicənin effekt verdiyini, makrohematu-
riya formasında isə vermədi yini qeyd edir-
lər. Yəni xəstəliyin bu formasında spesifik
müalicə vasitəsi hələ tapılmamışdır.
UOT 619:618.11.087.72
Dostları ilə paylaş: |