“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə36/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   32   33   34   35   36   37   38   39   ...   105
bAyTArlıq

   Elmi-praktik jurnal

28

ilə müqayisə edildi və patoloji prosesin sa-



ğalmaya  doğru  dəyişdirilməsi  dinamik 

tərzdə  təhlil  olundu. Axırda  isə  müalicənin 

effektlilik səviyyəsi müəyyən edildi.

Xroniki  hematuriya  xəstəliyinə  qarşı 

mübarizədə  xəstə  heyvanların  müalicəsi 

başlıca tədbirlərdən biridir. Lakin xəstəliyin 

etiologiyası  kimi  bu  da  hələlik  qəti  həll 

olunmamışdır.  Ona  görə  də  aparılacaq 

tədqiqat işləri ancaq bu sahəyə yönəldildi.

Xəstə  inəklər  alınan  Vizəzəmin  kəndi 

Lənkəran-Lerik şose yolunun üstündə, Lən-

kəran  çayının  kənarında,  meşəli  və  dağlıq 

sahədə yerləşir. Ərazi dağ-subtropik iqlimə 

malikdir.  Yerli  əhalidə  425  baş  qaramal, 

o  cümlədən  136  baş  inək  vardır.  İnəklər 

əksərən  qara-ala,  qalanı  isə  mələz  və  yerli 

cinsdən  ibarətdir.  Heyvanların  saxlama  və 

yemləndirilməsi  primitivdir.  Yazın  ikinci 

yarısı,  yay  ayları,  payızın  birinci  yarısında 

heyvanların yemləndirilməsində əsasən  çay-

kə narı, meşə otlaq sahələrindən istifadə olu-

nur,  inəklərə  əlavə  olaraq  qüvvəli  yem  də 

verilir.  Qış  saxlama  şəraitində  isə  quru  ot, 

küləş və qüvvəli yem verilir. 

Qaramalın, xüsusən inəklərin yem payın-

dakı yaşıl və quru ot bir qayda olaraq həmişə 

Orlyak Ayıdöşəyi bitkisi ilə qarışıq olur.

Kənd  əhalisinin  qaramal  naxırı  ümumi 

klinik  müayinədən  keçirildikdə  22  baş 

inəkdə,  2  baş  düyədə,  bir  baş  törədici  bu-

ğada  makrohematuriya  (açıq),  sidiyin  mik-

roskopik  müayinəsində  isə  87  baş  inəkdə, 

27 baş düyədə və 4 baş buğada mikrohema-

turiya  (gizli)  müəyyən  edildi.  Xroniki  he-

maturiya  xəstəliyində  müalicə  məsələsini 

həll  etmək  üçün  təcrübə  75  gün  davam 

edildi.  Bu  müddətdə  onlarda  cəmi  18  gün 

ərzində  4  müalicə  kursu  aparıb  aşağıdakı 

nəticələri əldə etdik. Xroniki hematuriya ilə 

spontan  xəstə  inəklərin  müalicəsindən 

əvvəlki  müayinə sində  müəyyən  edildi  ki, 

onlarda klinik göstəricilər – bədənin ümumi 

hərarəti, nəbzin və tənəffüsün miqdarı fizio-

loji  norma  daxilində  dəyişir  və  belə 

vəziyyət 

hətta 


müalicədən 

sonrakı 


müayinələrdə də qeydə alınır. Bundan başqa 

heyvanların yem, su qəbulu, iştahası da nor-

mada olur.

Bununla  belə  təcrübə  altında  olan  hər 

3 baş inəkdə kəskin arıqlıq, görünən selikli 

qişaların  anemik  və  işgənbənin  hipotonik 

vəziyyətləri, taxikardiya, ürək tonlarının küt-

ləşməsi və s. müşahidə olundu. Çox səciyyəvi 

dəyişiklik qanın, sidiyin göstəri cilərində gö-

ründü. Belə ki, hemoqlobinin, eritrositlərin 

miqdarı kəskin dərəcədə azalmış (50-60%), 

protrombinin, qələvi fosfotazanın göstərici-

ləri  artmış,  katalaza  və  peroksidaza  göstə-

riciləri  isə  azalmışdır.  Bütün  bunlar  qara 

ciyərin oksidləşdirici, antitoksik və s. fəaliy-

yətlərinin zəifləməsini göstərən amillərdir.

Sidiyin  göstəriciləri  xəstəliyə  xas  olan 

əlamətləri  daha  aydın  göstərdi.  Yəni  sidik 

tünd  şabalıdı,  qırmızı  rəngdə,  bulanıq, 

çoxlu miqdarda qan qarışığı (makrohematu-

riya)  ilə  ifraz  olunur.  1437  və  1222  №-li 

inək lərlərdə arabir sidikdə barmaq yoğunlu-

ğunda  və  uzunluğunda  laxtalanmış  qan  if-

razı da qeydə alındı.

Sidikburaxma aktları tezləşmiş və ağrılı 

keçir.  Sidik  çöküntülərinin  müayinəsində 

əsasən  eritrositlər,  böyrəklər,  sidik  axarları 

və  sidik  kisəsinin  epiteli  hüceyrələri  və 

qələvi duzların kristalları aşkar edildi.

Patoloji prosesin ağır formada getdiyini 

göstərən  əlamətlərdən  biri  də  təcrübə  hey-

vanlarında aşkar edilən proteinuriyadır. Bu-

nun səviyyəsi yüksək olmaqla 1,39 q faizə 

qədər artmışdır. Sidikdə bilirubin və urobi-

lin ifrazı isə müşahidə olunmadı.

Qeyd  olunanlardan  aydın  olur  ki, 

təcrübə də olan inəklərin klinik, hematoloji 

və uroloji göstəricilərində xəstəliyə xas olan 

çox kəskin dəyişikliklər vardır.

Təcrübə heyvanlarında müalicə əməliy-

yatlarına  başlayandan  sonra  yuxarıda  qeyd 

olunan patoloji göstəricilər fizioloji normaya 




29

Elmi-praktik jurnal   




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin