bAyTArlıq
Elmi-praktik jurnal
58
Fasciola gigantica-ya, Hipoderma bovis,
Hipoderma lineatum mozalan sür fələrinə və
iri və xırda buynuzlu heyvanlarda para zitlik
edən Oestrus ovis-ə qarşı fəaldır.
Klozantel prepartaları əsasən iri və xırda
buynuzlu heyvanlarda endo- və ekto para-
zitlərin müalicə və profilaktikası məqsədi
ilə işlədilir. Lakin ədəbiyyatda onların at-
larda (Guerrero J. et all., 1983) və hətta
dəvələrdə də (Qudah K.M. et all., 1999)
tətbiq edildiyi göstərilir. Lakin tərkibində
klozantel olan preparatların keçilərdə tətbiq
eidlməsi məsləhət görülmür (Anon, 1990).
Bir sıra tədqiqatçıların (Dzakula N.,
Rapic.D, Zukovic.M., 1984; Cankovic M.
et all., 1986) göstərdiklərinə görə klozantel
preparatları trematodlardan Dikroselilərə
qarşı, Rolfe P.F., Boray J.C., (1987), Dor-
chies P. (1988), Rolfe P.F., Boray J.C.
(1993) qeyd etdiklərinə görə isə Parafistom-
lara qarşı zəif təsir göstərir.
Başqa salisilanidlər kimi klozantel də
parazit orqanizmində oksidləşmə yolu ilə
fosforlaşdırma və elektronların ötürülməsi
proseslərini pozaraq parazitin məhvinə
səbəb olur.
Parenteral yolla yeridilmiş preparat
inyeksiya yerindən tez sorularaq orqan və
toxumalara yayılır. Klozantelin qanda mak-
simal konsentrasiyası preparat inyeksiya
edildikdən 12 saat sonra müşahidə edilir.
Buzovlara əzələ içərisinə 2,5 mq/kq
dozada vurulmuş klozantel ən əvvəl böy-
rəklərdə aşkar edilmişdir. Preparat veril-
dikdən 14, 28 və 42 gün sonra qaraci-
yərdə dəyişikliyə uğramamış klozantelin
miqdarı müvafiq olaraq 1,54; 1,43 və 0,56
mq/kq; böyrək lərdə 2,84; 2,93 və 1,39
mq/kq; piydə 2,08; 1,97 və 2,36 mq/kq
və əzələlərdə 0,67; 0,70 və 0,29 mq/kq
olmuşdur. Sağmal inəklərə klozantel vu-
rulduqda onun südlə ixrac edilməsi uzun
müddət davam edir (FAO/BST-nin 40-cı
məruzəsi, 1991).
Davarlara 5 mq/kq dozada vurulmuş
klozantelin dəyişikliyə uğramamış miqdarı
28 gündən sonra qaraciyərdə, böyrəklərdə,
piy və əzələ toxumasında müvafiq olaraq
0,7; 1,2; 0,4 və 1,1 mq/kq olmuşdur. İri
buynuzlu heyvanlarda olduğu kimi xırda
buynuzlu heyvanlarda da az miqdarda
meta bolizmə uğrayır. Davarların qaraciyə-
rində aşkar edilmiş klozantelin qalıq miq-
darının 61-71 %-ini dəyişikliyə uğramamış
klozantel, qalan hissəsini isə 2 izomer: 3 –
və 5-monoyodoklozantel təşkil etmişdir. İri
buynuzlu heyvanlarda isə qaraciyərdə meto-
bolitin əsasını yalnız 3 – monoyodoklozan-
tel təşkil etdiyi müəyyən edilmişdir.
İri və xırda buynuzlu heyvanlarda klo-
zantel az miqdarda fekali ilə klozantelin
sulfat konyuqat törəməsi şəklində ixrac olu-
nur. Klozantin iri buynuzlu heyvanlara 10
və 20 %-li 5 və 15 mq/kq (t.e.m) dozada və
xırda buynuzlu heyvanlara 7,5 və 2,25 mq
dozada dəri altına vurulduqda heyvanların
davranışında, yem qəbul etməsində, nəb-
zində, tənəffüsündə və bədən temperatura-
sında heç bir dəyişiklik müşahidə edilmə-
mişdir (Novik T.S., Radionov A.A., 2004).
Klozantinin 10 və 20 %-li məhlulunu
terapevtik dozada əzələ içərisinə və
dərialtına vurduqda iri və xırda buynu-
zlu heyvanlarda ağrı reaksiyası baş ver-
mir. İri buynuzlu heyvanların 20-40 %-də
dəri altına vurulmuş 10 və 20 %-li preparat
şişkinlik şəklində və palpasiya zamanı ağrı
verən yerli reaksiyaya səbəb olur. Lakin
heç bir müalicə müdaxiləsi edilmədən bu,
7 günədək öz-özünə keçib gedir.
Dostları ilə paylaş: