Şəhla Məmmədova:
- 12 ildir ailəmizlə birgə
bu düşərgədə istirahət
edirik. Xidmətin səviyyəsi
bizi qane edir. Qaynatam
Fəxrəddin müəllim və həyat
yoldaşım Fuad universitetdə
çalışırlar. Sakitçilik və ra-
hatçılıq olduğuna görə hər
il istirahət üçün bura üstün-
lük veririk. Uşaqlarımız elə
burada böyüyüblər. Təşkil
olunmuş bütün yarışlarda
iştirak edir. Bu il də oğlum
Ceyhun Məmmədov atıcılıq
üzrə yer tutdu.
Ürfanə Nağıyeva (Ağciyər xəstə-
likləri kafedrasında baş laborant):
- “Təbib”də 2-ci ildir isti-
ra hət edirik. Şərait ürə-
yimizcədir. Xidmət də, ye-
məklər də, istirahət də əladır.
Uşaqlarımız da razıdır. Bu-
rada yeni dostlar tapıblar.
Düşərgədən gedəndən son-
ra da bir-biriləri ilə əlaqə
saxlayırlar.
Bir sözlə, istirahət edənlər
çıxışları zamanı xoş və
mənalı istirahətə görə uni-
versitet rəhbərliyinə, o
cüm lədən rektor, professor
Gəray Gəraybəyliyə, HİK-
nin sədri Cahangir Qası-
mova, düşərgənin rəisi Sa-
mir Yaqubova və yeməklərə
nəzarət edən Xətai Novruzo-
va təşəkkürlərini bildirdilər.
C.Qasımov əməkdaşların
istirahətini diqqətdə saxla-
yan rektorun tövsiyə və tap-
şırıqlarını sakinlərə çatdı-
raraq bildirdi ki, düşərgədə
nəzərəçarpacaq yeniliklərin
edilməsi planlaşdırılır. İlk
növbədə müasir standartla-
ra uyğun yeməkxana komp-
leksinin inşası, korpusların
əsaslı təmiri, müvəqqəti
yaşa yış şəraitinin yaxşılaş-
dırılması və xidmətin daha
yüksək səviyyədə təşkili
nəzərdə tutulub.
Biz də insanlara bir ra-
hatlıq bəxş edən “Təbib”
İstirahət Düşərgəsindən ay-
rılıb, qızmar Bakıya üz tutu-
ruq. Amma əminik ki, onlar
paytaxtın qızmar havasının
dözülməzliyinin cəngindən
qurtularaq düşərgədə mənalı
istirahət edə biləcəklər.
Dostları ilə paylaş: |