http://www.amu.edu.az
31 avqust 2016-cı il
6
Mütəxəssis sözü
İ
nsanların qaraciyərində
problem olanda, onları ən
çox sirroza tutulmaları nara-
hat edır. Çünki sirroz zamanı
qaraciyərin normal fəaliyyətini
təmin edən hüceyrələrin miq-
darı artır və qaraciyəri sıradan
çıxarır. Əhali arasında sirrozun
müalicəsi olmayan və ölümlə
nəticələnən bir xəstəlik olması
haqqında fikir formalaşıb. Hal-
buki, peşəkar həkimlər artıq sir-
rozdan qorxmamağı məsləhət
görürlər.
ATU-nun Tədris Cərrahiyyə
Klinikasının I cərrahi xəstə-
liklər kafedrasının müdi-
ri, AMEA-nın müxbir üzvi,
professor Nuru Bayra mov-
la müsahibəmiz məhz bu
xəstəliklə bağlıdır.
Nuru Bayramov bildirir ki, sirroz
qaraciyərin son dövr xəstəliyidir:
- El arasında buna bərkimə də
deyirlər. Tibbi dildə isə “normal
qaraciyər toxumasının fibroz və
ya birləşdirici toxuma ilə əvəz
olunması” adlandırılır. Normal
toxuma sıradan çıxır, onun yeri-
ni birləşdirici, sərt toxuma tutur.
Beləliklə, 2 proses baş verir. Bir
tərəfdən qaraciyərin öz toxuması
azaldığı üçün funksiyasını yetərli
dərəcədə yerinə yetirə bilmir, digər
tərəfdən isə bərkidiyi üçün damar-
lar sıxılır. Nəticədə mədə-bağırsaq
sisteminin qan axını problemi-
durğunluq yaranır ki, buna da por-
tal hipertenziya deyilir.
Portal hipertenziya özünü qarına
su yığılması, damar genişlənməsi,
dalağın böyüməsi ilə göstərir.
Qaraciyərin əksər xroniki uzun
sürən xəstəlikləri sirroza gətirib çı-
xara bilər. Ona görə də bir xəstədə
sirroz varsa, həm sirrozun səbəbini
tapmaq, həm də onun ağırlıq
dərəcəsini axtarmaq lazımdır.
Dostları ilə paylaş: