Klassik idarəetmə məktəbinin nümayəndələri idarəetmənin funksiyalarını aşağıdakı kimi
təsnifləşdirmişlər:
1) Planlaşdırma.
2) Təşkiletmə.
3) Motivləşdirmə.
4) Nəzarət.
5) Marketinq.
Onlar idarəetmənin 3 üsulunu təklif edirdilər.
1) İqtisadi üsul.
2) İnzibati üsul.
3) Sosial-psixoloji üsul.
Klassik idarəetmə məktəbinin təklif etdiyi rəhbərlik üslubları isə aşağıdakılardır:
1) Avtokrat üslub.
2) Liberal üslub.
3) Demokratik üslub.
İnsani münasibətlər məktəbi hər bir işçiyə fərdi qaydada yanaşmanı tələb edir. Buna görə də
onların fərdi xüsusiyyətləri nəzərə alınmalı, təlabatı, bacarığı, qabiliyyəti, səriştəsi, psixologiyası
ayrı-ayrılıqda müəyyən olunmalıdır.
Bu məktəb idarəetmənin və fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə maddi
və mənəvi
həvəsləndirməni, idarəetmədə insan amilini,
iş şəraitini, ictimai münasibətləri nəzərə almağı zəruri
hesab edir.
Müasir idarəetmə məktəbi idarəetmə məktəbləri arasında ən mütərəqqi səciyyə daşıyır. Bu məktəb
kompüter texnologiyasını, avtomatlaşdırmanı,
riyazi-iqtisadi modelləri, rabitə texnologiyasını
menecmentə gətirdi. Bu proseslər idarəetmənin inkişafı və bu sahədə səmərəliliyin yüksəldilməsi
üçün böyük əhəmiyyətə malik olmuşdur. Çünki informasiya sistemləri və kompüter texnologiyası
idarəetmə sahəsində də yeniliklərin həyata keçirilməsinə səbəb olur.
İdarəetmə məktəbləri idarəetmə elminin formalaşması və inkişafında həmişə böyük rola malik
olmuşdur. Çünki bu məktəblər idarəetmə elminin müxtəlif
tərəflərini öyrənmiş, bu sahədə xeyli
tədqiqatlar aparmış və problemləri araşdırımışdır. Onu da qeyd edək ki, idarəetmə elminin hazırki
duruma gəlib çıxmasını idarəetmə məktəblərinin elmi fəaliyyətinin nəticəsi
kimi qiymətləndirmək
lazımdır.
Dostları ilə paylaş: