Menecment- mühazir ə mətnləri [ ]



Yüklə 203,81 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix30.10.2022
ölçüsü203,81 Kb.
#66842
1   2   3   4   5   6   7
Menecmentin metodları
Plan
 
Metod yunan sözü olub üsul deməkdir. Bütün elmlərdə olduğu kimi idarəetmə elminin də 
metodları vardır. Bu metodlar idarəetmə elminin öyrənilməsinin, bu elmdən irəli gələn funksiyaların 
və prinsiplərin həyata keçirilməsinin üsuludur. İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə 
obyektinə təsir mexanizmidir. İdarəetmə metodunun başlıca məqsədi idaretmə prosesinin düzgün 
təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün müasir texnikadan, əməyin və 
istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən ibarətdir. İdarəetmə metodu 
idarə edilən sistemə necə, hansı üsul və vasitələrlə təsir etmək lazım olduğunu bildirir. 
İdarəetmə metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və kompleks idarəçilik 
funksiyalarının icrası ilə əlaqədardır. Ona görə də idarəetmə metodu idarəçilik fəaliyyətinin icra 
edilməsi vasitəsidir. İdarəetmə metodları strateji inkişaf vəzifələrinin, iqtisadi qanunların tələblərinin 
həyata keçirilməsi metodudur. İdarəetmə metodları həmçinin qanun və prinsiplərdən istifadə olunma 
formasıdır. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakteri və 
məzmunundan asılıdır.
İdarəetmənin üç əsas metodu vardır:
1) İqtisadi metod.
2) Inzibati-sərəncam metodu.
3) Sosial-psixoloji metod.
1) İdarəetmə məqsədlərinə nail olmaq üçün cəmiyyətin iqtisadi qanunlarından istifadə edilməsi 
və obyektiv iqtisadi mənafelərin nəzərə alınması əsasında təsərrüfatçılığın həyata keçirilməsi 
metodlarına idarəetmənin iqtisadi metodları deyilir. İqtisadi metod idarəetmə obyektinin müəyyən 
tərəflərinə − istehsalın təşkilinə və onun
nizama salınmasına, idarəetmə fəaliyyətinin həyata 
keçirilməsinə, kollektivin və onun üzvlərinin maddi-mənəvi marığına təsir edir, istehsalın ahəngdar 
olmasına xidmət edir. İqtisadi metod ilə planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı, qiymət, maddi 
həvəsləndirmə, maya dəyəri, mənfəət, gəlir və başqa mexanizmlər məqsədyönlü təsirə çevrilir. İqtisadi 
metodlar ehtiyatların qənaətinə, maya dəyərinin aşağı salınmasına, mal və xidmətlərin keyfiyyətinin 
yaxşılaşdırılmasına, gəlirin və mənfəətin həcminin artırılmasına, əmək qabiliyyətinin yüksəldilməsinə 
yönəldilir. Buna görə də bəzi ədəbiyyatlarda iqtisadi metodlar təhriketmə metodları kimi adlandırılır.
İqtisadi metodlar bazar sistemində aparıcı mövqeyə malikdir. Bu metodlar vasitəsilə firmaların 
fəaliyyətinə təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır.
İqtisadi metodlar aşağıdakı kimi təsnif olunur.
1) Kommersiya hesabı;
2) Təsərrüfat daxili hesablaşmalar;
Kommersiya hesabı müəssisə və təşkilatın digər müəssisə və təşkilatlarla iqtisadi əlaqələrini, 
münasibətlərini, hesablaşmalarını əhatə edir.


Təsərrüfat daxili hesablaşmalar isə müəssisənin daxili struktur bölmələri arasında (məsələn, istehsal, 
satış, marketinq, təchizat şöbələri, sexlər, anbarlar və s. arasında) olan münasibətləri və hesablaşmaları 
əhatə edir.
İdarəetmənin iqtisadi metodları iqtisadi qanunların, prinsiplərin və müddəaların praktikada istifadə 
edilməsi mexanizmidir. Bütövlükdə bu metodların resursların bölüşdürülməsi, firmanının iqtisadi 
inkişaf istiqamətlərinin düzgün
seçilməsi, planlaşdırma və iqtisadi təhlilin elmi səviyyəsinin 
yüksəldilməsi üçün böyük əhəmiyyəti vardır.
2) İdarəetmə fəaliyyətində inzibati-sərəncam metodunun
həyata keçirilməsi olduqca vacib və 
əhəmiyyətli məsələlərdən biridir.
İnzibati-sərəncam metodlarından dövlətin, cəmiyyətin qanunlarına, əmək qanunvericiliyinə, habelə 
sahibkara verilən səlahiyyətlərə əsasən istifadə edilməlidir. Öz növbəsində bu qanunları, qaydaları və 
aktları pozan sahibkarlar və mütəxəssislər məsuliyyət daşıyırlar.
İnzibati-sərəncam metodu hakimiyyətçilik səlahiyyətinə malik olduğuna görə normativ-sərəncam 
xarakteri daşıyır və onun yerinə yetirilməsi məcburidir. İnzibati-sərəncam metodlarının obyekti geniş və 
çoxcəhətlidir. Lakin bunu müəyyən istiqamət üzrə təsnifata ayırmaq olar. Normativ-sərəncam metodu 
iki təsir metoduna ayrılır:
1) İnzibati-təsir metodu;
2) Sərəncam-təsir metodu;
İnzibati-təsir metodunun köməyi ilə istehsal sahələrinin təşkili sistemi, onların idarəetmə orqanları, 
əməyin təşkili formaları, işçi-rəhbər münasibətləri formalaşdırılır və təkmilləşdirilir.
İnzibatçılıq dedikdə, yüksək idarəetmə bacarığı və qabiliyyəti başa düşülür. İnzibatçılıq həm nəzəri 
biliklə, həm də praktik vərdişlərə sahib olmaqla formalaşır. Beləliklə, inzibati-təsir metodunun başlıca 
xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
a)
idarə olunan obyektə birbaşa və bilavasitə təsiretmə qaydası;
b) qərar və sərəncamların operativ qaydada işlənməsi və həyata keçirilməsi;
c) müvafiq qanunların və normativ sənədlərin lazımı səviyyədə, qaydada yerlərə tətbiq edilməsi;
d) bu və ya digər situasiyaların eyni qaydalı həlli;
e) rəhbər işçilərin, menecerlərin, sahibkarların tabeçilikdə olan işçilərin, icraçıların iradəsinə 
müstəqim təsir edə bilməsi;
İnzibatçı rəhbər rəhbərlik etikasına ciddi riayət etməlidir. Yəni işçilərlə davranışında ədalətli və 
nəzakətli olmalıdır, işçini dinləməyi bacarmalıdır, ciddi olmalıdır, işçilərin tənqidi çıxışlarına qulaq 
asmalıdır, qanunvericiliyə dürüst riayət etməlidir.
İnzibati metodun reqlamentləşdirmə, təlimatlandırma və nizamlan-dırma xüsusiyyətlərini 
fərqləndirmək lazımdır. Reqlamentləşdirmə funksiyası dedikdə təşkilati struktur bölmələrinin və ya 
şöbələrinin yaradılması, əmək bölgüsünün həyata keçirilməsi, şöbələrin əsasnamələrinin hazırlanması, 
müəssisənin konsepsiyasının tərtib olunması, iş vaxtı normalarının, material normativlərinin, daxili 
nizam-intizam qaydalarının müəyyən edilməsi başa düşülür.
Təlimatlandırma xüsüsiyyəti ayrı-ayrı şöbələrin, strukturların, vəzifələrin icrasının təlimatlarının 
hazırlanması, işçilərin nizam-intizam qaydaları ilə, qanun və normativ sənədlərlə təlimatlandırılması və 
s. ilə əlaqədardır.
Nizamlandırma funksiyası isə qanunlara, qaydalara əməl edilməsinə nəzarət olunması ilə 
əlaqədardır. 
Sərəncam metodu qanunlara, əsasnaməyə, təlimatlara, normativ sənədlərə və s. əsaslanaraq 
həyata keçirilir. Bu metodun təsir vasitələri əmrlər, sərancamlar, göstərişlər, tapşırıqlar və s. hesab 
edilir. Bu metod idarə edən və idarə olunan sistemlərin qarşılıqlı əlaqələrini, onların tənzimlənməsi 
qaydalarını müəyyən edir.
Sərəncam metodu müəssisə aparatı və istehsalda çalışan bütün işçilərin səmərəli, intizamlı 
fəaliyyəti, əmək, istehsal və dövlət intizamına əməl edilməsini, təşkilatçılıq fəaliyyətini yerinə yetirir. 


Sərəncamvermə metodu idarəetmənin bütün fəaliyyətinə aiddir. İdarəetmənin funksiyaları bu metodun 
tətbiqi olmadan yerinə yetirilə bilməz.
3) Sosial-psixoloji metod.
Müasir şəraitdə sosial-psixoloji metoda idarəetmə prosesində daha çox əhəmiyyət verilir. 
Sosial-psixoloji metod işçi heyətinin və onun üzvlərinin sosial və psixoloji maraqlarına təsir göstərmək 
vasitəsidir.
Sosial-psixoloji metod 2 cür təsnifləşdirilir: 
1)
Sosial metod.
2)
Psixoloji metod.
Psixoloji metod özü aşağıdakı kimi təsnifləşdirilir:
1) Kollektivin siyasi, ideoloji və mənəvi tərbiyələndirilməsi;
2) Kollektiv ənənələrinin və adətlərinin qorunması və inkişaf etdirilməsi;
3) Kollektiv üzvlərinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması;
4) Kollektiv üçün mədəni, kütləvi tədbirlərin keçirilməsi;
5) Fərdi qabiliyyət və peşəkarlığın qiymətləndirilməsi;
Sosial metod isə aşağıdakı kimi təsnifləşdirilir:
1) Kollektiv sosial inkişafının planlaşdırılması;
2) Maddi yardımların göstərilməsi;
3) Maddi həvəsləndirmənin həyata keçirilməsi;
Sosial metod müəssisədə sosial inkişafı nəzərdə tutmaqla idarəetmənin həyata keçirilməsini 
tələb edir. Sosial inkişaf işçinin təmin olunması, onun sosial qayğısına qalmaq, həyat səviyyəsini 
yüksəltmək prosesini əhatə edir
Psixiloji üsul
fərdlərin, qrupun və kollektivin psixologiyasına təsir etməklə idarəetmə 
fəaliyyətinin həyata keçirilməsidir. İdarəetmənin bu metodu kollektiv arasında psixoloji əhval 
ruhiyyə yaratmaqla istehsalın inkişafına, keyfiyyətin yaxşılaşdırılmasına və insanlar arasında 
birgə fəaliyyətin və digər münasibətlərin tənzimlənməsinə yönəldilir. Psixoloji metod aşağıdakı 
tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Psixoloji metod kadrların seçilməsinə, yerləşdirilməsinə, əməyin elmi təşkilinə 
yönəldilməklə, onların savadını, qabiliyyətini, davranışını, intellektual səviyyəsini, intizamını, 
mədəniyyətini, qətiyyətini və digər xüsusiyyətlərini nəzərə alır və fərqləndirir.

Yüklə 203,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin