Yanaşmalar
|
Anlayışı
|
İnteqrasiya (birləşmə)
baxımı
|
Inteqrasiya baxımı: menecment sisteminin ayrı-ayrı yarımsistemləri və elementləri arasında; menecmentin obyektinin həyat tsiklləri arasında; şaqulu menecment səviyyələri arasında; üfüqi menecment subyektləri arasında tədqiqatların və əlaqələrin güclənməsinə istiqamətlənir.
|
Kompleks
yanaşma
|
Yanaşma tətbiq edilən zaman menecmentin texniki, ekoloji, iqtisadi təşkilati, sosial-psixoloji, hətta siyasi və demoqrafik aspektləri, habelə onların qarşılıqlı əlaqələri nəzərə alınmalıdır.
|
Proses kimi
yanaşma
|
Bu yanaşma zamanı menecmentin funksiyalarına qarşılıqlı əlaqədə baxılır. Menecment prosesi bütün funksiyaların ümumi cəmidir, fasiləsiz qarşılıqlı əlaqəli fəaliyyətdir Menecment prosesi təşkilati sistemin dinamik xüsusiyyətlərini əks etdirir (kəsilməz hərəkətlər silsiləsindən ibarətdir).
|
Sistem kimi
yanaşma
|
Sistem yanaşması nəzərdə tutur ki, rəhbərlər təşkilata bir-biri ilə qarşılıqlı əlaqədə olan, - məsələn: insanlar, quruluş, qoyulan məsələ, texnologiya – elementlərin məcmusu kimi baxsın.
|
Situasiyalı
yanaşma
|
Bu halda müxtəlif idarəetmə metodlarının yararlılığı və qərarların qəbul edilməsi konkret situasiya ilə müəyyən edilir.
|
Təkrar
istehsal
yanaşma
|
Bu yanaşma konkret bazarın tələbatının təmin edilməsi üçün həmin bazarda olan ən yaxşı analoji mallara nisbətən faydalı səmərənin bir vahidinə düşən daha az məcmu xərclərlə malların daim istehsalına istiqamətlənir.
|
Dinamik
yanaşma
|
Bu zaman idarəetmə obyektinə inkişaf, səbəb-nəticə əlaqələri və tabeçilikdə fəaliyyətdə olan obyekt kimi baxılır, 5-10 il və daha çox keçmiş zamanlara nəzər salınır, retrospektiv təhlil aparılır və perspektiv üçün proqnozlar işlənilir.
|
Normativ
yanaşma
|
Bu yanaşmanın mahiyyəti müvafiq idarəetmə normativlərinin müəyyən edilməsi ilə bağlıdır. Burada: nəzarət və keyfiyyət, keyfiyyətli əməyi stimullaşdırma, müxtəlif növ resurslarla təminatı və səmərəli istifadə olunma normativləri və s. aiddir.
|
Funksional
yanaşma
|
Bu zaman tələbata funksiyaların toplusu kimi baxılır və tələbatın ödənilməsi üçün həmin funksiyalar yerinə yetirilməlidir.
|
Alternativ-əşya
yanaşma
|
Bu yanaşma zamanı mövcüd obyekt səmərələşməyə məruz ki q qalır ki, obyektin strukturunun və onun iş prinsipinin
kökündən yaxşılaşmasına imkan olmur
|