Işin prezentasiyası
124
6. ELMİ İŞLƏRİN NƏTİCƏLƏRİNİN PREZENTASİYASI
Elmi işlərin qoyulmuş tələblərə uyğun hazırlığından sonra o mütə-
xəssislərdən ibarət komissiya qarşısında şifahi müdafiə olunmalıdır. Ali
təhsil ocaqların profilindən və qoyulmuş məqsədindən asılı olaraq elmi
işlərin prezentasiyasına müxtəlif yanaşmalar ola bilər. Ancaq ümumilikdə
aşağıda izah olunan mərhələlər çox zaman bütün elm sahələri üçün xasdır.
Ə
lbəttə ki, uğurlu prezentasiyanın incəlikləri öyrənilməlidir. Ali təhsili
başa vurduqdan sonra elə sahə yoxdur ki, mütəxəsis fəalliyyəti zamanı hər
hansı bir işin nəticəsini prezentasiya etməsin. Bəziləri bunu hər gün, digər-
ləri isə işdən asılı olaraq lazım gəldikdə icra edirlər. Prezentasiyanın əsas
üsulları təhsil prosesində tədris olunur. Ona görə də, tələbələr əsasən ali
məktəbdə keçirilən seminarlarda və həmçinin elmi işlərin nəticələrinin
təqdimatında prezentasiya texnikasına yiyələnmək imkanından geniş
istifadə edərək publika qarşısında inamlı, kompetensiyalı və inandırıcı çıxış
vərdişlərinə yiyələnə bilər.
Təqdim olunan işin bu bölməsində layihə, diplom və dissertasiya
işlərinin müdafiəsindən, elmi tədbirlərdə moderasiyanın vacibliyi,
müzakirələrdə lazım olan məlumatların mənimsənilməsindən ibarət ritorik
üsullardan söhbət açılır. Elmi işlərin prezentasiyası təhsil prosesinin tərkib
hissəsi sayılır. Buna hərtərəfli hazırlıq və sərbəst çıxışetmə qabiliyyəti elmi
nəticələrin dəqiq və yığcam təqdim edilməsi qədər vacibdir. Prezentasiyalar
ritorik qabiliyyət və prezentasiya texnikasından mükəmməl istifadə vərdiş-
lərini tələb edir. Şifahi çıxış zamanı müəlim və ya digər dinləyicilər kiçik
zaman kəsiyində elmi prezentasiyadan araşdırılan bütün elmi aspektlər
haqqında qısa və yığcam məlumat əldə etmək istəyirlər. Kompakt çıxış
dəqiq planlanmalıdır. Burada, işlənmiş mətnin sadəcə slaydlara köçürül-
məsi ilə işi bitmiş hesab etmək olmaz. Çıxışın məzmunca hazırlığı ilə
bərabər çıxış zamanı aydın və maraqlı danışmaq qabiliyyəti uğurlu çıxışın
tərkib hissəsidir.
Dostları ilə paylaş: