86
Pur Sufyani açıb
dinə xəyanət əlini,
Uzadıb pak əlimə sülhü-məvəddət əlini,
Verə heyhat Hüseyn zalıma bey`ət əlini,
Ola gər əllər al-qanlı əlvan, kəsilə.
Əl əgər düz əl
ola qiymətə gəlməz elə əl,
Pakdil şəxsə çətindir verə napak ələ əl,
Leyk bir üzri-müvəccəhdi verəm becdələ əl,
Bu günahın əli xoşdur gecə pünhan kəsilə.
Aləmi-zərridən aşiqdi bu sövdayə başım,
Döndərə mətbəxi bir vadiyi sinayə başım,
Nizə başında gedə duri-nəsarayə başım,
Bilələr haqqımı söz qurtula, ünvan kəsilə.
Qoymaram dəysin əcanib əli din pərçəminə,
Din yolunda verərəm Əsğərimi ox dəminə,
Ağlasın xırda
uşaqlar gərək Əsğər qəminə,
Gül boğazın biçə xəncər kimi peykan, kəsilə.
Altı aylıq balam axır ox ucundan süd əmər,
Qan içində çabalar, əllərim üstə süd əmər,
Ay batar, ulduz axar, qana batar qursi-qəmər,
Nə olu zahirdə mənə çarəvü imkan kəsilə.
Etməsəm dinimə nüsrət, olur çox nəng mənə,
Yoxdu qorxum tuta dünyanı ədu tək mənə,
Var Əbülfəzl
kimi sahibi-örnək mənə,
Qoymaz əldən ələmi ta ələ qoldan kəsilə.
Delxoşam ta yaralı cismimə qan bəstər ola,
Bu muqəddəs başımın balışı xakəstər ola,
87
Gah yerim nuki cidalar gahi təşti-zər ola,
Həqqim isbat ola, rədd etməyə bürhan kəsilə.
Hər bəla gəlsə güvaradı mənə, yox demərəm,
Azdı hər qədəri yarə dəysə mən
çox demərəm,
Ox gəlib qəlbimə sancılsa xoşam, ox demərəm,
Del gərək eşqilə ləbriz ola, nöqsan kəsilə.
Badeyi-kibri Yəzidi eləyib məsti xumar,
Məclisə hazır edib musiqi və şürbü qumar,
Dini baziçə edib əldə o bişərmü-vüqar,
Küfrə tərvic verir rişəyi-iman kəsilə.
Başımı təşnə qəfadan kəsəcəklər bilirəm,
Hamı ağlar mənə mən qəlbidə şadam gülürəm,
Hamı bilsin ki,mən İslam yolunda ölürəm,
Səltənət fikri yoxum,qoy rəhi-böhtan kəsilə.
Zülm bünyanını viran eləməkdir nəzərim,
Zülm oduyla
bu məram üstə yanar xeymələrim,
Mən gedən xətt ilə məşyi eyləyəcək şiələrim,
Zalım olmazlar əgər bağları ətşan kəsilə.
Ey Kərimi, sənə tofiq verib rəbbi-cahan,
Lütf
edib hüsne rəqəm, tündü-qələm, təb`i-rəvan,
Həsrətim bir budu dünyada verən vəqtə can
Şah gələ yanıva cismindən o dəm can kəsilə.