110
Peyğəmbər ilə etməyin ədavət.
Həzrət Əbulfəzl (ə) (Cuş)
Əbəlfəzləm, vəfa dəryasıyam mən,
Bu çöldə təşnələr səqqasıyam mən.
Əgər sağ qol düşübdür peykərimdən,
İtaət eylərəm öz rəhbərimdən,
Ciyər qanı tökülsə gözlərimdən,
Kənara çıxmaram bu səngərimdən,
Qitalın şir bi pərvasıyam mən.
Bu tezliklə yıxılmaz Heydər oğlu,
Təlaş eylər ölüncə səfdər oğlu,
Məhi salaridir Peyğəmbər oğlu,
Olubdur qət`ə-qət`ə Əkbər oğlu,
Oğulsuz sərvərin arxasıyam mən.
Bu qədər vurmayın tirü-xədəngi,
Həras etməz
ölümdən mərdi-cəngi,
Mənəm lərzan edən bu tip vəhəngi,
Əgərçe şəhdimə qatdız şərəngi,
Hüseynin xəncər almasıyam mən.
Əgərçe qollarım düşdü
bədəndən,
Əgərçe qəlbim odlandı mühəndən,
Əgərçe kam alırsız indi məndən,
Bilin qorxmaz hüma zağü-vəzəqdən,
Şücaət qafın ənğasıyam mən.
111
Hüseynin bargahında vəzirəm,
Bəni-haşim ara mahi-münirəm,
Fədakaram, vəfadaram, şəhirəm,
Babam Heydər kimi şiri-dəlirəm.
Məni oxlar salanmazdı dözümdən,
Desəm aləm yanar
odlu sözümdən,
Gəlib üç şöbə ox dəydi gözümdən,
Süzür mərcan kimi qanyaş üzümdən,
Bu kənizin göhər həmsərasıyam mən.
Yolumdan rədd olun, ey qövmi-süfyan,
Edirsiz sağü-solda
belə tüğyan,
Əlim yoxdur nədən olduz hərasan,
Gözüm təsvir edənmir çun tutub qan,
Bu meydanın yel həycasıyam mən.
Dostları ilə paylaş: