105
Qəlbidən rişteyi-hicranına lazımdı kəsəm,
Yer var aşiqinəm vəslinə xatir tələsəm,
Əkbərin canına
verəm səni ey şahi,qəsəm,
Can verən ləhzələrimdə demə can qardaşına.
Ətrini alsam əgər ey şəhi-fərxəndə xisal,
Para şəhpərlərimlə yenə vuram
pərü-bal,
Sən gələn vəqtdə sürünnəm edərəm istiqbal,
Öpərəm məqdəmini qalsa təvan qardaşına.
Salıb əşrari-dəni toprağa bir-bir qolumu,
Qan dolub gözlərimə görməyirəm sağ-solumu,
Bir şəqi ahəni əmud əldə kəsibdir yolumu,
Əlsizəm əl yetir əllərdə qalan qardaşına.
Neyləyər fikr eylə çəkiş toxuna daş-qaşıla,
Nə hala ayna düşər gər hədəf olsa daşıla,
Neyləyər ahəni-əmud incə sipərsiz başıyla,
Üz verib gör necə böhrani-zaman qardaşına.
Doğranıb peykərimin ərseyi-dəvadə çoxu,
Arifanə sözümü
qardaş özün sözdən oxu,
Əllərim yoxdu necə xaric edim gözdən oxu,
Baş yetir xeymələrindən nigaran qardaşına.
Dolu tək daşdı yağır oxdu kəsilmir arası,
Əzilib başım əmudilə olub ay parası,
Yıxa
bilməz məni ox, yıxsa yıxar dil yarası,
Toxunur tiri kimin zəxmi-zəban qardaşına.