MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Əbbasın (ə) anası Ümmül-bəninin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə34/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   30   31   32   33   34   35   36   37   ...   96
MƏRSİYƏLƏR (1)

Əbbasın (ə) anası Ümmül-bəninin 
zəban halı 
Çox ağladım ahü-zardan yoruldum, 
Bu həyati təlx bardan yoruldum, 
Hamı gəldi mənim balam gəlmədi, 
Bu qapıda intizardan yoruldum. 
Ürəyimin gedən dayağı, ey vay, 
Dama düşən şikar sayağı, ey vay, 
At üstündən yerə qolsuz düşəndə, 
Üzəngidə qalan ayağı, ey vay. 
Ümmül-bənin diliycə (nöhə) 
İftixari-ali-Haşim sahib ələm, balam vay, 
Nəxli-zaridə su üstə qolları qələm balam vay, 
Kərbəla çölündə gördü bağlanıb Hüseyn qiyamı, 
Sadiqanə xidmətinə razı eyliyib imamı, 
Qətlgahda can verəndə göndərib mənə pəyamı, 
Göz yaşı olan mərkəb, kipriyi qələm balam vay. 
Çox dedi mənə xanımlar bu həyatda, 
bəxtəvərsən, 
Fatimə gəzən otaqda iftixarilə gəzirsən, 
Heç biri deməzdi bir gün qara pirəhən geyərsən, 
Qoymadı zəmanə axır məndə dincələm, balam 
vay, 
Şəhri-Yəsribə pərişan qəmli karivan qayıtdı, 
İtrəti-rəsuli-xatəm oldu bağrıqan qayıtdı, 


107 
Öldü Zeynəbin Hüseyni qaməti kaman qayıtdı, 
Səslədim qəriqi bəhr, mühnəti-ələm, balam vay. 
Qarəsin başından açmaz qəlbi dağdar olanlar, 
Mən kimi ölüncə ağlar piri-ruzgar olanlar, 
Məclis əzanı xoşlar daim əşkbar olanlar, 
Var yeri belə ölüncə naləyə gələm balam vay. 
Zeynəbim deyir şərari-itilada yandı qolsuz, 
Rubəru ədulərilə qərdaşım dayandı qolsuz, 
Sinəsində qanlı pərçəm məqtəli dolandı qolsuz, 
Toprağa necə düşübdü mən mə`tələm balam vay. 
Axşam olcağın yətimi göz yaşın üzarə bağlar, 
Gün batanda ahı artar, qəlbi-əqrəbanı dağlar, 
Verəm hər qədər təsəlli vaysınar, ürəkdən ağlar, 
Bağlanar gecə dübarə səxt mərhələm, balam vay. 
Ətşan səqqayəm 
Atdan yıxıldım torpağa gəl Hüseynim gəl,2
Torpağa üz qoydum əxa, gəl Hüseynim gəl,2
Səqqayi-ətşanam - qanıma qəltanam. 
Qaldı susuzlar teşnələb xeymədə,qardaş, ² 
Cam əldə qızlar teşnələb xeymədə,qardaş,2 
Əsğər çalıxlar teşnələb xeymədə, qardaş, ² 
Qəmxanə oldu Neynəva gəl Hüseynim gəl.² 
Səqqayi-ətşanəm - qanimə qəltanam. 


108 
Müşkün düşübdü bir yana nəhr Əlqəmədə,² 
Pərçəm batıbdı al qana nəhr Əlqəmədə,² 
Qollar düşübdü torpağa nəhr Əlqəmədə,² 
Can eylərəm dinə fəda, gəl Hüseynim, gəl,² 
Səqqayi-ətşanam - qanıma qəltanam. 
Rütbeyi-vala verib Əbbas, həqq yekta sənə, 
Bəsdi bu şə`nidə oğlum səsləyib Zəhra sənə, 
Ənbiya həsrət çəkibdir bir Hüseyn tək qardaşa, 
Verməyib heç bir kəsə Allah verib tənha sənə, 
Səqqayi-ətşanam - qanıma qəltanam. 
Əzizi-Fatiməyə sahibi-ləvasan, Əbəlfəzl, 
Əbul-əimmə kimi məzhəri vəfasan, Əbəlfəzl, 
Üzün qoyan qapına mətləbin alar səndən, 
Deyər məqamına qurban düyün güşasən 
Əbəlfəzl, 
Səqqayi-ətşanam - qanıma qəltanam. 
Bağban ölsə gül dərəndə kim ağlar, 
Bülbül getsə bu çəməndə kim ağlar, 
Sən öləndə mən ağladım, Əbəlfəzl, 
Başım üstə mən öləndə kim ağlar? 
Səqqayi-ətşanam - qanıma qəltanam. 


109 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin